______________Milli Kitabxana_____________
95
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ
Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir.
Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön
Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır.
Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və Dəclə
çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı
axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir
dövlət kimi tarixə düşmüşdür. Cənubi Mesopotamiya qısa sürən
qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə
dağlarda qar əriyir, Dəclə və Fərat çayları daşıb sahilləri basır,
daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit
dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit
dövründə isə insanların İkiçayarası ərazilərində məskunlaşması
sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini
yaradır. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid
əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır.
E.ə. VII-VI minillikdə Mesopotamiyada insanlar
məskunlaşdı. Dağlıq yerlərdən gələn insanlar Cənubi
Mesopotamiyada toxa əkinçiliyi və maldarlıqla məşğul olmağa
başladılar. Qədim Mesopotamiyada yazı sistemini şumerlər
yaratmışlar. E.ə. IV minillikdə piktroqrafik (şəkilli) yazı, daha
sonra mixi yazılar meydana gəldi. Yazı materialı gil lövhələr idi.
E.ə. III minillikdə mixi yazı sistemi geniş yayıldı. Bütün Ön
Asiyada mixi yazıdan istifadə olunurdu.
Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu
ərazi keçilməz bataqlıqlardan ibarət olmuşdur. Tarixçilərin
fikrincə, İkiçayarasının cənub hissəsi Fərat və Dəclə çaylarının
gətirdikləri çöküntülərdən əmələ gəlmişdir, torpağı isə gillidir.
Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq
keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər
iki çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Burada nə
metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq
suvarıldıqdan sonra xeyli dərəcə münbit olur.
Dəclə çayının suyu Fəratdan artıqdır və buna görə də axını
da güclü olur. Dəclə və Fəratın suyunun artması dağlardakı
qarların əriməsindən asılı idi. Qarın əriməsi isə fevral-may ayları
|