______________Milli Kitabxana_____________
4
elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun
yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol
oynamışdır. Lesli Uayt öz nəzəriyyəsini "Kulturologiya"
adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və
mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya
elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi
aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır.
Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud
bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil
edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o,
mədəniyyətləri və sivilizasiyaları dərindən və hərtərəfli şəkildə
öyrənir, onun məzmun və mahiyyətini üzə çıxarır, hansı
səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.
Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın
mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf
etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir
vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların
biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf
mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf
meyllərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və
rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş
ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji
prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu
tendensiyalardan baş çıxara bilən kulturoloq kadrların
hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb edir.
Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı əsasında
formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin
meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima
təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa həm də
milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə
zəngindir. Məhz bu zənginliklər “mədəniyyətşünaslıq” və ya
“kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai
şüurda möhkəm yer tutmasına şərait yaradır.
İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq
mədəniyyət və kulturologiya anlayışlarına müxtəlif mövqelərdən
|