DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic


Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq



Yüklə 2,65 Mb.
səhifə30/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32
d book huquq 23504


12.1.4. Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq

təşkilatlar çərçivəsində həlli xüsusiyyətləri
434. Müasir beynəlxalq iqtisadi münasibətlər üçün xaraqterik xüsusiyyət ondan ibarətdir ki, meydana çıxan mübahisələrin həllinin daha ətraflı və səmərəli mexanizmləri təsis edilməkdədir.

Milli iqtisadi sistemlərin inteqrasiyası, beynəlxalq iqtisadi münasibətlərin dərinləşdiyi dövrdə beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq təşkilatlar çərçivəsində davamlı həlli müvafiq münasibətlərin proqnozlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Əksər hallarda beynəlxalq təşkilatlar çərçivəsində üzv-dövlərlər arasında beynəlxalq iqtisadi mübahisələrin həlli üzrə sturuktur fəaliyyət göstərir ki, həmin sturuktur da bir tərəfdən, təşkilatın funksiyalarının icra edilməsinə şərait yaradırsa, digər tərəfdən, beynəlxalq iqtisadi təşkilatlar tərəfindən qəbul edilən aktların üzv-dövlətlər arasında nüfuzunu yüksəldir. Beynəlxalq təşkilatlar çərçivəsində mübahisələrin həlli funksiyasının həyata keçirilməsi müvafiq təşkilatların nüfuzunun artırılmasına və bütövlükdə, beynəlxalq iqtisadi münasibətlərin inkişafına xidmət edir.

Beynəlxalq iqtisadi mübahisələri tənzim edərkən iqtisadi səlahiyyətli beynəlxalq təşkilatlar mübahisələrin dinc həllinin bütün vasitələrindən –danışıqlar, xeyirxah xidmətlər, vasitəçilik, məsləhətləşmə, barış, məhkəmə prosedurlarından kompleks şəklidə istifadə edirlər.

Beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzim edilməsi daha ardıcıl həyata keçirilir və bu proses mübahisə tərəfi olan dövlətlərə daha ucuz başa gəlir. Digər vacib məsələlərdən biri də odur ki, dövlətlərarası iqtisadi mübahisələri tənzim edən beynəlxalq təşkilatlar həmin beynəlxalq iqtisadi mübahisənin aid olduğu sferada fəaliyyət göstərir ki, bu da onların ixtisaslaşması baxımından əhəmiyyətlidir. Beynəlxalq iqtisadi təşkilatların beynəlxalq iqtisadi mübahisələrin həllində rolunun artmasına təsir edən faktorlardan biri də belə təşkilatların beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsi prosesində dövlətlərin iqtisadi bərabərliyinin spesifik beynəlxalq institutlar çərçivəsində təmin edilməsidir. Lakin belə pozitiv təminata yalnız beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər müstəqil və avtotritetil beynəlxalq məhkəmə, arbitraj mexanizmi olduqda nail olmaq mümkündür. Başqa sözlə, mübahisələr beynəlxalq iqtisadi təşkilatların inzibati orqanların səlahiyyətləri çərçivəsində deyil, məhkəmə, arbitraj baxışının predmeti olduqda səmərəli həll edilə bilər.

435. Bu baxımdan, xüsusi səlahiyyətli beynəlxalq təşkilatların arbitraj proseduru, o cümlədən Beynəlxalq Valyuta Fondu (İMF), Dünya Bankı çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsinin müəyyən fərqli xüsusiyyətləri olsa da, hər ikisində arbitraj baxışının mövcudluğu qeyd edilməlidir. İMF, Dünya Bankı ilə üzv-dövlətlər arasında, məsələn, üzvlüyünü itirən dövlətlə Fond arasında beynəlxalq iqtisadi mübahisə yaranarkən mübahisə Beynəlxalq Valyuta Fondu haqqında Sazişin 29-cu, Beynəlxalq Maliyyə Korporasiyası haqqında Sazişin 8-ci, İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Seul Konvensiyasının 8-ci maddələrilə nəzərdə tutulan prosedura uyğun həll edilir.

436. BMT-nin Sənaye İnkişafı üzrə Təşkilatının (UNİDO-nun) Nizamnaməsinə 3-cü Əlavəyə uyğun olaraq beynəlxalq iqtisadi mübahisələrin həlli prosedurunda danışıqlar yolu ilə beynəlxalq iqtisadi mübahisəni həll edə bilməyən tərəflərə öz mülahizələrinə əsasən mübahisəli məsələni həll etmək üçün

- Şuraya;

- beynəlxalq məhkəməyə;

- arbitraj məhkəməsinə; və

- barış komissiyasına müraciət etmək təklif edilir.

Buna baxmayaraq, UNİDO çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsində mənfi xüsusiyyətlər üstünlük təşkil edir. Belə ki, beynəlxalq iqtisadi mübahisələrə baxılmasının müəyyən müddətlə məhdudlaşdırılması, qaydanı pozmuş dövlətin beynəlxalq iqtisadi hüquq pozuntusunun mənfi nəticələrini aradan qaldırılmasından yayınmaq üçün prosesin gedişini ləngitmək, beynəlxalq arbitrajın təsisindən imtina edə bilməsi imkanı və s. qeyd edilə bilər.

Beynəlxalq iqtisadi təşkilatlardan bilavasitə mübahisələrin həlli mexanizmi kimi təsis edilən beynəlxalq qurumlar da fəaliyyət göstərir. Buna misal olaraq, MIGA və ICSID qeyd edilə bilər (236, 455).


12.1.5. BMT Beynəlxalq Məhkəməsi
437. İlk beynəlxalq məhkəmə təsisatı Millətlər Liqasının Assambleyası tərəfindən 1920 –ci ildə qəbul edilən Nizamnamə əsasında fəaliyyət göstərən Beynəlxalq Daimi Ədalət Məhkəməsi olmuşdur. Bu təsisat Millətlər Liqasının müstəqil orqanı kimi təşkilatın mövcud olduğu dövürdə fəaliyyət göstərmişdir. Məhkəmə 1946-cı ilə kimi fəaliyyət göstərmiş və BMT Beynəlxalq Məhkəməsinin təsis edilməsi ilə öz fəaliyyətini dayandırmışdır.

Hazırda beynəlxalq məhkəmə təhqiqatı bir qayda olaraq BMT Beynəlxalq Məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə BMT Nizamnaməsinin XIV Bölməsi, özünün Statutu və 1946-cı ildə işlənib hazırlanmış Reqlamenti əsasında fəaliyyət göstərir. Məhkəmə BMT-nin əsas orqanlarından sayılır. Eyni zamanda BMT-nin digər beynəlxalq məhkəmə qrumlarının təsis edilməsini istisna etmir.

Beynəlxalq təşkilatlar çərçivəsində BMT Beynəlxalq Məhkəməsi özünün fəaliyyəti və yurisdiksiyası ilə beynəlxalq iqtisadi mübahisələrin həllində xüsusi rola malikdir.

Beynəlxalq Məhkəmənin beynəlxalq mübahisələrin dinc həlli vasitələrindən biri kimi nəzərdə tutulması yenə də BMT Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndindən meydana gəlir. BMT-nin bütün üzvləri eyni zamanda Beynəlxalq Məhkəmənin Statutunun iştirakçılarıdır. Beynəlxalq Məhkəmənin fəaliyyət sferasına yalnız dövlətlərarası mübahisələr daxildir. Onun səlahiyyətləri isə Statutu ilə müəyyən olunur. Statut Beynəlxalq Məhkəmənin səlahiyyətlərinin sərhədlərini müəyyən edir. Məhkəmə dövlətlərlə şəxslər arasında, eləcədə fiziki şəxslər arasındakı mübahisələrinə baxmaq səlahiyyətinə malik deyil. Dövlətlərarası mübahisələrin həlli də spesifikliyə malikdir. Belə ki, müvafiq mübahisələr də yalnız hər iki tərəfin razılığı olduqdan sonra Məhkəmədə araşdırıla bilər. BMT Beynəlxalq Məhkəmənin səlahiyyətləri onun yurisdiksiyası tanıdığı halda yaranır.

438. BMT Beynəlxalq Məhkəmənin Statutuna uyğun olaraq Məhkəmənin məcburi yurisdiksiyasının tanınması dövlətlərin ya birtərəfli bəyanatı vasitəsilə, ya da ikitərəfli sazişlərin bağlanması yolu ilə ola bilər. Belə müqavilələrə sülh və əməkdaşlıq, təbii resusların birgə istismarı, dənizlərin milli sektorlara bölünməsi haqqında və s. müqavilələr daxildir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası eyni zamanda bir sıra çoxtərəfli universal müqavilələrdə də əks olunmuşdur. Buna baxmayaraq, BMT Beynəlxalq Məhkəməsinin məcburi yurisdiksiyası bir sıra dövlətlər tərəfindən isə qeyd-şərtlə tanınmışdır. 2004-cü il məlumatına görə 65 dövlət onun yurisdiksiyasını tanıyıb.

BMT Beynəlxalq Məhkəməsinin Statutunun 36.2 maddəsinə görə Məhkəməsinin yurisdiksiyasına



  1. beynəlxalq müqavilələrin təfsiri;

  2. beynəlxalq hüququn istənilən məsələsi;

  3. beynəlxalq öhdəliyin pozulmasına gətirib çıxaran faktın mövcudluğunun;

  4. beynəlxalq öhdəliyin pozulmasına görə dəymiş zərərin xaraqterinin və həcminin

müəyyən edilməsi daxildir.

439. Qeyd etdiyimiz kimi, BMT Beynəlxalq Məhkəmə baxışı üçün xaraqterik xüsusiyyət onun qarşılıqlı razılıq əsasında fəaliyyət göstərməsidir. Hər hansı dövlətin başqa bir dövlətlə qarşılıqlı mübahisəsinin Beynəlxalq Məhkəmədə həlli üçün razılıq alması, şübhəsiz ki, onun yurisdiksiyasını kifayət dərəcədə məhdudlaşdırır. Müəyyən kateqoriya mübahisələr isə ədəbiyyatda da bəzən “sırf siyası” mübahisə kimi qiymətləndirilən və uzun müddət davam edən hərbi konfiliktlər şəraitində həlli tələb edilən mübahisələrdir. Bu yönümlü sonuncu mübahisələrdən biri 2005-ci ildə Konqo Demokratik Respublikası ilə Uqanda arasında baş vermişdir. Tərəflərin hərbi təcavüz, digər tərəfin təbii ehtiyatlarının qeyri-qanuni ifadəsi, kütləvi formada insan hüquqlarının pozulması ilə bağlı qarşılıqlı ittihamları Beynəlxalq Məhkəmə baxışına qəbul etmişdir.

Belə mübahisələrdə hüquqi tərkibin, məzmunun fərqləndirilməsinin mürəkkəbliyi, digər tərəfdən, məsələnin həllində BMT Təhlükəsizlik Şurasının xüsusi rolunun nəzərə alınması zərurəti Məhkəmənin müvafiq kateqoriya işləri icraatına qəbul etməsinə qarşı fikirlərin meydana çıxmasını istisna etməmişdir. Şübhəsiz ki, hərbi fəaliyyət, işğal, təcəvüz faktının müəyyən edilməsi, həmçinin Məhkəmənin qəbul etdiyi qərarın icrası ilə bağlı problemlər diqqətdən yayına bilməz. Xüsusən də, ABŞ-ın Nikaraqua ilə mübahisəsində Məhkəmənin yurisdiksiyası haqqında məsələ həll edilərkən müvafiq məzmunda etiraz ABŞ tərəfindən edilmişdi. ABŞ qeyd edilən arqumentlə yanaşı, həm də BMT Beynəlxalq Məhkəməsinin (hələ 1946-cı ildə qeyd-şərtlə də olsa tanıdığı) məcburi yurisdiksiyasından imtina etdiyi bəyan edir. Lakin Məhkəmə bu arqumentləri rədd edərək göstərmişdir ki, güclə hədələmək və onun tətbiqi Beynəlxalq Məhkəmənin həll edə bildiyi və beynəlxalq hüquqla tənzimlənən hüquq məsələsidir.

Başqa sözlə, bu problem ABŞ-ın Məhkəmənin yurisdiksiyasını tanıyıb-tanımamasından asılı olmayaraq Beynəlxalq Məhkəmə tərəfindən həll edilməsi mümkün olan hüquq məsələsidir.

440. BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsindəki səlahiyyətinə müdaxilə etmədən, Məhkəmə belə bir mövqedən çıxış edir ki, Təhlükəsizlik Şurasının xüsusi rolu belə məsələlərin həllində Məhkəmənin özünün funksiyalarını həyata keçirməsini istisna etmir. Məhkəmə bu məsələnin həllində müstəqil rol oynayaraq eyni zamanda bir çox hallarda Təhlükəsizlik Şurasının siyasi qərarlarını tanımayarsa, digər hallara həmin qərarlar üçün zəmin yaradır. Müvafiq yönümlü mübahisələr üzrə qəbul edilmiş qərarlar Təhlükəsizlik Şurası tərəfindən (xüsusən də, onun daimi üzvlərinin bu və ya digər konfilikdə maraqlı olması üzündən) bəyənilməsə də, müəyyən bir presedent yaratmışdır. BMT Nizamnaməsinin 94-cü maddəsinin 2-ci bəndinə görə Nikaraqua ABŞ tərəfindən Məhkəmənin qərarının icra edilməsi faktı ilə TŞ-yə müraciət etsə də, ABŞ-ın veto hüququndan istifadə etməsi nəticəsində TŞ qərar qəbul edə bilməmişdi.

İlk dəfə olaraq BMT tarixində Nizamnamənin 94-cü maddəsinə uyğun olaraq Beynəlxalq Məhkəmənin qərarının icra edilməsi faktı TŞ-də müzakirə obyektinə çevrilir. ABŞ tərəfi məsələni Məhkəmənin yurisdiksiyası ilə əlaqələndirməyə çalışsa da Nikaraqua tərəfi haqlı olaraq bildirir ki, Məhkəmənin yurisdiksiyası haqqında məsələ yalnız həmin qurumun səlahiyyətində olan problemdir. Məhkəmə özünün səlahiyyətini də təsbit edən belə bir qərar qəbul etmişdi ki, onun qərarı Statutun 59 və 60-cı maddələrinə uyğun olaraq tərəflər üçün məcburi və sonuncu olmaqla mübahisə edilə bilməz.

Təhlükəsizlik Şurasında ABŞ-ın veto hüququ ilə qarşılaşqan Nikaraqua hökuməti Məhkəmə qərarının icra edilməsi üzrə qətnamə layihəsini BMT Baş Məclisinin 41-ci sessiyasına təqdim edir. Baş Məclis üç səs (ABŞ, İsrail, Salvador) əleyhinə, 47 bitərəf və 94 səs lehinə olmaqla Qətnaməni qəbul edir.

ABŞ Məhkəmənin qərarının tanınmasından imtina etsə də sonradan (Nikaraqua limanlarının minalanmasını dayandırmaqla) Məhkəmənin qərarında təsbit edilmiş məsələlərin birini təmin etmiş olur. Məhkəmənin müvafiq yönümlü digər qərarı İran körfəzində 1987-1988-ci illərdə İran-İrak müharibəsi zamanı ABŞ tərəfindən İranın neft platformalarının məhv edilməsilə bağlı olmuşdur.

441. “Beynəlxalq hüququn istənilən məsələsi” həmçinin “Beynəlxalq öhdəliklərin pozulmasına görə dəymiş zərərin xaraqterinin və həmçinin müəyyən edilməsi” üzrə BMT Beynəlxalq Məhkəməsinin yurisdiksiyasının digər dövlət tərəfindən tanınıb-tanınmaması elə bir əhəmiyyət kəsb etmir. Məsələ ondadır ki, müvafiq kateqoriya mübahisələr üzrə Məhkəmənin qərarı beynəlxalq hüquq məsələsi olduğundan həmin qərarın beynəlxalq hüquq pozuntusu törətmiş dövlət tərəfindən yerinə yetirilməməsi ən azından dövlətin siyası məhsuliyyətini meydana gətirir. Bu da dövlətin siyasi imicinə, beynəlxalq əməkdaşlıqdakı mövqeyinə təsir etməyə bilməz.

BMT Beynəlxalq Məhkəməsinin qeyd etdiyimiz 4 müddəa üzrə yurisdiksiyası ərazisini BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan RF-nin dəstəyi (bilavasitə ona mənsub 366-cı alayın iştirakı) ilə işğal edən, yerli (azərbaycanlı) əhaliyə qarşı etnik əsasda (1992) Xocalı şəhərində kütləvi formada soyqırım törətmiş, ekosistemin pozulması, həmçinin təbii resusların qeyri-qanuni istifadəsi və vurulmuş zərərin həcmi və xaraqterinin müəyyən edilməsi istiqamətində Ermənistana qarşı AR-ə Məhkəməyə müraciət üçün tam əsas verir.

AR yalnız sonuncu məsələlərlə deyil, həm də (“beynəlxalq hüquq məsələsi olaraq”) ərazinin işğal faktı və kütləvi insan qırğınına səbəb olmuş Xocalı hadisəsi üzrə də BMT Beynəlxalq Məhkəməsində məsələ qaldırılmalıdır. Məhz bu səlahiyyətləri nəzərə alaraq AR-in ərazisinin de-facto işğalı məsələsinə BMT sturukturları, o cümlədən Baş Məclis ilə sıx əməkdaşlıq nəticəsində rəsmləşdirilə bilər. Bu mənada BMT Baş Məclisinin AR-in ərazisinin Ermənistan tərəfindən işöal faktın pisləyən 2008-ci il Qətnaməsini qeyd edilməlidir. NATO istisna olmaqla, məsələnin regional təhlükəsizlik sturukturları ilə tənzimlənməsi demək olar ki, mümkün deyil.

442. Xüsusən də, heç bir təcrübəsi və mexanizmi olmayan bir qurum kimi meydana gəlmiş ATƏM (hazırda ATƏT) çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin təminatı mümkün deyil. ATƏT “soyuq müharibə” dövründə Avropanın ümumi təhlükəsizlik sistemində fəaliyyət göstərən beynəlxalaq qurumlara alternativ sovet konsepsiyası kimi meydana gəlmişdir. ATƏT-in irəli sürdüyü prinsiplər – dövltin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və insan hüquqlarına hörmət edilməsi prinsipləri artıq o dövürdə beynəlxalq hüquqda bərqərar olmuş prinsiplər idi.həmin prinsiplərin sistem ardıcıllığında da sonuncu yerdə SSRİ üçün o qədər də əhəmiyyət kəsb etməyən insan hüquqlarına hörmət edilməsi prinsipi dayanırdı. Halbuki o dövürdə insan hüquqlarına hörmət edilməsi prinsipi ümuməhatəli təhlükəsizlik sistemində “Əməkdaşlıq əsasında təhlükəsizlik” konsepsiyasında fərdin təhlükəsizliyi kimi irəli sürülürdü. Müvafiq olaraq, SSRİ-nin əsas varislərindən biri kimi RF-nin iştirakı ilə olan regional təhlükəsizlik sistemləri, o cümlədən Müstəqil Dövlətlər Birliyi (MDB) Nizamnaməsi (1993), MDB-nin yaradılması haqqında (1991) Saziş, Təhlükəsizlik haqqında Saziş (1992) və s. ümumi halda ancaq müvafiq dövlətin strateji maraqlarına xidmət edir. MDB Nizamnaməsinin III fəsil Kollektiv təhlükəsizlik və hərbi-siyasi əməkdaşlıq kimi adlanasa da bu günə kimi həmin normaların fəaliyyəti hiss edilməyib. Əksinə, həmin sturukturun “köməkliyi” keçmiş SSRİ məkanında müstəqillik əldə etmiş və qərb yönümlü, müstəqil, milli maraqlardan çıxış edən dövlətlərdə milli, etnik münaqişlərin gücləndirilməsi tendensiyası diqqəti cəlb etməkdədir.

Qeyd etmək yerinə düşər ki, Nikaraquanın iş üzrə Məhkəmənin qərarı icra edilməsə də, qüvənin tətbiqi ilə əlaqədar “siyasi” xaraqterli mübahisələrin Məhkəmənin baxışına təqdim edilməsi azalmamış, əksinə, daha da artmaqdadır. Belə bir vaziyyət həmin işdə Məhkəmənin ifadə etdiyi prinsipial mövqe ilə əlaqədar izah edilməlidir. Digər tərəfdən, bilavasitə təhlükəsizlik Şurası üzvləri tərəfindən bu və ya digər beynəlxalq hüquq normalarının pozulması zamanı Təhlükəsizlik Şurasının siyasi vakuuma düşməsi də BMT Beynəlxalq Məhkəməsinin beynəlxalq hüququn istənilən məsələsi ilə bağlı mütləq yurisdiksiyasının şübhə altına alınmaması zərurətini yaradır. Bu mənada Məhkəmənin qərarlarının təminatlandırılması Təhlükəsizlik Şurası tərəfindən deyil, BMT Baş Məclisi tərəfindən həyata keçirilməlidir.

Beynəlxalq birliyi narahat edən məsələlərdən biri də BMT Beynəlxalq Məhkəməsinin sisteminə daxil olmayan məhdud sferalı müstəqil beynəlxalq məhkəmə qrumlarının təsisi ilə bağlıdır. Buna misal olaraq, 1982-ci il Dəniz hüququ üzrə BMT Konvensiyası əsasında təsis edilən və mənzil qərargahı Hamburqda yerləşən Dəniz hüququ üzrə beynəlxalq Tribunal qeyd edilə bilər. Faktiki və formal olaraq demək olar ki, Tribunalın baxdığı bütün məsələlərin BMT Beynəlxalq Məhkəməsinin səlahiyyəti ilə üst-üstə düşməsi beynəlxalq məhkəmə sistemi üçün qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Beynəlxalq hüququn birmənalı tətbiqi və təsfiri üçün yeni məhkəmələr BMT Beynəlxalq Məhkəməsinin sistemində təsis edilməlidir. Bu mənada BMT Beynəlxalq Məhkəmənin beynəlxalq ekoloji münasibətlərin həlli üçün 1997-ci ildə yeni sturukturun təsis edilməsi məqbul hal kimi qeyd edilməlidir.

Eyni yurisdiksiyalı müxtəlif beynəlxalq məhkəmə qurumlarının təsis edilməsi BMT Beynəlxalq Məhkəməsinin sədri J.Qiyomun fikri ilə ifadə etsək “hakimlərin yaradıcılığını” genişləndirsə də, digər tərəfdən, bu və ya digər dövlətin daha məqbul məhkəmə axtarışı, həmçinin ədalət mühakiməsinin işində qarşılıqlığa səbəb olur.
12.1.6. Beynəlxalq arbitraj və məhkəmə proseduru
443. Beynəlxalq arbitraj və məhkəmə proseduru beynəlxalq hüquqi aktlarda beynəlxalq mübahisələrin son və həlledici vasitəsi kimi diqqəti cəlb edir.

Beynəlxalq arbitraj beynəlxalq mübahisənin tərəfləri arasında qarşılıqlı razılıq əsasında təşkil edilən, mübahisəyə bir və ya bir neçə şəxs tərəfindən baxılan, qərarı tərəflər üçün məcburi olan beynəlxalq məhkəmə prosedurudur.

Arbitraj termininin latınca tərcüməsi tərəflər üçün şahidlik edən üçüncü şəxs mənasını ifadə edir. Bu baxımdan beynəlxalq iqtisadi mübahisələrin həllində digər ilkin vasitələrdən biri, lakin daha təkmil forma kimi çıxış etməklə, eyni zamanda beynəlxlaq məhkəmə baxışının meydana gəlməsi üçün əsas olmuşdur.

Beynəlxalq məhkəmə isə beynəlxalq müqavilə əsasında, müəyyən müddətdə seçilən şəxslərdən ibarət olmaq mübahisələrin həlli üzrə daimi orqandır. Beynəlxalq məhkəmə də beynəlxalq arbitrajda olduğu kimi işə tərəflərin könüllü razılığı ilə baxır və qərarları tərəflər üçün məcburi hüquqi əhəmiyyət kəsb edir.

Beynəlxalq arbitraj və məhkəmə təhqiqatının beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin digər beynəlxalq hüquqi vasitələrindən əsas fərqi ondan ibarətdir ki, tərəflər yurisdiksiyanı seçdikdən sonrapraktik olaraq beynəlxalq iqtisadi mübahisələrin araşdırılmasından kənarda qalır və beynəlxalq iqtisadi mübahisələrin tərəfləri üçün məcburi əhəmiyyət kəsb edən qərar qəbul edilir. Beynəlxalq iqtisadi mübahisələrin dinc yolla tənzimlənməsinin ilkin beynəlxalq hüquqi vasitələrindən fərqli olaraq beynəlxalq arbitraj və məhkəmə prosedurlarının çərçivəsi öncədən daha konkret mexanizmləri təsbit edən beynəlxalq sazişlərlə müəyyən olunur və hər hansı bir prosesual hərəkətə riayyət edilməsi işə yenidən baxılması üşün əsas ola bilər.

Beynəlxalq arbitraj ilə beynəlxalq məhkəmə arasında elə bir ciddi fərq yoxdur, belə ki, hər iki mexanizm ümumi beynəlxalq hüquqi təhqiqatın müxtəlif növləri sayılırlar. Eyni zamanda beynəlxalq arbitraj və beynəlxalq məhkəmə müəyyən fərqlər də ola bilər. Belə ki, beynəlxalq arbitrajlarda hakimlərin tərkibi beynəlxalq iqtisadi mübahisələrin tərəflərin razılığından asılıdır. Müvafiq olaraq daimi və tərəflərin razılığı ilə konkret hal üçün təşkil olunan (ad hoc) beynəlxalq arbitrajlar, eləcə də həm ümumi, həm də xüsusi sferalı beynəlxalq arbitrajlar fərqləndirilə bilər. Yeri gəlmişkən, müasir dövürdə çox geniş formada tətbiq edilən xüsusi şəxslərarası və xüsusi şəxslərlə (transmilli korporasiyalar ilə) dövlət arasında meydana çıxan iqtisadi mübahisələrin həlli üzrə təsis edilən beynəlxalq kommersiya arbitrajları da dövlətlərarası ümumi hüquq təbiətli beynəlxalq arbitrajlardan fərqləndirilir. Dövlətlərarası beynəlxalq ümumi hüquq təbiətli arbitrajlar beynəlxalq müqavilə əsasında təsis edilməklə dövlətlərarası yurisdiksiya (sərhəd problemləri, qitə şelfindən istifadə, beynəlxalq müqavilələrin tətbiqi və təfsiri ilə bağlı məsələlərin həllinə yönəlirsə, beynəlxalq kommersiya arbitrajları bilavasitə xüsusi şəxslərarası və xüsusi şəxslərlə dövlətlər arasında kommersiya, təsərrüfat münasibətlərindən yaranan iqtisadi münasibətlərin həlli üçün təsis edilir. Beynəlxalq kommersiya arbitrajlarının qərarının icrası üçün həmin qərarın icra ediləcək dövlətdə tanınması zəruridirsə, dövlətlərarası beynəlxalq arbitrajların qərarı təsis olunma müqaviləsinə əsasən istinasız olaraq təmin edilir. Əslində burada tanınma müqavilənin bağlanması anında baş verir.

Beynəlxalq məhkəmələrin tərkibi beynəlxalq arbitrajlardan fərqli olaraq beynəlxalq iqtisadi mübahisələrin tərəflərinin iradəsindən dolayısı ilə asılıdır, belə ki, onlar təsis aktlarına əsasən qabaqcadan formalaşdırılır. Əgər beynəlxalq arbitraj beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin beynəlxalq hüquqi vasitələrinin ən qədim (Qədim Babilistan, Çin, Yunanıstan və Romada tətbiq edilən) insitutlatındandırsa, beynəlxalq məhkəmə baxışı isə beynəlxalq hüququn yeni institutudur və öz başlanğıcını Beynəlxalq Daimi Ədalət Məhkəməsindən götürür.

444. Müasir beynəlxalq arbitraj baxışına maraq XVIII əsrin sonuna, 1974-cü il ABŞ ilə Böyük Britaniya arasında Arbitraj haqqında Müqavilənin bağlanmasına təsadüf edir. Arbitraj ilə bağlı ilk beynəlxalq sazişin tarixi eramızdan əvvəl 3200-3100-cü illərə, Mesopatomiyanın (İki çayarasının) şəhər dövlətləri Laqaş və Umma arasında bağlanan sazişə təsadüf edir.

Daimi beynəlxalq təsisat kimi arbitrajın universal beynəlxalq hüquqi tənzimlənməsi isə II Haqa sülh konfransı zamanı medana gəlir. Haqa konvensiyasına görə arbitraja müraciət könüllü xaraqter daşıyır və beynəlxalq müqavilələrin təfsiri və tətbiqi məsələləri ilə, eləcə də “müəyyən növ” mübahisələrlə məhdudlaşırdı (m.38-39). Konvensiya münsüflər məhkəməsinin daimi Palatasının yaradılmasını nəzərdə rurur.

Palatanın üzvləri 6 il müddətinə Konvnsiya iştirakçısı olan dövlətlər tərəfindən yüksək mənəvi keyfiyyətlərə malik olan və beynəlxalq hüquq sahəsində ixtisaslaçşmış mütəxəssis kimi tanınan şəxslərdən təyin olunurdu. Beynəlxalq arbitraj proseduru üzrə məsələlər BMT Beynəlxalq Hüquq Komissiyasının müxtəlif vaxtlarda keçirilən sessiyalarının da müzakirə predmeti olub. 1958-ci ildə Beynəlxalq Hüquq Komissiyası Arbitraj təhqiqatının Nümunəvi Qaydalarını işləyib hazırlamışdır.

Qeyd etmək lazımdır ki, dövlətlərarası iqtisadi mübahisələrin həlli üçün təsis edilən arbitraj prosedurunun xüsusi şəxslərlə dövlətlərarası və ya xüsusi şəxslərarası arbitrajdan öncə ifadə etdiyimiz (443) məsələ istisna olmaqla heç bir fərqi yoxdur. Bəzən də məsələn, ICSD çərçivəsində fəaliyyət göstərən arbitraj publik arbitrajlarla hər hansı bir istisna olmadan eynilik təşkil edir (460). Beynəlxalq kommersiya arbitraj prosesini tənzimləmək, qəbul edilmiş qərarların icrasını təmin etmək məqsədilə bir sıra beynəlxalq hüquqi aktlar da qəbul edilmişdir. Xarici ticarət arbitrajı haqqında 1961-ci il Avropa Konvensiyası; Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il Nyu-York Konvensiyası; Kommersiya arbitrajı haqqında 1987-ci il Əmman Ərəb Konvensiyası;Afrika ölkələrinin sahibkarlıq hüququnun harmonizasiyası üzrə Təşkilatın 1993-cü il Müqaviləsi, Beynəlxalq kommersiya arbitrajı haqqında UNCİTRAL-ın 1985-ci il Nümunəvi Qanunu və s. qeyd edilə bilər.
12.1.7. Avropa İttifaqı Məhkəməsi
445. Avropa Birlikləri Məhkəməsi (Court of Justice of the European Communities) – Avropa Birliyi ərazisində Avropa İttifaqı hüququnun birmənalı tətbiq və təfsir edilməsini təmin edir.

Birliyin hüququnun icrası ilə bağlı olan bütün məsələlər Birliyin Məhkəməsinin aidiyyatına daxildir. Məhkəmənin qərarından şikayət verilə bilməz və şərtsiz icra edilməlidir.

1989-cu ildə Vahid Avropa Aktına müvafiq olaraq, Avropa Birliyi Məhkəməsinə kömək olaraq, Birinci İnstansiya Məhkəməsi təsis edilmişdir. Onun səlahiyyətlərinə ayrı – ayrı şəxslər və kommpaniyalar tərəfindən Avropa Birliyinin institutları və orqanları əleyhinə verilmiş iddialara baxmaq daxil edilmişdir. Bu mübahisələrə - rəqabət, əmək mübahisələri, antidempinq prosedurlarının tətbiq edilməsi və s. daxildir. Həmin məsələlər üzrə qərarların hüquqi məzmunundan Birliyin Məhkəməsinə şikayət verilə bilər.
12.1.8. Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin