______________Milli Kitabxana_____________
90
Alaca-Hüyük sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu.
Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban
kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy
sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə
fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala
ilə əhatə olunurdu. Onun daxilində saray və baş məbədlər
yerləşirdi.
Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər
İkiçayarası möhürlərindən həm formaca, həm də təsvirlərin
məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə
hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə
möhürlərin qırağına heroqlif işarələri yazırdılar.
Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti
Assur və Urartu mədəniyyətlərinə də güclü təsir göstərmişdi.
|