______________Milli Kitabxana_____________
98
Mesopotamiyanı fəth etmiş və padşahlıq üçün vahid qanunlar
qoymuşdur. Hakimlər Babil padşahlığında müəyyən qaydaları
pozanları bu qanunlara əsasən mühakimə edirdilər. Lakin
Babilistan təkcə müxtəlif dövlətlərin ərazilərinin işğalları ilə deyil,
həmçinin mədəniyyəti ilə tarixə düşmüşdür. Həmin mənəvi
dəyərlər sırasında İkiçayarası xalqlarının mədəniyyəti də
özünəməxsus yer tutur.
Dəclə və Fərat çayları arasında mövcud olan qədim
şəhərlərin yerində aparılan arxeoloji qazıntılar bir daha göstərir ki,
Şumer və Akkad adı ilə tarixə düşən bu region hələ e.ə. 4000-ci
ildə məskunlaşdırılmışdır. Bəzi alimlərin fikrincə, bu ərazi daha
qədim tarixə malik olmuşdur. Qədim şəhər-dövlətləri Ur, Uruk və
Kit daha çox inkişaf etmiş sivilizasiyaların mərkəzi olmuşlar.
Həmin sivilizasiyanı yaradanlar Şumerlər olmuşdur. Şumerlər
dağlıq ərazilərdən gəlmişdilər. Bu xalqın mifologiyasının tədqiqi
bir daha göstərir ki, onların qədim yurdları gəldikləri, sonradan
əldə etdikləri vətənlərindən köklü surətdə fərqlənirmiş. Şumerlər
Mixi yazılarını kəşf etmiş («Zikkurat» adlı tikili də bu
qəbildəndir), böyük işlər görmüşlər. Onların şəhərlərinin qalıqları
(məsələn, Ur şəhərində aparılan qazıntılar) yüksək sivilizasiyadan
xəbər verir. Burada böyük məbədlər tikilmiş, kahinlər, mirzələr
yaşamış, qanunlar, ədəbiyyat və zəngin mədəniyyət yaranıb
inkişaf etmişdir.
Zəmanəmizə gəlib çatmış Şumer və Akkad miflərində
dünyanın yaranması və quruluşu, allahların doğulması, onların
xeyir-duaları və lənətləri, nəhayət, allahların yaradıcı və dağıdıcı
fəaliyyətləri əks olunmuşdur. Çox nadir hallarda Şumer və Akkad
miflərində hakimiyyət uğrunda allahların mübarizəsi əks
edilmişdir. Adətən bu heç də gərgin mübarizə və amansız
münaqişə kimi göstərilmirdi. İntellektual məzmun baxımından
Şumer-Akkad mifləri onların ilahi hərəkətlərinə təkmilləşdirilmiş
baxışı ifadə edirdi. Bu miflərə əsasən həmin xalqların ciddi teoloji
və kosmoqonik düşüncələri haqqında fikir yürütmək olar.
İkiçayarası xalqlarının allahlar panteonu həm zəngin, həm
də maraqlıdır. Burada Şumer, Akkad allahları ilə yanaşı,
Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir.
|