309. Beynəlxalq enerji münasibətləri sferasında ikitərəfli müqavilələr, bəyannamələr bir qayda olaraq, enerji əməkdaşlığı və təhlükəsizliyi məsələləri üzrə bağlanılır. Bu sahədə daha geniş praktika Avropa ittifaqı tərəfindən təşviq edilməkdədir. AR ilə Avropa İttifaqı, RF, Qazaxıstan və d. dövlətlərlə belə sazişlər bağlanmışdır. Xüsusən də, AR ilə RF arasında Azərbaycan neftinin RF ərazisindən tranziti haqqında Müqavilə (1996); AR və ABŞ arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında Bəyanət (1997); AR Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş (2004): AR Höküməti və Yunanıstan Hökuməti arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum (2007); AR və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su elektrik Stansiyalarının tikintisi barədə (2007) Protokol və s. qeyd edilə bilər. Hazırda AR-in, energetika əməkdaşlığı və təhlükəsizliyi sferasında 40-a yaxın ikitərəfli beynəlxalq sazişi mövcuddur. Enerji əməkdaşlığı və təhlükəsizliyi sferasında çoxtərəfli beynəlxalq müqavilələr daha çox əhəmiyyət kəsb edir. Nümunə kimi. MDB iştirakçı dövlətlərinin energetika sistemlərinin paralel işinin təmin edilməsi haqqında 1998-ci il Moskva müqaviləsi; MDB iştirakçı dövlətlərinin elektrik enerjisinin və gücünün tranziti haqqında 2000-ci il Moskva Sazişi; Aİ-nin 2003-cü il Qaz və Elektrik enerjisi üzrə direktivləri və s. qeyd edilə bilər. Çoxtərəfli sazişlərdən EXM xüsusi tədqiqat obyekti kimi diqqəti cəlb edir.
EXM geniş məzmunlu saziş olmaqla Preambula, 8 fəsil, 50 maddə, 14 əlavə və qərarlardan, həmçinin Enerji effektivliyi məsələləri və müvafiq ekoloji aspektlər üzrə Protokoldan ibarətdir. Elektrik enerjisi, Atom enerjisindən dinc məqsədlər üçün istifadə və nüvə obyektlərinin təhlükəsizliyi və müvafiq sahələrdə əməkdaşlığı tənzim edən prinsiplər haqqında Bəyannamə, Çoxtərəfli tranzit qaydaları ilə bağlı Protokol layihələri də hazırlanmışdır. EXM-in məqsədini - ticarət, investisiya yardımları və onların müdafiəsi, qarışıq müddəalar, mübahisələrin həlli, keçid müddəalar, struktur və institutlar və son müddəalar kimi adlanaraq enerji resurslarına çıxışı, istifadəni, kapital qoyuluşu qaydalarını, enerji ticarətinin liberallaşdırılmasını, texniki təhlükəsizlik qaydalarını, texnoloji inkişaf və yeni texnologiyanın yaradılmasını təşkil edir. EXM müqayisə olunmaz geniş investisiya imkanları nəzərdə tutduğundan, regional sazişdən dünya iqtisadi qaydalarına təsir edəcək və «dünya enerji ticarətinin liberallaşdırılmasına yönəlmiş çoxtərəfli müqavilə xarakteri kəsb etməkdədir». Onun çoxsaylı spesifik prosessual müddəaları xüsusi əhəmiyyət kəsb edir.
310. Enerji Xartiyasına Müqavilə bir çox universal və regional sazişlərin hüquqi tənzimetmə əsasmı təşkil edir. «Səkkizlər qrupunun» 2006-cı il Qlobal enerji təhlükəsizliyinin Sankt-Peterburq sammitinin sənədlərində enerji təhlükəsizliyinin təminatı üçün EXM-in prinsiplərinə istinad edilir.
Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilatı prinsiplərə dair 1999-cu il (Kiyev) Çərçivə sazişinin Preambulasında deyilir ki, dövlətlərarası neft və qaz nəqli sistemlərinin tranzit riskləri, sərmayə qoyuluşu, təhlükəsizlik məsələləri və s. beynəlxalq iqtisadi hüququn qaydalarına və Enerji Xartiyasına Müqavilədə bəyan edilmiş prinsiplərə uyğun həll ediləcək.
