Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə32/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
Din-psixologiyasına-giriş

Araşdırma və tənqid


Freyd dinlə bağlı görüşlərini dörd mərhələdə və dörd əsər əsasında təqdim etsə də, görüşlərinin hasili iki prinsipə əsaslanır:

  1. “Totem və tabu” və “Musa və monoteizm” əsərlərində antroploji-psixoloji prinsip. Atanın qətlə yetirilməsi insanlıq tari- xində günah hissi, məhrəmlərlə cinsi münasibətin haramlığı və sair formalarda silinməz izlər buraxmışdır. İnsan bu günah hissinə qarşı mübarizə aparmaq üçün Allaha ibadət və pərəstiş edir. Sonda Freyd dinin “ictimai vəsvəsə novruzu” olduğunu qeyd edir53.





52 Evxaristiya (təşəkkür etmək) - kilsə yaranandan bu günə qədər kilsənin əsas ibadət ayini hesab olunur. Bu ayində İsa Məsihin həyatının, ölümünün və dirilmə- sinin xatirəsi yad edilir. Xristian inancına görə İsa Məsih ölülər arasında ilk dirilən olaraq Allahda yaşayır və beləcə hər an kilsəyə yaxın olur.
Mərasim iştirakçıları İncildə göstərildiyi kimi, guya İsanın sonuncu axşam yeməyi əsnasında etdiklərini edirlər: İsa çörək və şərab götürərək şükür və təqdis duası etmiş, sonra bölünmüş çörək və şərabla Özünü həvarilərinə hədiyyə etmişdir. İsa, təqdis olunmuş çörək və şərab təqdimində Özünü, insanların günah və pisliklərdən xilası uğrunda qurban verir. Xristian camaatı evxaristiya üçün yığışdıqda bu qurba- nın xatirəsini qeyd edir. Xristianlar İsanın aralarında mövcud olduğuna, çörək və şə- raba şükür və təqdis duası edildikdə Özünü imanlılara bu təqdimlər vasitəsi ilə hə- diyyə etdiyinə inanarlar. Habelə İsa, evxaristiyada iştirak edən və onu qəbul edən insanları Allaha, Atasına sevgi və inam dolu əlaqəyə və bu qurbanda iştiraka daxil etməkdədir. Beləcə, ayində iştirak edən, onu günahlarına görə peşman olmuş, mü- qəddəs yaşamağa çalışan imanlılar qəbul edərkən evxaristiya əsnasında dəyişərək " Məsihin bədəni” ilə birləşirlər.
Bu ayin əsnasında çörək və şərabda heç bir fiziki dəyişiklik baş vermir və onun görü- nüş şəkli (latınca "species”) eyni ilə qalır. Ancaq çörək və şərab yeni bir məna və həqiqət məzmununda qəbul edilir: Onlarda, Allahda yaşayan İsa Məsih özünü hədiy- yə edir. Çörək və şərabın bu ruhanı tərkibi İsa Məsih tərəfindən verilir və Tanrının özündə əsaslanmışdır. Amma bu Tanrının önündə və Tanrıdan qaynaqlanan çox dərin bir həqiqət olduğu üçün evfaristiyada çörək və şərab ən dərin mənada ruhani olaraq dəyişilirlər: Burada ən dərin həqiqət odur ki, İsa Məsihin var olmasını, bizim- lə birliyini göstərir. Beləliklə, Katolik doqmasında çörək və şərabın Transsubstans- yonu (yəni bir məvhumdan başqa məvhuma keçməsi) deyəndə nəyin nəzərdə tutul- duğunu bilmiş olarıq: Çörək və şərab ən dərin gerçəkliklərində (metafizik "hissələ- rində” ya da cövhərlərində) dəyişikliyə məruz qalırlar; çünki artıq dünyəvi yemək və içmək olmaqdan çıxaraq, İsa Məsihin dediyi kimi, əbədi həyat üçün yeyilən qidaya dönürlər. (Bax : Müq. İncil , Yəhya : 6-cı fəsil).
53 Novruz psixi pozğunluğun bir növüdür. Fərd özü bu xəstəlikdən xəbərdar olur. Onun məşhur formaları narahtlıq, qıcıq, xəstəlik qorxusu və isteriyadır.

  1. “Bir illüziyanın gələcəyi” və “Mədəniyyət və onun nara- hatlıqları” adlı əsərlərdə yalnız psixoloji aspekt diqqət mərkəzin- dədir. Freyd bu əsərlərində dinin acizlik hissindən qaynaqlandığını bildirir. Yəni uşaqlıq qorxusu və daha güclü atanın himayəsinə ehtiyac hissi ömür boyu davam edir. Buna görə də uzaq keçmişdə insan şüuru inkişaf edəcək, dini inanc və etiqad sıradan çıxacaq. O, insan ağlını elmin ekvivalenti hesab edərək, açıq şəkildə yazır: “Ağlın səsi mülayim və yumşaqdır, amma eşidən qulaq tapmaq üçün sakit dayanmır, nəhayət, davamlı qanun pozuntularına yol verərək uğura nail olur.” (Antoni Storr, 1375, səh. 116-129).

Çoxlu sayda alim Freydin dinlə bağlı fikirlərini tənqid et- mişdir, hətta ən yaxın şagirdləri olan Yunq və Adler də bu fikirləri qəbul etməmişlər. Freydin bəzi fikir formaları bunlardır:

  1. Freydin dini naturalist mövqedən izah etməsi, bu izahla- rında mexanistik və tarazlayıcı görüşlərə əsaslanması məqbul de- yil. Çünki adıçəkilən izahın düzgünlüyünün elmi araşdırma ilə sü- buta yetirilən məlumatlara əsaslandığı iddia edilsə də, araşdırma zamanı bu iddianın əsassız olduğu məlum olur. Psixoloji izahlar zamanı psixoloqlar arasında yaranmış fikir ayrılıqları bir tərəfdən onların malik olduqları ayrı-ayrı fəlsəfi görüşlərə və ehtimallara əsaslanır, digər tərəfdən isə naturalizm praktikanın bir hissəsinə şamil olduğu halda onu reallığın tamı kimi sərgiləyir. Bu cəhətdən də Freydin pozitivist düşüncəsi qəbul edilmir. Bundan əlavə, biz insanı yalnız maddi yönlərlə məhdudlaşdıra və minimallaşdıra bilmərik (Makquari, 1378, səh.170).

  2. Freydin din haqqındakı analizinin əsasını təşkil edən sek- suallıq nəzəriyyəsini tənqid edən Yunq yazır: “Bu nəzəriyyə real- lığın yalnız bir yönünü izah edir. Çünki insan yalnız cinsi instink- tin təsirinə məruz qalmır, ona digər instinktlər də təsir göstərir. Məsələn, biologiyada qida instinkti cinsi instinkt qədər əhəmiyyət- lidir. İbtidai cəmiyyətlərin həyatında cinsi münasibətlər müəyyən rola malik olsa da, ən mühüm yeri qida tutmuşdur. Qida ibtidai in- sanın meyl və maraqlarının ən mühüm hissəsini təşkil etmişdir... Başqa cəmiyyətlər də mövcuddur (modern cəmiyyətlər) və bu cəmiyyətlərdə güc və qüdrət daha böyük rola malikdir. Məsələn, iri biznesmenlərin və sənaye sahiblərinin çoxunda cinsi zəifliyin

olduğu aşkar edilmişdir. Çünki onlar bütün güclərini biznes fəaliy- yətlərinə və istehlakın idarə edilməsinə sərf edirlər. Bu növ fəaliy- yət onlar üçün qadına aid olan məsələlərdən daha çox önəmlidir.” (Evens, 1351, səh.8-9).

