______________Milli Kitabxana_____________
86
hökmdarlarının kitabələri və salnamələri ədəbiyyat nümunələri
kimi də əhəmiyyətə malikdir. Bunlar "Anittanın kitabəsi", I
Hattuşilin, I Suppiluliumun "salnamələri" və s. ibarət olmuşdur.
Din və əfsanələr. Hetlərin, eləcə də başqa qədim xalqların
ictimai həyatından olduğu kimi, təsərrüfat və ideoloji həyatında da
din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het
cəmiyyətində çoxallahlılıq mövcud idi. Het panteonunda bir çox
qədim etnos və xalqların sitayiş etdiyi allahlar cəmləşmişdi.
Burada het və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala,
Hind-İran), prototürk və hələlik mənşəyi naməlum qalan etnos və
xalqların dini ideologiyası əks olunmuşdu. Təsadüfi deyil ki, Het
mənbələri "Hatti ölkəsinin min allahı" ifadəsini işlədirdi.
Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər
mövcud idi. Allah və ilahələrə xüsusi ibadətgahlarda sitayiş
edirdilər. Het hökmdarı və onun arvadı ildə iki dəfə keçirilən yaz
və payız bayramları zamanı ölkəyə səfərə çıxır, dini ziyarət
məqsədilə şəhərləri gəzir, və hər yerdə allahlara qurban kəsirdilər.
Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış.
Yerli dinlərin müəyyən hissəsi dövlət dini cərgəsinə daxil edilirdi.
Hetlərin ən nüfuzlu allahlarının şərəfinə məbədlər tikilirdi. Belə
dini ibadətgahlardan biri Boğazgöyün yaxınlığında Yazılıqayada
aşkar edilmişdir. İbadətgah qaya oyuğunda yerləşirdi. Onun
divarlarında het allah və ilahələri təsvir olunmuş, biri-birinə doğru
irəliləyən dini mərasim yerişi qabarıq şəkildə divara həkk
edilmişdi. Yazılıqayada allahlar cəmini hurrilərə mənsub edirlər.
Allahlara ibadət hökmdar hakimiyyətinin ideoloji əsasını təşkil
edirdi.
Het panteonu allahlarının əksəriyyəti hat mənşəli olmuşdur.
Səma tufan allahı və onun arvadı, Arina şəhərinin Günəş ilahəsi
Vurusem panteonun baş allahları hesab edilirdilər. Ehtimala görə,
tufan allahı Taru adlanırdı. Hurri panteonunda onun və Vurusemin
bənzəri Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz üzərində,
Henat isə şir üzərində təsvir olunurdular. Nerin şəhərinin tufan
allahı da Taru adlanırdı. Bəzən tufan allahı öküz, yaxud dağ
sifətində təsvir olunurdu.
Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik
|