EXM-in əsas məqsədini energetika sahəsində əməkdaşlığa rəvac verən hüquqi çərçivənin yaradılması təşkil edir. Müqavilənin 3-cü maddəsində beynəlxalq enerji bazarına çıxışın yaradılması yönümündə fəaliyyət göstərmək və ümumilikdə enerji material və məhsulları üçün açıq və rəqabətli bazarı inkişaf etdirmək nəzərdə tutulub. Enerji Xartiyasına Müqavilə GATT-la birlikdə eyni istiqamətli struktur elementi kimi nəzərdə tutulduğundan onun qaydalarına söykənir. Bəzən Müqavilə energetika sferasında GATT-ın davamı da hesab olunur. Ticarətlə bağlı investisiya tədbirlərinə toxunarkən qeyd olunur ki, heç bir dövlət GATT-ın III («milli rejim») və ya XI (say məhdudiyyətinin qadağan edilməsi) maddələrinə ziddiyyət təşkil edən tədbirlər həyata keçirə bilməz. Müqavilənin digər, 29-cu maddəsilə əksinə, razılığa gəlmiş tərəflərin enerji materialları və məhsullarının ticarəti üzrə GATT üzvü olan dövlətlərə tətbiq olunan qaydalardan güzəştlər nəzərdə tutulur.
Müqavilə iştirakçıları GATT-da olduğu kimi gömrük idxal və ixrac vergilərinin artırılmaması və müqavilənin verdiyi zaman çərçivəsində bu məsələ üzrə danışıqlar aparmaq istəyini ifadə etmişlər.
311. EXM enerji təhlükəsizliyi üçün investisiyaların təminat prinsiplərilə yanaşı (221), mübahisələrin həlli prosedurunu (461) nəzərdə tutmaqla energetika sahəsində beynəlxalq hüquqi əsaslar yaradır.
Beynəlxalq enerji hüququnun spesifik mənbəyi kimi EXM-in əhəmiyyətini qısaca olaraq növbəti qaydada ifadə etmək olar:
- kollektiv enerji təhlükəsizliyi üzrə beynəlxalq hüquq düşüncəsinin reallaşdırılması;
- enerji sektorunda iqtisadi fəaliyyətlə ətraf mühitin beynəlxalq hüquqi mühafizəsində hüquqi mütənasibliyin bərqərar edilməsi:
- texnologiyanın mübadiləsinin təşviq edilməsi;
- beynəlxalq enerji şəbəkəsinin, infrastrukturunun yaradılması istiqamətində inteqrasiya prosesinin sürətlənməsi və 90-cı illərin əvvəllərində siyasi müstəqillik əldə etmiş dövlətlərin milli dövlətçiliyinin gücləndirilməsi:
- dövlətlərin energetika qanunvericiliyinin təkmilləşdirilməsi;
- enerji resurslarının tranzit qaydaların müəyyən edilməsi;
- mübahisələrin həlli qaydaları və s. qeyd edilə bilər.
9.4. Beynəlxalq enerji münasibətlərinin institusional
tənzimetmə mexanizmi
312. İnstitusional tənzimetmə proseduru beynəlxalq enerji
diplomatiyasının realizəsi üçün də xarakterik olmaqla müəyyən
bir tarixə malikdir. Beynəlxalq energetika sferasında beynəlxalq
təşkilatlar çərçivəsində universal əməkdaşlıq öz başlanğıcını
BMT-nin yaradılmasından götürür. Beynəlxalq enerji hüququnun
formalaşmasını sürətləndirən amillərdən biri də bu sahədə kifayət
qədər beynəlxalq təşkilatların fəaliyyət göstərməsidir. Beynəlxalq
enerji münasibətlərinin tənzimlənməsi sferasında fəaliyyət göstərən təşkilatlar kimi
- BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC):
- Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO). Təşkilatın fəaliyyət sahələrindən birini məhz kənd yerlərində yeni və bərpa olunan enerji mənbələrinin mənimsənilməsi təşkil edir;
- Beynəlxalq Valyuta Fondu (IMF);
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı; (IBRD);
- Beynəlxalq Maliyyə Korporasiyası (IFC);
- İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik (MIGA);
- Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA):
- Ticarət və İnkişaf üzrə BMT Konfransı (UNCTAD):
- Beynəlxalq Enerji Agentliyi (IEA). Beynəlxalq energetika proqramına müvafiq olaraq 1974-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində təsis edilib;
- Nüvə Enerjisi Agentliyi (NEA). 1958-ci ildə Avropa Nüvə Enerjisi Agentliyi kimi təsis edilmiş, 1972-ci ildən isə müasir adı ilə tanınır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində fəaliyyət göstərir. Mənzil-qərargahı Parisdə yerləşir;
- Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC). 1960. Vyana;
- Avropa Kömür və Polad Birliyi 1951, Paris;
- Atom Enerjisi üzrə Avropa Birliyi, 1957, Roma;
- Ərəb iqtisadi və sosial inkişaf fondu (AFESD). 1971, Səfət (Küveyt);
- Şərqi və Cənubi Afrika Ümumi Bazarı (COMESA). 1994. Lusaka (Zambiya) və s. qeyd edilə bilər.
313. BMT özünün əsas məqsəd və vəzifələrini həll etmək
üçün XX əsrin ortalarından meydana gələn və qloballaşma dövrünün problemlərindən və iqtisadi inkişafın maddi əsası olan təbii ehtiyatların rasional, təhlükəsiz istismarı ilə sağlam ətraf mühit hüququnu təmin etməlidir. Təbii ehtiyatlardan, xüsusən də, enerji resurslarından istifadə BMT çərçivəsində müəyyən bir tədbirlər sisteminin yaradılmasını zəruri edib: Bu sahədə kompleks tədbirlər kimi Ətraf mühit üzrə BMT Proqramının (UNEP) təsis edildiyi I972-ci il (Stokholm) Ətraf mühit problemləri üzrə konfrans, 1992-ci il BMT-nin İqlim dəyişikliyi üzrə çərçivə Konvensiyasını qəbul edildiyi konfrans və d. belə təşkilati tədbirlər qeyd edilməlidir. Ətraf mühitin mühafizəsi üzrə BMT-nin fəaliyyəti yalnız problemin bir aspekti ilə, daha doğrusu, nəticəvi fəaliyyətlə bağlı olan bir məsələdir. Burada daha əhəmiyyətli məsələ enerji resurslarının idarə edilməsi ilə bu resursların istifadəsindən yaranan tullantıların qarşısının alınması və ya bu tullantıların ləğv edilməsini koordinasiya etmək təşkil edir.
314. Enerji resurslarının istifadəsində genişmiqyaslı iqtisadi fəaliyyət BMT-nin də struktur və sisteminə əhəmiyyətli təsir etmişdir. BMT çərçivəsində beynəlxalq enerji münasibətlərinin tənzimlənməsi ilə həm əsas orqanlar, həm də ixtisaslaşdırılmış, köməkçi qurumlar məşğul olurlar. II Dünya müharibəsindən sonra enerji resurslarından nüvə enerjisinin əldə edilməsi və onun dinc məqsədlər üçün istifadəsi sferasında BMT Baş Məclisi xəttilə beynəlxalq hüquqyaratma prosesi diqqətdən yayınmamalıdır. Xüsusən də, Baş Məclisin nüvə enerjisinin istifadəsinə beynəlxalq nəzarəti təmin etmək, ondan dinc məqsədlər üçün istifadə və tərk-silahla bağlı konvensiyaları qeyd edilməlidir. Bu sahədə sonradan (1995) qeyri müəyyən müddətə uzadılan Nüvə silahının yayılmaması haqqında 1968-ci il Müqaviləsi, Nüvə sınaqlarının bütün dünyada qadağan edilməsi haqqında Baş Məclisin 1996-cı il Müqaviləsi və s. çoxsaylı qərar və qətnamələri nüvə enerjisinin təhlükəsiz, dinc məqsədlər üçün istifadəsinə yönəlib.
315. Nüvə enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində BMT ilə sıx əməkdaşlıqda olan beynəlxalq təşkilatlar çıxış edilir. Bu sahədəki funksional fəaliyyətin önündə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) dayanır. Agentliyin yaradılması məsələsi BMT Baş Məclisində yekdilliklə qəbul edilən «Sülh naminə Atom» (1954) Qətnaməsilə irəli sürülmüş və 1957-ci ildə onun Nizamnaməsi qüvvəyə minmişdir. Agentlik nüvə enerjisinin sülh naminə istifadə edilməsi üçün yaradılmış universal təşkilatdır. Mənzil qərargahı Vyanada (Avstriya) yerləşən bu hökumətlərarası təşkilatın təyinatını qeyd etdiyimiz kimi, dinc məqsədlər üçün nüvə energetikası sferasında beynəlxalq əməkdaşlığı genişləndirmək təşkil edir. Agentlik BMT ilə sıx əməkdaşlığa malik olsa da, BMT-nin ixtisaslaşdırılmış müəssisəsi hesab edilmir. Belə ki. BMT Nizamnaməsinin 57-ci, 63-cü maddələri, eləcə də IX və X fəsilləri ilə ixtisaslaşdırılmış müəssisə kimi Agentliyin bütün xüsusiyyətləri əhatə edilmir. 1957-ci ildə BMT ilə bağlanan sazişə görə Agentlik BMT-nin ümumi rəhbərliyi altında atom enerjisinin sülh məqsədləri üçün tətbiqi ilə bağlı beynəlxalq fəaliyyətə görə məsuliyyət daşıyır. Agentlik hər il özünün fəaliyyətinə görə BMT-nin əsas orqanlarından Baş Məclis, zərurət olduqda Təhlükəsizlik Şurası, həmçinin İqtisadi və Sosial Şura qarşısında hesabat verir (m.III. B.4: m.XII).
316. Nüvə təhlükəsizliyi məsələsində bir qayda olaraq Agentlik BMT Təhlükəsizlik Şurası ilə birlikdə çıxış edir. Buna misal olaraq İraq məsələsi üzrə qəbul edilmiş və bir qisim beynəlxalq hüquqşünaslar tərəfindən ziddiyyətli qəbul edilən Təhlükəsizlik Şurasının 1441 №-li Qətnaməsi qeyd edilə bilər. Həmin Qətnamədə nəzərdə tutulurdu ki, İraq müvafiq öhdəliklərini yerinə yetirmədikdə Təhlükəsizlik Şurası məsələni BMT və Agentliyin müfəttişlərindən ibarət qrupların hesabatları əsasında həll edəcək.
Agentlik nüvə enerjisi ilə bağlı fəaliyyətin beynəlxalq hüquqi tənzimlənməsi istiqamətində geniş hüquqyaratma funksiyasını həyata keçirir. Agentlik, Nüvə enerjisindən dəymiş zərərə görə mülki məsuliyyət haqqında konvensiya layihəsini hazırlamış, daha sonra, Nüvə gəmiləri operatorlarının mülki məsuliyyəti üzrə Brüssel Konvensiyasının layihəsinin hazırlanmasında iştirak etmişdir. 1971-ci ildə Hökumətlərarası Məşvərətçi Dəniz Təşkilatı ilə Nüvə Enerjisi üzrə Agentliklə və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birlikdə Nüvə maddələrinin dənizlə daşınması sahəsində mülki məsuliyyət haqqında Konvensiya mətnini hazırlamış və Brüssel Konfransının keçirilməsini təmin etmişdir.
Agentlik nüvə enerjisi qurğularının daha təhlükəsiz fəaliyyət göstərməsi istiqamətində yeni, təhlükəsizliyi təmin edəcək texnologiyaların yaradılmasına xüsusi əhəmiyyət verir. Buna misal olaraq qurumun Avropa Atom Enerjisi Agentliyi ilə birlikdə 1969-cu ildə Dənizdə tətbiq edilən bir sıra qurğu növləri üçün radioizotop elektrogeneratorların təhlükəsiz layihələndirilməsi, tikintisi və istifadəsi üzrə rəhbərlik adlı xüsusi sənədi qeyd edilə bilər.
317. Digər tərəfdən, Agentlik nüvə enerjisinin təhlükəsizliyini müəyyən etdiyi standartlar əsasında təmin edir (51.1). Nüvə enerjisinin istifadəsi sahəsində BMT, həmçinin müvafiq regional təşkilatlarla birlikdə Agentliyin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Müəyyən mə-
nada, beynəlxalq enerji hüququnun yarım sahəsinin - beynəlxalq
atom (nüvə) hüququnun formalaşmasında da Təşkilat xüsusi rola
malikdir.
Nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi və nüvə silahının yayılmaması ilə bağlı təhlükəsizlik məsələlərinin təmin edilməsi üçün Təşkilat dövlətlərlə ikitərəfli müqavilələr bağlamaqla müvafiq fəaliyyət üzərində monitorinq həyata keçirir.
BMT-nin struktur və qurumlar ilə sıx əlaqədə olan Agentliyin fəaliyyəti nə qədər rəngarəng olsa da, o hərbi xarakterli anti-nüvə hərəkatında layiqli yer tuta bilməmişdir. Agentliyin nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində fəaliyyətini genişləndirmək üçün regional təşkilatlara (məsələn: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində yaradılan (Nüvə Enerjisi Agentliyi və d.) əlaqəsi gücləndirilməli, eyni zamanda onun yeni və bərpa olunan enerji resurslarının istifadəsində qəbul edilən layihə və proqramlarda qanunvericilik qaydasında iştirakı təmin edilməlidir. Nüvə silahı əldə etmək istəyən dövlətlərlə həmin istəkdən imtinanın əvəzində onların siyasi-iqtisadi stabilliyi və nəhayət, enerji təhlükəsizliyini təmin edəcək zəruri maliyyə resursları ilə birlikdə layihələr təqdim edə bilən beynəlxalq təşkilata transformasiya edilməlidir.
318. Qlobal enerji təhlükəsizliyinin institusional mexanizmi
ilə bağlı müzakirələr Beynəlxalq Enerji Forumu çərçivəsində daha
tez-tez səslənməkdədir. Dünya enerji bazarında məlumat mübadiləsi enerji forumlarını daha yüksək səviyyədə təşkil etmək üçün
Beynəlxalq Enerji Forumunun hələ 2000-ci ildə Səudiyyə Ərəbistanı tərəfindən (7-ci Ər-Riyad forumunda) daimi katibliyin yaradılması təklifi irəli sürülmüşdür. Əksər iştirakçı dövlətlər katibliyin yaradılmasının enerji resursları istehsalçıları və istehlakçıları ilə qlobal dialoqun, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar (BMT, Beynəlxalq Enerji Agentliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, OPEC və d.) arasında qarşılıqlı fəaliyyətin təmin edilməsində mühüm rol oynayacağını qeyd etmişlər. Beynəlxalq Enerji Forumu enerji siyasəti məsələləri üzrə çoxtərəfli forum kimi iki ildən bir keçirilir. Onun fəaliyyəti qeyri-formal xarakter kəsb etsə də, enerji siyasətində müəyyən koordinasiyanı təmin edir. Beynəlxalq Enerji Forumunun fəaliyyəti analiz edilərkən o, dünya enerji siyasətində inteqrasiya prosesini təşviq edən siyasi dialoq mərkəzi kimi diqqəti cəlb edir. Beynəlxalq Enerji Forumunun fəal tərəfdarlarından olan Venesuela, Fransa və d. ölkələr yalnız daimi katibliyin yaradılması deyil, həm də daimi idarəçilik strukturuna malik olan Dünya Enerji Təşkilatının yaradılmasını dəstəkləyirlər. Bu mövqe 1996-cı ildə Forumun 5-ci konfransında irəli sürülmüşdü. İlk belə təklif Venesuelaya məxsus olmuş və Avropa İttifaqı, Fransa, Hindistan, İtaliya, Norveç, RF və d. tərəfindən müdafiə olunsa da, onun reallaşdırılması sonrakı görüşlərdə ABŞ-ın qeyri-konstruktiv mövqeyinə görə reallaşdırılmamışdır. Həmin ideya daha ciddi zərurətlə 1997-2000-ci illərdə dünya enerji bazarında qiymətlərin kəskin dəyişməsi hüquqi-siyasi təşkilatlarının əleyhdarların da mövqeyinə təsir etmiş oldu. Katiblik dünya enerji bazarında «energetik çəkiyə» malik olan ölkələrin daxil olduğu İcraçı Şuradan, enerji kompaniyalardan ibarət Məşvərətçi Komitədən və qurumun gündəlik işini yönəldən Baş katiblikdən ibarətdir. Katibliyin maliyyələşdirilməsi üzv-dövlətlərin və kompaniyaların könüllü yardımları hesabına həyata keçirilməlidir. Katibliyin əsasında beynəlxalq hüquqi praktikaya uyğun olaraq beynəlxalq müqavilə dayanmadığı üçün onu beynəlxalq təşkilat kimi qəbul etmək mümkün deyil.
Buna baxmayaraq əsasən 2002-ci il Osaka, 2004-cü il Qleniqls, 2006-cı il Sankt-Peterburq Qlobal enerji təhlükəsizliyi sammitləri nəticəsində daha dəqiq təşkilatlanma istiqamətində tədbirlərin genişlənməsi tədricən nizamnaməsiz və beynəlxalq təsis müqaviləsi olmayan «enerji» BMT-nin yaranması meylləri; işçi katibliyin mövcudluğu, dünya enerji bazarında resursların istehsalçıları və istehlakçıları arasında dialoqun, şəffaflığın və stabilliyin yüksəldilməsi tendensiyaları diqqəti cəlb edir.
219. Təşkilatlanma üzrə tədbirlərə baxmayaraq hələ də beynəlxalq ictimaiyyət enerji bazarına nəzarəti, təhlükəsizliyin təmin edilməsini BMT və onun əsas orqanları vasitəsilə həyata keçirir. BMT-nin Təhlükəsizlik Şurasının qlobal təhlükəsizliyin tərkib elementi kimi çıxış edən enerji təhlükəsizliyinin təmin olunmasındakı fəaliyyəti ziddiyyətlidir. Bu qurum fövqəldövlətlərin maraqlarına uyğun fəaliyyət göstərsə də qlobal təhlükəsizliyin təminatında onun rolu danılmazdır. Buna misal olaraq, körfəz müharibələri zamanı, xüsusən də. I körfəz müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının 687, 705 №-li (1991) və 986 №-li (1995) Qətnamələri qeyd edilə bilər. İraqın hərbi qüvvələri tərəfindən Küveytin neft sənayesinə və ətraf mühitə vurulmuş zərərə görə İraqın məsuliyyət məsələsini həll etmək üçün BMT-nin Kompensasiya Komissiyası təsis edilmişdi. Dəymiş zərər Komissiya tərəfindən hesablandıqdan sonra Təhlükəsizlik Şurasının qətnaməsi ilə maddi məsuliyyət kimi iraqın neft ixracının illik gəlirindən təbii ehtiyatların dağıdılması və ətraf mühitə dəymiş zərər üzrə iddialar təmin edilmişdi. Ətraf mühitə və neft sənayesinə vurulan zərəri müəyyən etmək üçün BMT-nin Kompensasiya Komissiyası andlı iclasçılardan ibarət olsa da, tərəflərin mövqeyini maksimum dinləməyə yönələn fəaliyyəti həyata keçirsə də Komissiya tribunal kimi deyil, şikayətləri tənzimləmək üçün təsis edilmiş proses sayılır. Lakin qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsində müəyyənləşdirildiyi kimi, iddiaçıların de-fakto cavabdeh olan İraq hökumətinə qarşı şikayətləri üzrə qərarlar qəbul edilməsi bu sahədə beynəlxalq presedentin formalaşdırılmasına gətirib çıxarmalıdır. Bu proses tərəflərin, xüsusən də, İraq tərəfinin müdafiə hüququnu (nə qədər buna çalışsa da) tam təmin edə bilmədiyi üçün ona birmənalı qiymət də verilməmişdir.
320. Enerji resurslarının istifadəsində ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə BMT-nin fəaliyyət istiqamətlərindən biri də Katibliyi Bonnda (Almaniyada) yerləşən BMT-nin İqlim dəyişikliyi üzrə çərçivə Konvensiyasıdır. Həmçinin konvensiyaya qəbul edilmiş eyni adlı (1997) Kioto Protokolunun implementasiyası ilə əlaqədar üzv-dövlətlərin Nəzarət Konfransı qeyd edilməlidir. Nəzarət Konfransı (Komitəsi) çərçivəsində keçirilən danışıqlar elektrik enerjisinin yeni, bərpa olunan, həmçinin bərpa olunmayan mənbələrindən istifadə, onların nəqli və d. məsələləri əhatə etməklə üzv-dövlətlərin ticarət siyasətinə əhəmiyyətli təsir etməkdədir. Ümumən, BMT çərçivəsində qəbul edilmiş əksər beynəlxalq sazişlər dünya enerji bazarındakı vəziyyətlə bağlı olmuşdur. Qeyd etdiyimiz konvensiyalarla yanaşı Ozon qatının qorunması üzrə Vyana Konvensiyası və ona 1987-ci ildə qəbul edilmiş Monreal Protokolu, Təhlükəli tullantıların nəqli üzrə Bazel Konvensiyası və d. beynəlxalq sazişlərin qəbulu BMT çərçivəsində müəyyən bir təşkilati fəaliyyəti tələb edirdi. Müvafiq fəaliyyətin inzibati dəstəyi mənzil qərargahı Nayrobidə (Keniyada) yerləşən BMT-nin Ətraf Mühit üzrə Proqramıdır (UNEP). UNEP ətraf mühit üzrə təhdidlərin və qlobal ekoloji problemlərin həllində əhəmiyyətli bir qurum olmasa da, ətraf mühit haqqında konsepsiyaların enerji planlaşdırılması ilə birləşdirilməsi məhz ona məxsusdur. UNEP-in fəaliyyətindəki müəyyən nöqsanlar, bir tərəfdən, onun kifayət qədər maliyyə resurslarına malik olmaması, digər tərəfdən isə, ümumiyyətlə, ekoloji problemlərin nisbətən çətin başa düşülməsi ilə əlaqədardır.
321. BMT çərçivəsində enerji məsələsi ilə məşğul olan digər struktur Ticarət və İnkişaf üzrə BMT Konfransıdır (UNCTAD). UNCTAD ayrı-ayrı təbii resursların istifadəsi üzrə model hüquqi tənzimetmə qaydalarını hazırlamaqla yanaşı inkişafda olan ölkələrin iqtisadi mövqeyini möhkəmləndirmək üçün tədbirlər də həyata keçirir. Transmilli korporasiyaların davranış qaydaları, kontrakt modelləri, eləcə də enerji resurslarının ticarətinə Dünya Ticarət Təşkilatının «hüquq» qaydasının tətbiqi, enerji ekspertizası və d. məsələlərin həlli UNCTAD-ın fəaliyyət istiqamətlərindəndir. 1986-cı ildə UNCTAD çərçivəsində yaradılan Dəniz Dibinin İstifadəsi üzrə Beynəlxalq İdarə sahil sularında, həmçinin dəniz dibində faydalı qazıntıların hasilatı sferasında siyasətin formalaşdırılması və hüquqi rejimin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərir. UNCTAD-ın qlobal enerji tənzimlənməsi üzrə fəaliyyəti, o cümlədən enerji resurslarına malik olan ölkələrin Dünya Ticarət Təşkilatına üzvlüklə əlaqəli texniki dəstəyi də mühüm əhəmiyyət kəsb edir.
322. Enerji resursların idarə edilməsinin beynəlxalq hüquqi tənzimlənməsində iştirak edən digər BMT qurumu Beynəlxalq Dəniz Təşkilatıdır (IMO). IMO-nun gəmiçilik qaydaları, neft tankerlərindən ətraf mühitə mənfi təsiri azaltmaq tədbirləri 1989-cu ildə hazırladığı prinsiplərlə neftin və qazın nəqlində imtiyazların ləğvi ilə bağlı dərgiləri və b. standartları qeyd edilməlidir. IMO-nun prinsip və standartları məcburi hüquqi qüvvə kəsb etməsə də, həmin qaydalar bu və ya digər beynəlxalq sazişdə, protokolda, həmçinin dövlətdaxili hüquqi tənzimetmədə istifadə edildikcə onlar məcburi qüvvə kəsb edir.
323. BMT sisteminin digər qurumu kimi Ərzaq və Kənd
təsərrüfatı Təşkilatının (FAO) məqsədlərindən biri də yeni və
bərpa olunan enerji mənbələrinin mənimsənilməsini təşviq etməkdir. Dünya ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd yerlərində BMT-nin maliyyə qurumları ilə birlikdə yeni və bərpa olunan enerji mənbələrinin inkişafı, infrastrukturun yenidən qurulması, daha ucuz enerji mənbələrinə nail olmaq prioritet istiqamətlərdən biri kimi müəyyən edilir.
