______________Milli Kitabxana_____________
97
başladı. Qaliblər məğlubların hesabına varlanırdılar. Bunların
arasında Babil şəhər-dövləti qalib gəldi və yüksəldi. Ticarət
yolları üzərində yerləşən Babil şəhəri e.ə. II minilliyin
əvvəllərində yaranmış Babil padşahlığının mərkəzi oldu.
Mesopotamiyanın başlıca quru yolları və karvanları buradan
keçirdi.
Babil şahlığının ən görkəmli hökmdarı Hammurapi (e.ə.
1792-1750) olmuşdur. O, Mesopotamiyanı öz hakimiyyəti altında
birləşdirdi. Ölkə onun qanunları əsasında idarə olunurdu.
Hammurapi Şumer və Akkadda istifadə olunan qanun və
qaydaları toplayıb 282 maddədən ibarət ilk qanunlar külliyyatı
yaratdı. Bu külliyyat onun adı ilə “Hammurapinin qanunları”
adlandı. Əhali arasında mübahisəli məsələlər bu qanunlarla həll
edilirdi. Bu qanunlar hündür qara bazalt daş sütun üzərində
yazılmış və dövrümüzə qədər qalmışdır.
Babil şəhəri Fərat çayının hər iki sahilində yerləşirdi. Onu
əhatə edən divarların uzunluğu 8 km idi. Dünyanın yeddi
möcüzəsindən biri olan “Semiramidanın asma bağları” e.ə. VII
əsrdə burada olmuşdur. Şəhərin mərkəzində 90 m hündürlüyündə
olan 7 mərtəbəli məbəd qülləsi ucalırdı.
Babil şahlığında riyaziyyat, astronomiya, tarix, kimya,
coğrafiya, təbabət və s. inkişaf etmişdi. Babillilər “Pifaqor
teoremini” Pifaqordan min il əvvəl bilirdilər, çevrənin 360 dərəcə,
saatın 60 dəqiqəyə bölünməsini öyrənmişdilər. Babillərdə elmin
inkişafı Yunanıstanda və onun vasitəsi ilə Qərbi Avropada
yayılmasına böyük təsir göstərmişdir. Bu dövlətlərin qoşunları,
keşikçiləri və məmurları var idi. Burada padşahı «böyük adam»
adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit
tayfaları olmuşdur. Suvarma kanallarının çəkilməsi üçün kiçik
dövlətlərin birləşdirilməsi zəruri idi. Əhalisinin və qullarının sayı
çox olan qüdrətli dövlət suvarma kanallarını çəkə bilərdi. Kiçik
dövlətlərin birləşdirilməsi qüdrətli Babilistan dövlətinin
yaranmasına gətirib çıxardı. E.ə. 2350-ci ildə Semit tayfalarının
güclənməsi nəticəsində Akkad padşahı Sarqon bütün Mesopo-
tamiyanı öz hakimiyyəti altında birləşdirdi. E.ə.1792-1750-ci
illərdə hökmranlıq etmiş Babil hökmdarı Hammurapi bütün
|