______________Milli Kitabxana_____________
81
əvəzini ödəyərəm”, onda o, ödəməni verməlidir. Əgər o imtina
etsə, onda quldan məhrum olur”.
Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş
quldan o məhrum olmurdu, oğurluq malın əvəzini ödəyib yenə də
öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə
nəticələnmirdi. Maddələrin birində deyilir: "Əgər kimsə qulu,
yaxud kənizi vurarsa, o da ölərsə və bunu həmin kəs qəsdən
etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat
üçün əmlak da verməlidir" Köləliyin əsas mənbəyi müharibələr
olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər
het mətnlərində arnuvala, yəni "Əsir aparılmış adam" adlanırdı.
Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə cəlb edirdilər.
Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir.
Ata ailədə qeyri-məhdud hakimiyyətə malik idi. Qadının hüquqi
vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi
münasibətlərinə həsr edilmiş bir sıra maddələr vardı. Məsələn:
"Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12
şekel gümüş verməlidir". Başqa maddədə qadının kişiyə eyni
münasibəti əks olunmuşdur: "Əgər qadın kişini qovursa, uşaqları
ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir". Ailədə
nəinki övlad, eləcə də əmlak müəyyən hüquqi qaydalara əsasən
ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri
arvadın ata evindən gətirdiyi cehiz barədə də hüquq normaları
müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər kimsə evlənir
və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də
sahib olur. Əgər qadın vəfat edərsə, onun əmlakı kişinin (ərin)
olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın atası
evində vəfat edərsə və uşaqları qalarsa, onda kişi (əri) cehizi
almamalıdır". Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə
(ərin qardaşı ilə) kəbin kəsdirməyə və ona ərə getməyə icazə
verirdi. Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad
qayınatasına ərə gedə bilərdi. Bunlar göstərir ki, qız ər evinə
həmişəlik köçürülürdü, əri vəfat etsə belə həmin evi tərk etməməli
idi. Məsələ ailə daxilində həll olunurdu. Het ailəsində patriarxal
qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə
vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı.
|