  1. Freyd hesab edirdi ki, uzaq keçmişdə atanın qətlə yetril- məsi insanlıq tarixində silinməz izlər buraxmış real bir hadisədir. Başqa sözlə desək, Freyd Lamarkın etibardan düşmüş fərziyyəsini müdafiə edir və əldə edilən xüsusiyyətlərin irsən ötürülməsi ehti- malını qəbul edirdi. Halbuki, Darvinin təkamül nəzəriyyəsi La- markın fikirlərini demək olar ki, bütün bioloqların beynindən silib aparmışdı54. Bundan əlavə, antropoloji nümunələr və ilk insanların araşdırılması əsasında nə vaxtsa vahid bir kişi tərəfindən idarə edi- lən ibtidai insan sürülərinin mövcud olduğunu iddia etmək düzgün olmaz. Totem ziyafətlərə nadir hallarda təsadüf edilmiş və onlar yalnız totem ənənələrini yaradan azlıqlarda müşahidə edilmişdir (Antoni Storr, səh.119).



54 Jan-Batist Lamark (1 avqust 1744-18 dekabr 1829) - Fransa alim-təbiətşünası. J.Lamark canlı dünyanın təkmil t əkamül nəzəriyyəsəni yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də son- radan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. Jan-Ba- tist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlər- də iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir. Kitabın üçüncü nəşrində Lamark bitkilərin analitik təsnifat sistemini verir. Bu kitab ona böyük şöhrət gətirir və o Fransanın ən nüfuzlu botaniklərindən biri hesab edilməyə başlayır. Beş ildən sonra Lamark Paris Elmlər Akademiyasının üzvü seçilir. Lamarkın təşəbbüsü ilə 1793-cü ildə özünün işlədiyi Kral Botanik Bağı Təbii Tarix Muzeyinə çevrilir. Onun özü isə cücü və soxulcanlar zoologiyası kafedrasının professoru olur və ora 24 il rəhbərlik edir. 50 yaşlı insanın ixtisasını dəyişmək asan olmasa da, o öz üzərində gərgin işlə- məklə botanika kimi zoologiyanın da tanınmış mütəxəssisi olur. Lamark onurğasız canlıları öyrənməyə başlayır. Məhz o, zoologiya elminə 1796-cı ildə "onurğasızlar" anlayışı gətirir. 1815-ci ildən 1822-ci ilədək onun yeddi cildlik "Onurğasızların təbii tarixi" adlı fundamental əsəri nəşr edilir. O orada onurğasızların elmə məlum olan 10 sinfini təsnif edir. Müasir elm artıq 30 növ təsnifləndirir. Lamark 1802-ci ildə elmə "biologiya" terminini gətirir. O bunu alman alimi H.R.Trevinarusla eyni vaxtda, ancaq ondan asılı olmadan təklif edib.Lamark 1809-cu ildə "Zoologiyanın fəlsəfəsi" kitabını dərc etdirir. Alim orada canlı aləmin təkamülünə dair öz nəzəriyyəsini irəli sürür. Lamarkın davamçıları Çarlz Darvinin təbii seçmə nəzəriyyəsinə "daha uyğun gələnin yaşaması" fikrini əlavə edirlər.

  1. Hər bir inancın və ya ənənənin mənşəyi onun hazırkı vəziyyətdə düz və etibarlı olmasını deməyə əsas vermir. Fəaliyyət- lərin çoxunun əsasını az əhəmiyyət daşıyan mənşə təşkil edir. Məsələn, astronomiyanın astrologiyadan qaynaqlandığını əsas gə- tirərək, ona qarşı nifrət bəsləmək yanlışlıqdır. Amma bu cəhət din kontekstində diqqətdən kərada qalır (Makquari, səh.171-172).

