______________Milli Kitabxana_____________
80
HET MƏDƏNİYYƏTİ
Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq
hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində
meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan diqqəti
cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları
Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər.
Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və
assur tacirləri məskən salmış və metal ticarətinin əsasını
qoymuşdular. Assurlular buraya mixi yazı və akkad dilini
gətirmişdilər.
Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və
Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri
gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur
şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu.
Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq
e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi.
Bunlar şəhər-dövləti şəklində mövcud olmuşlar. Burusxan, Nesa
(Kaniş), Kussar və Hattuşa şəhər-dövlətləri Assur tacirlərinin
gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.
Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının
üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti daşımalı idilər. Het
cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin
aşağı ictimai təbəqəsinə mənsub idilər. Belə adamların tərkibi
qullardan, təsərrüfatdan asılı təhkimçilərdən, muzdlu
işçilərdən ibarət olmuşdu.
Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında
öz əksini tapmışdı. Het qanunları sinfi xüsusiyyət daşıyırdı.
Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad
adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında
qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir
maddəsində deyilir: “Əgər qul evdə oğurluq edərsə, o,
oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6
şekel gümüş verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü
isə sahibinə qaytarılmalıdır...”. Əgər sahibi desə "mən onun