324. Enerji layihələrinin reallaşdırılması üçün BMT sistemində fəaliyyət göstərən təşkilatlardan Dünya Bankı əhəmiyyətli rol oynayır. Dünya Bankı özü də müxtəlif təyinatlı dörd maliyyə institutunu (275) birləşdirir. Bank özünün strukturunun formalaşdırılması və peşəkarlığı baxımından BMT-nin bütün digər
strukturundan daha səmərəli fəaliyyət göstərir. Dünya Bankının
energetika resurslarının sferasında kreditləri əsasən elektrik xətlərinin çəkilişinə, yeni mənbələrin müəyyən edilməsinə, qabaqcıl texnologiyanın tətbiqinə yönəlib. Kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə kənd yerlərində energetika qurğularının yaradılması üzrə 10 ildən az olmayan müddətə verilən kreditlər qeyd edilməlidir. Bank enerji resurslarından ilkin olaraq daş kömür layihələrini, bu sahədə infrastrukturun yaradılmasını maliyyələşdirmişdir. 1980-ci illərdən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə neft hasil edən inkişaf etmiş ölkələrə texniki yardımlar
qeyd edilə bilər. Dünya Bankının neft sənayesi üzrə qəbul etdiyi
aktları investisiya və ətraf mühit problemlərinin qarşılıqlı əlaqələndirilməsinə yönəlib. Müasir dövrdə Bankın energetika sferasında maliyyə-texniki fəaliyyəti əsasən enerji resurslarının yeni, boru kəmərlərilə tranzitinə, tikintisinə yönəlir. Bank neft-qaz qa-
nunvericiliyinin hazırlanmasında əhəmiyyətli rol oynamaqdadır.
Həmçinin onun fəaliyyəti şəhər elektrik şəbəkələrinin, dövlət neft-
qaz kompaniyalarının özəlləşdirilməsi layihələri üzrə tövsiyələrin
hazırlanması və dünya energetika bazarında rəqabət qaydalarının
bərqərar edilməsinə yönəlib. Ayrı-ayrı ölkələrdə yaranan «Energetika və sənaye nazirliyi» mərkəzi idarəçilik strukturu da 1980-ci ildə bankda yaradılmış və energetika layihələrinin ekspertizasını həyata keçirmiş eyni adlı strukturun analoqu kimi meydana gəlib. Hazırda enerji ekspertizası müxtəlif strukturlar tərəfindən həyata keçirilməkdədir. Bankın üzv-dövlətlərə layihələrlə əlaqədar təsiri əsasən tövsiyə xarakterli aktlarla təmin edilir. Bu zaman ssuda verilməsi ilə əlaqədar müqavilənin formal xarakterinin hökumətin energetika siyasətinə təsiri əhəmiyyət kəsb edir.
Dünya Bankının energetika sektoruna maliyyə ayırmaları onun investisiya institutları vasitəsilə təmin edilir. Əmək hüquqlarına qanunvericilik qaydasında kifayət qədər pozitiv münasibət ifadə etməyən zəif iradəli dövlətlərdə xarici investisiyaların müdafiəsi üçün beynəlxalq hüquqi mexanizmlərin, sığorta sisteminin yaradılması nəticəsində beynəlxalq hüquqi təminat formalaşdırıhb (236).
Transmilli korporasiyaların davranış qaydaları, xarici investisiyaların idarəçiliyi üzrə rəhbər prinsiplər (1992) və d. qaydalar qəbul edən dövlətin idarəçilik strukturlarını təkmilləşdirməyə, investorla münasibətlərin şəffaşlığına yönəlib. Buna baxmayaraq Bankın energetika sferasında fəaliyyəti qeyri-müəyyən olaraq qalmaqdadır. Qeyri-hökumət təşkilatları tərəfindən ənənəvi enerji resurslarının, daş kömür, neft məhsullarının davamlı istifadəsi üzrə layihələr, ətraf mühitin mühafizəsi sahəsində qeyri-qənaətbəxş idarəçilik ciddi tənqid edilməkdədir. Bank neft-qaz, daş kömür resurslarının maliyyə yardımlarını dayandırmaq qərarına gəlsə də sosial-ekoloji problemlərin, insan sağlamlığının qorunması kimi məsələlərin həllinə də biganə qalmaqda davam edir.
Dostları ilə paylaş: |