______________Milli Kitabxana_____________
103
Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr,
müdriklik və elm hamisi idi. Mardukun mirzəsi olan Nabi atası
üçün tale cədvəlləri hazırlayırdı. Nabunun simvolu yazı üçün
qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula - müalicə
ilahəsi idi.
İkiçayarası ərazisində yaşayan xalqlar elmlərin əsasının
yaranmasında mühüm rol oynamışlar. E.ə. II minillikdən
başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər əldə
etmişdir. Bəzi tədqiqatçılar bunu təbabət deyil, magiya ilə
əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri
hesab olunmalıdır. Həmin dövrlərdən bizə gəlib çatan sənədlər bir
ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin fəaliyyətindən
söhbət açır. Hammurapinin qanunlar toplusunda elə maddələr
vardır ki, onlar cərrahlığa həsr olunmuşdur. Orada hər əməliyyat
üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu
zərər üçün cərimə və cəza da nəzərdə tutulurdu. Müəllimlər
haqqında da maraqlı fikirlər vardır. Riyaziyyat və digər elm
sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə
qədər gəlib çatmışdır.
Babilistanlılar astronomiya və astrologiyanı yüksək
qiymətləndirir, onların allahları isə səma cisimlərini təcəssüm
etdirirdilər. Məsələn, Sin və Şamaşa Ay və Günəş, Marduka -
Yupiter, Nerqala - Mars, İştara - Venera, Nabuya - Merkuri
müvafiq gəlirdi. Çox vaxt astral simvollar, allahların simvolları
allahların özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri
sirli elmlərlə məşğul olurdular. Buraya sayların manipulyasiyası
da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda
ifadə olunan allah Anu idi. Onun müqəddəs sayı (rəqəmi) 60 idi.
Eni-50, Eya-40, Sin-30, sonralar baş allahlar sırasına daxil olmuş
Mardukun rəqəmi ən aşağı - 10 idi. Adad özü 10 rəqəmi ilə ifadə
olunurdu.
Şumerlər, sonralar isə Babillər allahları insan surəti təsəvvür
edirdilər. Onlara qeyri-adi ölçüdə, fövqəladə malik, hər nəfəs
alanda ağızdan od püskürən qabiliyyəti cəhətlər aid edilirdi.
Allahlar fövqəladə güc və qabiliyyətə malik olduqlarından onlara
qarşı heç kim çıxa bilməzdi. Şəkil də və heykəllərdə allahlar
|