______________Milli Kitabxana_____________
5
yanaşılmışdır. XX əsrin əvvəllərində yaşamış türk alimi Ziya
Göyalpa görə “kültürlə mədəniyyət” bir-biri ilə fərqlənən
anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür milli olduğu
halda, mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir
millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, iqtisadiyyat və texnika
ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür.
Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin
toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür...”
1
Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan
dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual
olan elmlərdən ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə yığıb
saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə
çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və
mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi
dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı, fəaliyyəti
və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət
fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin
intellektual səviyyəsinin yüksəldilməsini tələb edir. Bu həm də
insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən
edilməsinə, bir mədəniyyətin digərindən fərqlənməsinə kömək
edir. Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən
sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini,
mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla
elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan
dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca zəruri
bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət
siyasətinin əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün
prioritet olan kulturologiya sahəsi bu gün bəşəriyyətin min illərlə
yığıb saxladığı, zənginləşdirdiyi və gələcək nəsillərə layiqli
səviyyədə çatdırdığı mənəvi sərvətlər toplusudur ki, bu toplunu
qorumağa isə biz hamımız borcluyuq.
1
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, “Maarif”, 1991, s. 40.
|