______________Milli Kitabxana_____________
100
Dünyanın yaranması haqqında epik əsatirə görə Eya insanları
gildən yapmış, əjdaha Kinqunun qanı ilə onlara can vermişdir.
Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə
adamların məhv olmasının qarşısını kəsən Eya hiyləyə əl atmışdı.
Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında məlumat
verilməsin. Allahlarla birgə Eya da and içmişdi ki, insanlara
məlumat verməyəcək. Lakin Eya bir vasitəyə əl atmışdı. Sirrini
qamış daxma vasitəsilə Utnapiştiyə demişdir:
Lakin Eya sirləri danışmışdı daxmaya,
«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar,
Eşit, a daxma. Divar, yadda saxla nə ki, var.
Şuruppak şəhərində, Ubar-Tutunun oğlu.
Sökərək mülklərini, onlardan gəmi düzəlt
Bu var-dövləti tərk et, həyat barədə düşün.
Zənginliyə nifrət et, ruhunu xilas elə.
Sən bütün canlıları yığıb gəminə yüklə.
Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi.
Eni də uzununa qoy tən olsun, düz gəlsin.
Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».
Uzun müddət qədim dövr haqqında əsas mənbə Bibliya idi.
Onun əsas fəaliyyət göstərən personajları isə yəhudilər hesab
olunurdu. Suriya və Fələstin xalqları, o cümlədən filistinlilər,
amoreylər, hetlər və başqaları allah tərəfindən seçilmiş xalqın
yolunda duran barbarlar hesab edilirdilər. Doğrudur, Misir adlı
dövlət də var idi ki, Bibliyada dönə-dönə xatırlanırdı. Məbədlər,
ehramlar, sfinkslər Misirin qədim şöhrətindən xəbər verirdi.
Şübhəsiz, Misirin dünya sivilizasiyasının beşiyi olması heç kəsdə
şübhə doğurmurdu. Şumerlər, Akkadlar və Babillər də var idi.
Babilistanlı Novuxodonossor yəhudilərin cəzalandırılmasında
mühüm rol oynamışdır. Sonra Assuriyalılar bir işğalçı kimi tarix
meydanına çıxmışdır. Lakin onların hər biri öz allahları, kult və
məbədləri, mədəniyyəti və mifologiyaları ilə tarixin yaddaşına
əbədi surətdə həkk olunmuşlar. Həmin xalqlar ancaq adları ilə bir-
birindən fərqlənirdilər. Vəzifələri və funksiyalarına görə onlar bir-
birini təkrar edirdilər.
Dünya allahlar arasında bölüşdürülmüşdü. Anu hava və
|