  2. Freyd özü də qəbul etdiyi kimi, ekstaz və mistik təcrübə- ləri dərk etməkdə acizdir. Halbuki, insanların çoxu bu təcrübələrin dini hisslərdən qaynaqlandığını düşünür. Freyd dini tamamilə rədd etdiyi “Bir illüziyanın gələcəyi” əsərinin bir nüsxəsini Romen Ro- lana göndərmiş, kitabı diqqətlə oxuyan Rolan Freydin dini hisslə- rin həqiqi mənşəyini dərk etməməsindən şikayətlənmişdir (Antoni Storr, səh.26). Ehtimal ki, Freydin əsas problemi dini öncədən for- malaşmış yanlış ehtimal və mənfi rəy əsasında araşdırması olmuş- dur. Yəni Allahın inkarını fərz etmiş və nəticədə, insanların dini davranışları ilə qarşılaşdığı zaman onları təbii və maddi yönlərdən izah etməyə çalışmışdır. Halbuki, tədqiqat və araşdırmalar zamanı bütün növ ön yarğıları bir kənara qoymaq lazımdır.

Erik From “Psixoanaliz və din” adlı əsərində (From, 1363, səh.136) Freydin müdafiəsinə qalxmış və diqqəti iki nüansa çək- mişdir: 1. Freyd yuxuların öyrənilməsi metodunu yaymaqla bu unudulmuş dili bizim ixtiyarımıza verdi, eyni zamanda, dini əsa- tirlərin dilinin yuxuların dilindən, yəni bizim çox əhəmiyyətli təcrübələrimizin mühüm təzahürlərindən fərqlənmədiyini göstərdi. Freydin yuxular və əsatirlər haqqındakı izahı onun cinsi instinkt- lərə həddən artıq önəm verməsi səbəbilə səthi görünsə də, dini simvolların, əsatirlərin, doqmatik prinsiplərin və dini şüarların dərk edilməsi istiqamətində yeni bir konsepsiya müəyyən etdi. Bu cür deduksiya dinə qayıdışla nəticələnməsə də, dinin ehtiva etdiyi simolik dillə ifadə edilən zəka və elmin dərindən qiymətləndiril- məsinə istiqamətlənir; 2. Freyd əxlaq və etika naminə dinlə müba- rizəyə qalxır. Yəni elə mövqe tutur ki, onu din də adlandırmaq olar. Başqa sözlə desək, dinin etik nüvəsini müdafiə edir, etik məqsədlərin həyata keçməsinə mane olduğu üçün onun metafizik- ilahi aspektlərini tənqid edir. O, ilahi-metafizik anlayışları öz za- manında zəruri olmuş inkişaf mərhələsinə aid edir. Amma indi o,
artıq inkişaf üçün bir maneədir. Buna görə də Freydin dinə qarşı olduğunu söyləmək yanlışlıqdır. Sadəcə onun dinin hansı yönü ilə razılaşdığını, hansı yönünə qarşı çıxdığını müəyyənləşdirmək la- zımdır (Antoni Storr, səh.26).
Freydin istəmədiyi müsbət nəticələr əldə edilməsinə səbəb olmuş birinci nüans müəyyən dərəcədə məqbuldur. Xüsusilə Yun- qun yuxu və əsatirlərin simvolik dilinin izahının inkişafı istiqamə- tində göstərdiyi fəaliyyət üçün çox önəmlidir. Amma ikinci nüans heç bir vəchlə məqbul sayıla bilməz. Birincisi, ona görə ki, dinin nüvəsinin yalnız etik davranışlardan təşkil olunduğunu iddia et- mək yanlışdır, dini bir növ minimallaşdırmaq və məhdudlaşdır- maqdır. Qeyd olunan yanaşmada dinin emosional, mistik və etiqad yönləri diqqətdən kənarda qalmışdır (Makquari, səh.253-257). İkincisi, Freydi həqiqətən etik dəyərlərin müdafiəçisi və təbli- ğatçısı hesab etmək əsla düzgün deyil (O cümlədən bax: Ayzink, 1379). Hətta Dan Kupit hesab edir ki, “Onun tədqiqatının əsasını “xilas” anlayışını inkar təşkil edir. Freyd dinin psixi inkişafdakı (o cümlədən əxlaq) hər növ qiymətli payını inkar edir. O, hesab edir ki, yetkin yaşlı insanlarda psixi inkişaf yox dərəcəsindədir.” (Kyü- pit, 1376, səh.99).
Məşhur din filosofu Con Hik Freydin din haqqındakı yoz- munun geniş yayılmasını Allahın varlığına etiqadın olmaması də- lillərindən biri hesab edir. O, Freydin fikirlərini tədqiq və tənqid etdikdən sonra Freydin nəzəriyyəsindən dini inancların psixoloji kateqoriyalarında istifadə edilə biləcək bir nəticə alır: “... Freydin dinlə bağlı fikirləri ümumilikdə həddən artıq subyektivdir və eh- timal ki, düşüncələrinin ən az davam gətirəcək hissəsini təşkil edir. Amma imanı bir növ psixikanın dəstəkçisi hesab etməsi və onun fantastik düşüncələrə malik olması ilə bağlı görüşləri dinə simpatiyası olan və olmayan bir çox tənqidçilər tərəfindən təsdiq edilmişdir. Onlar bu cür düşüncələrin kütlənin din adlandırdığı hər bir şeyə aid edilə biləcəyini hesab edirlər. Praktiki din ünsürlərin qəribə kombinasiyasıdır. Şübhəsiz ki, arzuların həyata keçmə ar- zusunun ona təsiri var və inanclıların çoxunun beynində mühüm amil rolunu oynayır. Freydin nəzəriyyəsinin ən maraqlı sxolastik izahı ondan ibarətdir ki, bəlkə də Freyd ata təsəvvürü ilə bağlı
araşdırmasında həmin mexanizmdən istifadə edərək, Allahın insan şüuruna kodlaşdırdığı allahlıq təsəvvürünün üzərindən pərdə gö- türmüşdür. Çünki yəhudi-xristian dini təlimlərinə əsasən, ata ilə övladları arasındakı əlaqə ilə Allahla insanlar arasındakı əlaqə ara- sında paralellik apararıqsa, o zaman onların Allahı özlərinin sə- mavi ataları hesab etməsi, uşağın atasından asılılıq təcrübəsi və övladın hər gün artmaqda olan ailə sevgisi, nəzarəti və tərbiyəsi ilə Allahı tanıması heç də qəribə deyil.” (Hik,1372, səh.81).
Hikin Freyd nəzəriyyəsinə yanaşması və səciyyələndirici izahı deskripsiya kontekstində (dindarlığın müsbət nəticələrindən biri psixoloji dəstək hissi, bu dəstək nöqtəsinin güclənməsidir) məqbul sayılsa da, Freydin diqqət mərkəzində olan izah konteks- tindən müdafiə edilə bilməz. Çünki dindarlığın və dinə gəlişin sə- bəbi uşaqcasına zəiflik hiss olarsa, o zaman güclü ruhiyyəyə, psi- xikaya və mənəviyyata malik olan insanların dinə etiqad etməmə- si, mənəvi cəhətdən gücləndikcə fərdlərin dini təlimlərə inamı zəifləməli idi. Halbuki, reallıq tamamilə fərqlidir. Tarixə azacıq nəzər salsaq, ruhi və mənəvi cəhətdən güclü olan şəxsiyyətlərin dindar və Allaha inanan insanlar olduqlarını görərik. İlahi pey- ğəmbərlər, övliyalar və inanclı alimlər öz yollarında qətiyyət və əzmkarlıq nümayiş etdirmiş, çox işkəncə və əziyyətlərə dözmüş, dəvətlərində möhkəm olmuşlar. Müasir dövrün insanlarından Enş- teyn, Maks Plank, Laovazye və sair kimi böyük alimlərin inanclı insanlar olduqlarının şahidiyik. Burada İmam Xomeynini (r) xüsu- silə qeyd etmək lazımdır. O, yüksək ruhiyyəsi və əzmkarlığı sayə- sində uzun illər daxili despotizmlə və super dövlətlərlə mübarizə apardı və nəhayət öz məqsədinə nail oldu.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin