______________Milli Kitabxana_____________
101
səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya hakim idi. Onlar
kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil
edilmişdilər. İkinci üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və
ilahə İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar.
Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay
allahı şərəfinə tikilmiş məbədlər var idi. Hətta Novuxodonossorun
xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan
etmişdi.
Şumerlərin Utu adlandırdıqları Günəş allahı Babil zamanı
Şamaş adlanırdı. Həmin allah «yeri işıqlandıran, səma
məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı
şəfəqləndirən» hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq
dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən
yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi.
Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki,
ölülər işıq və yemək alsınlar. Öz yolunda o, ədəbsizlikləri və
adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə
də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə, o, adamlara
həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin
dini həyatında allahlar mühüm rol oynayırdılar. Adamların
məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları
bütövlükdə dövlətin müdafiəçiləri hesab olunurdular. Qeyd etmək
lazımdır ki, bizə məlum olan bütün ədəbiyyat e.ə. 2000-ci ildən
sonra yazılmışdır. Həmin dövrdə sülhsevər xalq olan Şumerlər
özlərindən mədəni cəhətdən geri qalan xalqlar tərəfindən əsarət
altına alınmışdılar. Hammurapi çoxsaylı şəhər-dövlətləri işğal
edərək böyük bir dövlət yarada bilmişdi. «Böyük inzibatçı» böyük
imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi)
rəsmi dilə çevirdi. Bu isə Şumer sivilizasiyasına öldürücü zərbə
vurmuşdu. Şumer mədəniyyəti mənimsənilmiş, Şumer allahları
adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər.
İştar müxtəlif funksiyaları yerinə yetirən hərtərəfli ilahə
olmuşdur. Məhəbbət və məhsuldarlıq ilahəsi kimi ölkəyə maddi
rifah və inkişaf verən İştar, müharibə və döyüş ilahəsi kimi
vuruşmada qalib padşahın önündə gedirdi. Gözəl və adamı başdan
çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer
|