410
Histopatologiyası
Göbələkvari mikozun ilkin mərhələlərində əsas diaqnostika kriteriləri bunlardır: enli
şaxəli akantoz; bazal keratinlərin hiperplaziyası; epidermisin müxtəlif qatlarında atipik
mikozlar; limfositlərin epidermisə keçməsi ilə birlikdə infiltratın epidermotropizmi; der-
mada damar ətrafında balaca infiltratların təyin olunması; infiltrat hüceyrələrin arasında
hiperxrom nüvəli mononuklear hüceyrələrin – mikoz hüceyrələrinin müşahidə olunma-
sı.
Ikinci mərhələdə histoloji görüntülər daha aydın olur. İnfiltrat hüceyrələrinin epider-
motropizmi güclənir və bunun nəticəsində epidermisə maliqnarizasiya olunmuş limfo-
sitlər daxil olur; Potrie mikroabsesi formasında koloniyalar əmələ gəlir.
Üçüncü mərhələdə akantoz ya massiv ola bilər və ya da epidermisin atrofiyası he-
sabına nəzərə çarpmaya bilər. Epidermisdə şiş limfositləri çox olur və bu Potrie mikro-
abseslərinin əmələ gəlməsinə səbəb olur. Proliferasiya dərialtı piy təbəqəsinə keçərək
bütün dərini əhatə edir və daha monomorf olur. Limfositlərin blast formaları üstünlük
təşkil edir.
Diaqnostikası.
DTHL-in diaqnostikası üçün səpgilərin tipini (ləkə, lövhəcik, şiş), onların əmələ-
gəlmə sürətini, histoloji, sitoloji, rentgenoloji, tomoqrafik analizlərini, qanın klinik və
biokimyəvi parametrlərini limfatik düyünlərin, vəziyyətini qiymətləndirmək lazımdır.
Sümük iliyinin analizi yalnız şiş hüceyrələrinin limfa düyünlərində və ya qanda aşkar-
landığı halda məqsədə uyğundur. Dəri limfomaların əksəriyyətini klinik yollarla da təyin
etmək olar, lakin histoloji və immunloji araşdırmaları da aparmaq məqsədəuyğundur.
Son zamanlar molekulyar, bioloji metodla bədxassəli dəri limfomasının diaqnostikası və
təsnifatına, onların reaktiv limfositar infiltratlardan fərqləndirilməsinə daha çox kömək
edir.
Biopsiya / Histologiya. Diaqnostika üçün müalicə olunmamış şübhəli dəri sahəsin-
dən sınaq ekstizisiyası məsləhət görülür (bəzən bir neçə biopsiya sınaqla). Bədxassəli
limfomadan şübhələndikdə rutin-parafin histologiyası üçün mikrotomda dondurmaqla
fiksə edilməmiş preparat lazımdır.
Molekulyar-bioloji analiz. Monoklonallıq – DNT, m RNT, protein səviyyəsində təs-
diq edilə bilər. Bununla yanaşı T-hüceyrə reseptorlarının, immunqlobulinlərin gen və
gen məhsulları analiz olunur. Çox möhkəm və ya limfasitar infiltrat ocağında Souther-
nblot üsulundan istifadə olunur. Lakin bu üsulun dəqiqliyi az olduğuna görə PZR üsu-
lundan istifadə etmək məcburiyyəti yaranır.
Dostları ilə paylaş: