Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə297/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   293   294   295   296   297   298   299   300   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klassik Kapoşi sarkoması
Klassik idiopatik Kapoşi sarkoması çox vaxt aşağı ətraflardan başlayır və tipik 
hallarda yavaş artan proqressiyaya malikdir, daxili orqanlar.prosesə gec cəlb olunur. 
Kapoşi sarkomasının 3 digər forması (endemik afrikan, İİV assosiasiyalı epidemik 
və yatrogen immunsupressiya ilə assosiasiya olunmuş Kapoşi sarkoması) birmənalı 
olaraq müəyyən olunmuş gedişə malik deyil və kifayət qədər erkən limfa düyünlərini, 
selikli qişaları və daxil orqanları zədələyə bilir (xüsusilə ağ ciyərləri və mədə-bağırsaq 
traktını).
Klassik idiopatik Kapoşi sarkoması zamanı əvvəlcə dəri xətləri istiqamətində 
yerləşmiş asimptomatik göyümtül-qırmızı ləkə və ya düyünlər inkişaf edir. Tək-tək 
və ya az saylı şişlər uzun illər dəyişilməmiş formada qala bilər və ya tez bir zamanda 
bir neçə həftə ərzində yayılıb, sayı və ölçüsü arta bilər. Bunun nəticəsində çox mas-
siv ödemlərlə müşayət olunan birləşən lövhəciklər və infıltrativ böyüyən düyünlərdir. 
Bütün ətrafların və üzün güclü ödemi meydana çıxır. Şiş nahiyəsində sarı-yaşıl çalarlı 
kontuzioform qansızmalar tipikdir. Sonradan proqressivləşən ayrı-ayrı şişlər mərkəzdə 
nekrozlaşıb, xoralaşıb və qanaya bilər. Həmçinin hiperkeratik forma da nəzərə çarpır, 


414
bu da şişin damarı xarakterini tamamilə gizlədir və aşağı ətraflarda meydana çıxır. 
Oral olaraq xüsusilə sərt damağın selikli qişası zədələnir. Burada xoralaşmaya meyilli 
göyümtül eritemalar, lövhəciklər və düyünlər inkişaf edir. Tipik angiomatoz Kapoşi 
sarkomasının klinik differensial diaqnozu çoxhüceyrəli və ya trombozlaşmış angioma 
kimi damar şişləri ilə, teleangiektatik qranulema, angiokeratoma və angiosarkoma ilə 
aparılır. Xüsusən iyvari hüceyrələrdən yaranan infıltrata malik olan şişlər az göyümtül 
olur, ona görə də onları histiositomalar, dermal nevuslar və ya limfomalar, az hallarda 
isə melanomalar və ya piqmentləşmiş bazaliomalar kimi qəbul eləmək olur, dizlərdə isə 
akroangiodermatidi xatırladır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin