Əvvəlki fəsildə din psixologiyası ilə bağlı irəli sürülmüş bə- zi mühüm nəzəriyyələrlə tanış olduq. Bu fəsildə dindarlıq, dindar- lıq formaları və dindarlığın komponentləri haqqında araşdırma aparacağıq. Bu mövzu ilə bağlı verilə biləcək ən mühüm suallar bunlardır: “Dindarlıq nədir və necə başa düşülə bilər? Dindarlıq bir, yoxsa bir neçə yönə malikdir? Əgər dindarlıq bir neçə yönə malikdirsə, həmin yönlər hansılardır? Dindarlığın komponentləri və parametrləri hansılardır?”
Mövləvi “Məsnəvi” əsərinin beşinci dəftərinin mü-qəddimə- sində belə yazır: “Şəriət şam kimi yol göstərir. Şam əldə etmədən yol qət edilməsin. Yola gəldinsə, bu getməyin təriqətdir. Məqsədə çatdınsa, o həqiqətdir... Şəriət kimya elmi kimi ustad və ya kitab- dan öyrənməkdir. Təriqət dərmanlardan istifadə və misi kimyaya sürtməkdir. Həqiqət misin qızıl olmasıdır. Kimya biliciləri bu elmi öyrəndikləri üçün şaddırlar. Kimya elminə əməl edənlər bu cür iş- lər gördükləri üçün şaddırlar. Həqiqəti tapanlar qızıl olduqları, kimya elmi və əməlindən xilas olduqları üçün şaddırlar. Şaddırlar ki, biz Allahın xilas olmuşlarıyıq.” “Hər firqə öz dininə sevinir”66Şəriət təbabət elmini öyrənmək kimidir, təriqət tibbin göstərişləri əsasında qorunmaq, pəhriz saxlamaq, dərman qəbul etməkdir, hə- qiqət əbədi sağlamlığa qovuşmaq və bu ikisindən xilas olmaqdır.
İnsan bu həyatdan köçdükdən sonra şəriət və təriqət başa ça- tır, yalnız həqiqət qalır. Əgər həqiqəti varsa, o zaman səslənərək deyir: “...Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı vənəyə görə hörmət sahiblərindən etdi!”67Əgər həqiqəti olmasa, belə deyəcək: “...Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabı-mın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı!(Birdahadirilibbuəzabıgörməyəydim!)Mal-dövlətimmənəheçbirfaydavermədi(Allahınəzabınıməndəndəfedəbilmədi)