Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Cədvəl 33.4. Dəri limfomasının diaqnostika metodları



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə296/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   446
DERMATOLOGİYA-dərslik 1

Cədvəl 33.4. Dəri limfomasının diaqnostika metodları
Klinik tədqiqatlar. Səpginin bütün elementlərinin diqqətlə öyrənilməsi. Bütün limfatik 
düyünlərin tədqiqatı. Qara ciyərin və dalağın palpasiyası. Sənədləşdirilmiş şəkillər.
İnstrumental diaqnostika. Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi. Döş qəfəsi 
orqanlarının 2 proyeksiyada rentgenoqrafiyası. Qarın boşluğu və döş qəfəsi orqanlarının 
kompyuter tomoqrafiyası.
Laborator müayinə. Laborator tədqiqat (qanın biokimyəvi analizi, qanın ümumi analizi, qara 
ciyərin fermentləri, böyrək sınağı, elektrolitlər, zülalların elektroforezi).
B-hüceyrəli limfoma zamanı - İmmunoelektroforez – zərdab və sidik üçün.
T-hüceyrəli limfoma zamanı – Sezari hüceyrələrində qanın tədqiqatı. Dərinin zədələnmiş 
qatının biopsiyası. Böyümüş limfatik düyünlərin və orqanların biopsiyası.


413
XXXIV. KAPOŞİ SARKOMASI
1981-ci ilə qədər Kapoşi sarkoması çox nadir damar şişlərindən sayılaraq, əsasən 
tipik olaraq yaşlı kişilərdə aşağı ətrafların dərisində inkişaf etməyə başlayır. Belə spo-
radik, bəzi yerlərdə isə endemik olaraq meydana, çıxan şişlər klassik Kapoşi sarkoması 
adı altında birləşdirilir. Xəstəlik yaşlı dövrdə başladığmdan və şiş tədricən proqressiv-
ləşdiyindən pasiyentin həyat fəaliyyətinə və davam etmə müddətinə çox cüzi təsir edir. 
Bundan başqa, Kapoşi sarkoması massiv, bir çox hallarda isə yatrogen immunsupres-
siya zamanı da ayırd olunur (məs. transplantasiya ilə assosiasiya olunmuş Kapoşi sar-
koması), onun dəri və ya limfatik forması həmçinin Mərkəzi Afrikada endemik olaraq 
rast gəlinir (Afrika endemik Kapoşi sarkoması).
Kapoşi sarkomasmm dərini, selikli qişaları, limfa düyünlərini və daxili orqanları 
dissiminə olunmuş formada zədələyən ağır, sürətli proqressivləşən variantı, 80-ci il-
lərin əvvələrindən başlayaraq İİV infeksiyası ilə infeksiyalaşmış gənc kişilərdə -ho-
moseksualistlərdə rast gəlir. Bu epidemik İİV assosiasiyalı Kapoşi sarkoması birbaşa 
hüceyrə immunitetindən asılıdır və bədxassəli hesab olunur. Güman olunur ki, angioge-
netik faktorların təsirindən damar sisteminin istənilən yerində yeni şişlər yarana bilər. 
Sözün həqiqi mənasmda metastazvermə baş verir.
Hüceyrə immundefısiti ilə yanaşı şişin meydana çıxmasında böyük ehtimalla in-
feksion ötürücü agent rol oynayır. Törədici rolunda 1994-cü ildə kəşf olunmuş herpes 
virusu (insanın herpes virusu 8 və ya Kapoşi sarkomasınm herpes virusu - KSHV), 
həmçinin İİV - 1 virusunun tat-proteini çıxış edir.
Klinik şəkli
Hazırda Kapoşi sarkomasının bir-birindən klİnik şəklin xüsusiyyətlərinə, gedişinə, 
epidemiologiyasına, proqnozuna görə fərqlənən 4 forması ayırd olunur (klassik idiopa-
tik, endemik afrikan, İİV assosiasiyalı epidemik, yatrogen immunsupressiv)

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin