DərsliK İqtisad elmləri doktoru, professor


§3. QEYRİ-EKVİVALENT MÜBADİLƏ KONSEPSİYASI



Yüklə 0,6 Mb.
səhifə117/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   121
referat 921

§3. QEYRİ-EKVİVALENT MÜBADİLƏ KONSEPSİYASI
Sol radikalların diqqət mərkəzində artım nəzəriyyəsi deyil, zərərli, periferiya və asılı inkişaf nəzəriyyəsi görünür. Onlar iqtisadi artıma milli zəmində deyil, beynəlxalq miqyasda zəif inkişaf amili kimi baxırlar. Maraqlıdır ki, merkantilistlər kimi onlar periferiy inkişafı istehsalın təhlilindən yox, tədavül sferasından, xüsusən beynəlxalq ticarətdən öyrənməyə başlamışlar.

Onların ənənəvi cəmiyyəti tez dəyişdirmək cəhdinin iflası periferiy iqtisadiyyatın həm daxili problemlərini üzə çıxardı, həm də uğursuzluğun qeyri-iqtisadi səbəblərinə diqqət yetirməyə məcbur etdi. Bir sıra alimlərin, xüsusən R.Prebiş, S.Furdato və b. kimi Amerika alimlərinin tədqiqat mərkəzində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı antaqonizm görünür.

Argentina iqtisadçısı Raul Prebiş dünya təsərrüfatının ahəngdar inkişafı illüziyasının aradan qaldırılmasında böyük rol oynadı. O, xarici ticarətə gəlirlərin periferiyadan dünya təsərrüfatının mərkəzinə axıdılmasının xüsusi mexanizm kimi baxırdı.

R.Prebiş ticarət şəraitinin pisləşməsini beynəlxalq əmək bölgüsünün xüsusiyyətləri, inkişaf etmiş ölkələrin ayrı-seçkilik ticarət siyasəti və ETT-nin gedişində baş verən dəyişikliklər ilə əlaqələndirirdi. Onun ardınca BMT-nin İqtisadi komissiyası Latın Amerikası üçün regionda ticarətə neqativ təsir göstərən amilləri təhlil etmişdir. Nəticədə müqayisəli üstünlük nəzəriyyəsinin inkişaf etməkdə olan ölkələrə yalnız nəzəri deyil, həm də empirik səviyyədə uyğun olmasını təkzib etmək cəhdi olundu. Bu da asılı iqtisadiyyat konsepsiyasının qərarlaşması üçün ilkin şərtlər yaratdı.

Selso Furtado göstərir ki, dünya iqtisadiyyatının dualizmi istehlak və mədəni ənənələr dualizmlərinin nəticəsidir. Asılı yarımsistemin hakim sistemlə əlaqəsi elit ölkələr vasitəsilə həyata keçirilir. Bu da daha inkişaf etmiş yarımsistemə inteqrasiya olunur və onun standartlarına yönəldilir. Ona görə geriliyin mahiyyəti xeyli dərəcədə mərkəzi istehlak modelinin təqlidilə" müəyyən olunur. Latın Amerikasında bu proseslər Asiya və Afrikaya nisbətən daha aydın görünür.

Belə münasibətlərin münaqişəli xarakterinə "üçüncü dünya" ölkələrinin beynəlxalq əmək bölgüsü sistemində əlverişsiz vəziyyətinin nəticəsi kimi baxılır. Bu da ticarət şəraitinin pisləşməsində, artan maliyyə borcunda, "beyinlər axınında" və i.a. ifadə olunur. İdxal əvəzedici sənayeləşdirmə strategiyası bu prosesi kəskinləşdirdi. Bütünlüklə mövcud vəziyyət iqtisadi fikrin sonrakı radikallaşmasına - P.Baran, Ş.Bettelheym, O.Braun, İ.Vallerstayn, N.Frank, A.Emmanuel kimi iqtisadçıların konsepsiyalarının yaranmasına səbəb oldu. Bu zaman iqtisadi proses avtomatik olan sabit müvazinət kimi deyil, müxtəlif ölkə qrupları arasında uyğunsuz qarşılıqlı asılılığın yaranması və güclənməsi kimi nəzərdən keçirilməyə başladı. Bu prosesdə A.Emmanuel qeyri-ekvivalent mübadilənin roluna, S.Amin isə transmilli korporasiyanın roluna diqqət yetirdi.

Fransız iqtisadçısı Artur Emmanuelin 1969-cu ildə çapdan çıxan "Qeyri-ekvivalent mübadilə: beynəlxalq iqtisadi münasibətlərdə antaqonizmlər haqqında oçerk" adlı monoqrafiyası qeyri-ekvivalent mübadilə barəsində mübahisəyə təkan verdi. Burada o, ilkin olaraq xeyli kəskin məsələ qoydu. Bununla əlaqədar belə suallar meydana çıxdı: bu mübadilə nə qədər və hansı həcmdə olur? Nəhayət, onun nəticələri hansılardır və onu indiki vaxtda aradan qaldırmaq olarmı?

A.Emmanuelin radikal konsepsiyası belə sübut etmək cəhdindən ibarətdir ki, kapitalist periferiyası xalqlarının əmək nəticələrinin mənimsənilməsi qərb sivilizasiyası rifahının əsasıdır. Ona görə tədqiqatın başlıca məqsədi "üçüncü dünya"da yaradılan məhsulun əldə edilməsi və mənimsənilməsi mexanizmini təhlil etməkdir. Bu konsepsiya ticarətə bir millətin başqalarının hesabına varlanması üsulu kimi baxan merkantilistlər nəzəriyyəsinin, xırda burjua siyasi iqtisadının, xüsusən mülkiyyəti P.J.Prudonun "oğurluq" kimi qələmə verən radikal siyasi iqtisadın və marksizmin ayrı-ayrı müddəalarından istifadə etməyə çalışır.

R.Prebiş Latın Amerikası ölkələri və inkişaf etmiş ölkələr arasında mübadilənin qeyri-ekvivalent xarakterini sübut edə bilmədi. Ona görə A.Emmanuel keyfiyyət meyarlarını ön plana çəkdi. O, tutuşdurulan istehsal şərtlərini, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kəskin fərqlənən hazır məhsulun qiymətlərini müqayisə obyekti kimi götürərək marksist dəyər və istehsal qiyməti nəzəriyyəsinə əsaslandı. O, qeyri-ekvivalent mübadilənin iki formasını fərqləndirdi; "əlavə" və "həqiqi". Bunlardan birincisi, yəni "əlavə" qeyri-ekvivalent forması kapitalın üzvi quruluşunun müxtəlifliyinə görə mənfəət normasının bərabərləşməsi gedişinin pozulması nəticəsində yaranır. İkincisi isə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək haqqının formalaşmasının institusional fərqlərilə bağlıdır. Emmanuel həmin fərqlənmənin başlıca səbəbini inkişaf etmiş ölkələrdə öz üzvləri üçün daha yüksək əmək haqqına nail olan həmkarlar ittifaqlarının inhisarçı mövqe tutmasında görür. Ona görə Emmanuelin fikrincə qeyri-ekvivalent mübadilənin əsas xeyri inkişaf etmiş ölkələrin fəhlə sinfinə çatır.

A.Emmanuel iqtisadi inkişaf startını ilkin kapital yığımı prosesində və hətta sənaye inqilabında deyil, əmək haqqı artımının rikardoçu yaşayış minimumundan yuksək olmasında görürdü. Onun konsepsiyasında "əmək haqqı səbəb, istismar isə yalnız nəticədir". Onun fikrincə kapitalın üzvi quruluşunun artması əlavə varlanma mənbəyi olaraq belə uyğunsuluğu gücləndirir. Qüsurlu dairə yaranır: inkişaf etmiş ölkə nə qədər çox zəngin olsa, zəif ölkə bir o qədər kasıb olur. Ona görə mərkəz və periferiya disproporsiyası qeyri-bərabər mübadilənin səbəbi deyil, nəticəsidir. Kapital ixracı yaranmış antaqonizmi tamamlayır və gücləndirir.

Müstəmləkə siyasətinin yeridilməsinə mane olan amillər daha yüksək əmək haqqına və siyasi azadlığa uyğunlaşan ağ mühacirlərdir. Ona görə onlar təzə yerdə də Avropa standartlarına uyğun olan tam həcmdə əmək haqqı tələb edirlər. Əks halda metropoliyadan ayrılmağa və onların tələbini yerinə yetirəcək öz müstəqil dövlətini yaratmağa cəhd edirlər. Onlar mühacirlərin xeyrinə həll olunan yerlərdə, məsələn, ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə məqsədlərinə nail olurlar.

A.Emmanuel üsulu "üçüncü dünya" imperialist dövlətlərinin xeyrinə yaradılan izafi dəyərin müntəzəm yenidən bölgüsü haqqında nəticə çıxarmağa imkan verir. Bu fenomeni izah etməyə çalışan Emmanuel öz nəzərini kapital və əmək istehsal amilləri bazarına yönəldir. Həmin bazarların müqayisəsi onu kapital bazarının daha çox inkişaf xarakteri haqqında fikrə gətirir ki, bu da beynəlxalq kapitalın sərbəst hərəkətində və ümumi mənfəət normasının bərabərləşməsində ifadə olunur. Əməyin hərəkətinə isə müxtəlif institusional əngəllər, hər şeydən əvvəl inkişaf etmiş ölkələrin həmkarlar ittifaqı mane olur. Bu da əmək haqqı stavkasının bərabərliyini pozur.

Beləliklə, qeyri-ekvivalent mübadilənin başlıca səbəbi beynəlxalq kapitalın sürətlə hərəkət etmə qabiliyyəti və beynəlxalq əməyin isə sürətlə hərəkət etmə qabiliyyətsizliyidir. A.Emmanuelin hesablamasına görə orta əmək haqqı geridə qalmış ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən 30 dəfə aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə işçilərin daha aşağı əmək haqqının mənbəyi Emmanuelin fikrincə qeyri-ekvivalent mübadilə və Qərb ölkələrinin buna müvafiq zənginləşməsidir. Bu baxımdan Mərkəzin inkişafı və periferiyanın zəif inkişafı medalın iki tərəfinə bənzəyir.

A.Emmanuelin konsepsiyasında mübadilə sferası həyat fəaliyyətinin bütün başqa sferalarının zərərinə olaraq mütləqləşdirilir. O, müxtəlif ölkələri müqayisə edərək məhsuldar qüvvələrin inkişaf səviyyəsində dərin fərqləri, əməyin mürəkkəbliyi və intensivliyini, həmçinin iş qüvvəsinin ixtisasını lazımi qədər qiymətləndirmir. Bununla birgə onun inkişaf etmiş ölkələrin bütün fəhlə sinfinin "üçüncü dünya" əhalisini istismar etməsi haqqında müddəaları onu hətta yaxın tərəfdarlarından - marksistlərdən də uzaqlaşdırmışdır.

A.Emmanuelin konsepsiyasının zəifliyi ondadır ki, ifratçılığa gedir. O, solçu ehtirasla yazır ki, "seçim yalnız qeyri-ekvivalent mübadilə və avtarkiya arasında mümkündür". Belə dərk edilən inkişaf yalnız qeyri-ekvivalent mübadilənin aradan qaldırılması yolu ilə mümkündür.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin