Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri



Yüklə 1,29 Mb.
səhifə197/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   193   194   195   196   197   198   199   200   ...   297
psix

Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri. Bağça yaşı döv­ründə uşaqların ümumi inkişafı. Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı dövründə oyun uşağın əsas fəaliyyət növü kimi. İdrak prosesləri və nitqin inkişafı: qavrayış, diqqət, hafizənin, təxəyyül və təfəkkürün inkişaf xüsusiyyətləri.
Uşağın məktəbə psixoloji hazırlığı şərtləri. Uşağın məktəbə psixoloji hazırlığında idrak prosesləri­nin: qavrayış, diqqət, hafizənin, təxəyyül və nitqin inkişaf səviyyəsinin rolu. Uşaqda idrak maraqlarının, təlim motiv­lərinin, qabiliyyət və xarakter əlamətlərinin inkişafı.

VI. 19.1. Körpəlik və erkən uşaqlıq dövrünün

xüsu­siyyətləri




Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yal­nız bir neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əla­qə yaratmaq imkanı verir. İkinci həftənin axırla­rında uşaqda ilk şərti refleks yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqə­sini bir növ asanlaşdırır.
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə sensor və hərəki funksi­yalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilava­sitə qarşılıqlı təsir prosesində intensiv imkan­ları əldə edir. Körpəlik dövründə böyüklərlə bila­vasitə - emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır.
Körpəlik dövründə uşaqda hərəki fəallıq artır, hərəki vərdişlər sürətlə formalaşmağa başlayır. Bir il ərzində uşağın hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir. Bu dövrdə uşaqlarda hərəki vərdişlər, xüsusilə əlin və ayağın mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq oturmağı, iməkləməyi, ayaq üstə dur­mağı və nəhayət böyüklərin köməyi ilə yeriməyi öyrənir. Bütün bunların sayəsində uşağın ətraf aləm haq­qında müvafiq məlumatlar əldə etməsi asanlaşır. Nəticədə kör­pədə xarici aləm haqqında təsəvvürlər formalaşmağa başlayır.
Körpəlik dövründə uşaqda temperatur, lamisə, görmə, iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir. Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-dörd aya qədər onun görməsi nisbətən zəif olur.
İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərq­ləndirmək qabiliyyəti özünü göstərməyə başlayır. İki-üç aylıq körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir. Bu canlanma kompleksi adlanır. Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yaşlıların uşaqla intensiv emosional ünsiyyəti uşağın psixi inkişafına müsbət təsir etdiyi halda, laqeyd, ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir.
Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır. Buna anasının, onu əhatə edənlərin mehriban müraciəti səbəb olur. Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi, mimikası xoş, fərəhli, səsi isə cəlbedici, emosional xarakter daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşa­ğın həyatının ikinci ayında özünü göstərir. Bu – susmaq, təbəssüm, qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sistem halında birləşir və eyni vaxtda baş verir.
Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın şəkildə göstərirlər ki, onlar yalnız tanış adamları, adətən, ailə üzvlərini görmək, eşitmək və onlarla ünsiy­yətdə olmağa üstünlük verirlər.
Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır. Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür, eyni zamanda tək-tək hecaları və sözləri tələffüz edə bilir.
Körpədə hafizənin təşəkkülü şərti refleks­lərin meydana gəlməsi ilə əlaqədar baş verir. Uşaq ilk dəfə ancaq həyatında mühüm rol oynayan, üzvü tələbatı ilə bağlı olan cisimləri tanıyır. 5-6 aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar. 7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar.
Uşaqlarda emosiyalar çox erkən müşahidə olu­nur. Bununla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin