______________Milli Kitabxana_____________
82
Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul
etmək olar.
Het cəmiyyətində sənətkarlıq inkişaf tapmışdı. Qanunlarda
müxtəlif peşələrin (metalişləmə, dülgərlik, gönçülük və s.) adı
çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və
tuncdan istifadə edirdilər. Anadoluda dəmirdən hələ e.ə.
III-II minilliklərdə istifadə olunurdu. Bu dövrün arxeoloji
təbəqələrindən dəmir heykəlciklər, ibadət xüsusiyyətli yazılı
lövhələr aşkar edilmişdir. Hetlər dəmirdən müxtəlif əşyalar, o
cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş
heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər,
qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic,
mismar) və s. düzəldirdilər. E.ə. XIV-XIII əsrlərdə dəmirdən
hazırlanmış əşyalar het hökmdarlarının varidatı içərisində böyük
sərvət hesab olunurdu. Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə
baha idi. Het qaynaqlarında müxtəlif çəkili (45 kq qədər) dəmir
külçələri yad edilirdi.
Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het
qanunlarında yazılı məhkəmə qaydaları, cəza normaları əks
olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar şurasında baxılırdı.
Məhkəmə işlərində dövlət nümayəndəsi iştirak edirdi.
Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona
tapşırılmışdı: “Haqq işi nahaq eyləmə, nahaq işi haqq eyləmə.
Ədalətli ol”. Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli
idarə nümayəndələri də iştirak edirdilər. Mürəkkəb məhkəmə
işləri hökmdarın səlahiyyətinə verilirdi. Qanunu pozan adam
cəzalandırılırdı. Sənəddə deyilir: “Əgər kimsə hökmdarın qərarına
əks getsə, onun evi məhv edilməlidir. Əgər kimsə əyanın qərarına
əks getsə, onun başı kəsilməlidir”. Het məhkəməsi faktların dəqiq
seçilməsinə diqqət verirdi. Səhlənkar təsərrüfatçı məhkəməyə cəlb
olunurdu. Onun özbaşına at və qatırları başqa adamlara verməsi
sorğu-sual əsasında ayırd edilirdi. Hökmdar təsərrüfatı
heyvanlarının hesaba alınmadan başqasına verilməsi bu işə baxan
adamın təqsiri kimi qiymətləndirilirdi.
Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri,
silah və əmək alətləri, Boğazgöydə (Hattuşa) tapılmış het
|