______________Milli Kitabxana_____________
96
arasında mümkündür. Nilə nisbətən bu çayların artıb-azalma
rejimi dəqiq olmurdu. Çünki həmin çaylar müxtəlif hava
bölgələrindən keçdiyindən rejimin dəqiqləşdirilməsi qeyri-
mümkün idi.
Mesopotamiya torpağı hələ ən qədim dövrlərdən özünün
məhsuldarlığı ilə seçilir. Bunu biz antik dövrün qüdrətli tarixçiləri
Herodot, Teofrast və başqalarının əsərlərində də aydın görə
bilərik. Lakin İkiçayarası ölkəsinin ərazisində əkinçiliklə məşğul
olmaqdan ötrü bir sıra kompleks işləri görmək lazım idi və həmin
işlər bütün il boyu həyata keçirilməli idi.
E.ə. VII-VI minilliklərdə əkinçi və maldarlar münbit
torpaqlar və yaxşı otlaqlar axtarıb tapmaq üçün dağlıq yerlərdən
Fərat və Dəclə çayları vadisinə enməyə məcbur oldular. Onlar
bataqlıqlar arasında qamış və gildən komalar tikir, mal-qara otarır,
toxaların köməyi ilə kiçik torpaq sahələrini əkib becərirdilər.
Həmin dəhşətli dövrlərdə əhali bataqlıq qızdırmasından,
əqrəblərdən və saysız-hesabsız həşəratlardan əziyyət çəkirdi.
Şirlər adamlara və sürülərə hücum edirdi. Qamışlıqlarda yaşayan
qabanlar əkin sahələrini məhv edirdilər. Çay daşqınları komaları
dağıdır, adamları suda məhv edirdi. Bəzən Fərat və Dəclə çayları
qovuşaraq coşqun selə çevrilirdi. Bu vaxt İkiçayarası adamlarına
elə gəlirdi ki, bu sel bütün dünyanı basır. Çayların daşması-
Cənubi İkiçayarasının ilk sakinləri üçün qorxunc və təhlükəli
düşmən idi. Sonralar yaranacaq «Nuhun tufanı» mifinin əsasını
Dəclə və Fərat çaylarının daşmasında axtarmaq düzgün olardı.
Cənubi Mesopotamiyada ilk dövlətlər e.ə. IV-III
minilliklərdə yaradılmışdır. Dəclə və Fərat çaylarında baş verən
daşqınlar Mesopotamiyada “Dünya tufanı haqqında” əfsanənin
yaranmasına səbəb olmuşdu. Bu çayların sahilləri becərilirdi.
Burada xurma “həyat ağacı” adlanırdı. E.ə. IV-III minilliklərdə
Mesopotamiya ərazisində Şumer, Akkad, Ur və s. qədim dövlətlər
yarandı. Beləliklə, IV-III minilliklərdə Mesopotamiyada quldarlıq
quruluşu və dövlət meydana gəldi. Kəndlilər varlılardan asılı olur
və aldıqları borcu qaytara bilmədikdə qula çevrilirdilər.
Mesopotamiyada qulları “gözlərini yuxarı qaldırmayanlar”
adlandırırdılar. Burada yaranmış dövlətlər arasında müharibə
|