Yunq həyatını kilsəyə həsr etmiş İsveçrəli bir katolik keşişin oğludur. Yunqun yaxın qohumlarından səkkizi katolik ruhani ol- muşdur. O, bütün ömrünü fəlsəfəyə, arxeologiyaya, kimyaya və sonda psixologiyaya həsr etmişdir. İlk vaxtlar Freydin fanatı və fikirlərinin müdafiəçisi olsa da, sonralar ondan ayrılmışdır. Yunq
özü, düşüncələri və təcrübələri haqqında “Xatirələr, yuxular və düşüncələr” əsərində (1963) məlumat verir. Əsər onun dini təcrü- bələrini əks etdirir, sirr sahibi, zahiri və batini dünyaya malik, mü- qəddərata inanan bir şəxsiyyət olduğunu açıq şəkildə ifadə edir, Kantın, Nitsşenin və Şopenhauerin fəlsəfi fikirlərindən məlumatı olduğundan xəbər verir (Yunq, 1371, səh.8-35).
Yunq 1952-ci ildə gənc bir keşişə belə yazır: “Planetlər Günəşin ətrafına fırlandığı kimi, mənim də bütün fikirlərim Tanrı- nın ətrafında dövrə vurur, qarşısıalınmaz şəkildə Ona doğru cəzb olunur. Hiss edirəm ki, bu güc qarşısında azacıq müqavimət göstə- rərəmsə, ən böyük günaha bataram... “
Gənc yaşlarında kilsəyə qarşı olan üsyanı zamanı keçirdiyi hissləri belə təsvir edir: “Həmin vaxt başa düşdüm ki, Allah təcrü- bələrin ən vasitəsizidir.” (Yunq, 1371, səh.13-14).
Yunq xristian dini təlimlərinə şübhə və tərəddüdlə yanaşsa da, onun Allaha inamı güclü olmuşdur: “Bir gün dini təlimlər kita- bını vərəqləyir və orada İsa Məsih haqqında riqqətləndirici, dərke- dilməz və eyni dərəcədə qeyri-cazibədar ifadələrdən başqa nə isə tapacağıma ümid edirdim. Üçlük mövzusuna çatdım, orada diqqə- timi bir fakt cəlb etdi: “Təklik və eyni zamanda üçlük” Bu fikir ziddiyyətli olduğu üçün mənə maraqlı gəldi. Bu mövzuya çatana qədər həvəslə gözlədim. Lakin ona çatanda atam dedi: “İndi üç- lüyə çatırıq, amma onun üzərindən keçirik. Çünki doğrusu, mən özüm də ondan heç baş açmıram.” Atamın sədaqətini təqdirəlayiq hal hesab etsəm də, çox məyus oldum, öz-özümə dedim: “Bunlar ki, onun haqqında heç nə bilmir və bu barədə heç fikirləşmirlər də, mən sirrimi onlarla necə bölüşə bilərəm?...” Cansıxıcı olsa da, im- kan daxilində düşünmədən inanmağa və özümü sonuncu ümid ye- rim olan evxaristiya mərasiminə hazırlamağa çalışdım... Birdən növbə mənə çatdı, çörəyi yedim, gözlədiyim kimi dadsız idi. Yal- nız dodağımı toxundurduğum şərab az rəngli, təxminən turş və ümumiyyətlə xoşagəlməz idi. Sonra növbə yekun duaya çatdı. Si- malarında sevinc məmnunluğu və qəm-qüssə əlaməti olmayan in- sanlar oranı sanki üzlərindən “yaxşı qurtardı” ifadəsi yağırmış ki- mi tərk etdilər... Gün keçdikcə mənə tədricən heç nə baş vermədi- yi məlum olurdu. Dini mərasimlərin zirvəsinə qədər qalxmış, başa
düşmədiyim bir şeyin baş verəcəyini gözlədiyim halda heç nə baş verməmişdi... Bu mərasim mənə görə, Allahı az da olsa, xatırlat- mırdı... Artıq kütlənin imanına ortaq ola bilmirdim, amma özümü sözlə ifadə edilməyəcək bir varlığın hissəsi hesab edirdim.” (Yunq, 1371, səh.64-67). “İsa Məsihə qarşı müsbət mövqe tutmaq günü-gündən mənim üçün mümkünsüzləşsə də, on bir yaşımdan Allah təsəvvürünün məni necə cəlb etdiyini, Onunla necə dərdləş- diyimi, buna görə də nə qədər sevinc hissi keçirdiyimi xatırlayı- ram. Bu dualarımda heç bir təzad yox idi.” (Yunq, 1371, səh. 40).
Yunq bütün həyatının Allahın nəzarətində olduğunu hiss edir, özünü ilahi təqdirə təslim edirdi: “Hələ lap əvvəldən taleyin əlini hiss edirdim, sanki həyat vəzifəmi tale müəyyənləşdirib və ona əməl etməli idim. Bu mövzu mənə daxili əminlik bəxş edirdi. Bunu özüm özümə sübut edə bilməsəm də, o, özü özünü sübut etmişdi. Mənim belə bir yəqinliyim yox idi, O, məni sövq edirdi. Öz iradəm deyil, Allahın iradəsi ilə davranmağım mövzusunda gəldiyim qənaətdən kimsə məni daşındıra bilməzdi. Bu inam mənə öz yoluma davam etmək gücü verirdi. Çox vaxt qəti mövzularda insanların arasında deyil, Allahla tək qaldığımı hiss edirdim. “Orada” - tək olmadığım yerdə olanda zaman çərçivəsindən çı- xırdım, əsrlərə aid olurdum. Həmişə var olmuş, mənim doğumum- dan əvvəl olmuş, həmişə də olan O, orada idi. O “başqası” ilə olan həmin danışıqlar mənim ən dərin təcrübələrimi təşkil edirdi: “Bir tərəfdən qanlı çəkişmələr, digər tərəfdən yüksək ekstaz və heyran- lıq... Qəfildən (onların Allah haqıqnda olan kitablarını və xəyali fərziyyələri araşdırdıqdan sonra) ən azı mənim üçün Allahın ən əmin və vasitəsiz təcrübələrdən biri olduğunu dərk etdim.” (Yunq, 1371, səh. 60-73).
Bu etiqad və inancın xarici təzahürü də var idi. Ömrünün sonlarına yaxın Yunqdan müsahibə almaq üçün onun evinə gedən Miquel Serrano otağın yuxarı başında belə bir cümlə yazıldığını qeyd edir: “Çağırsan da, çağırmasan da Allah hazırdır” (Serrano, 1373, səh.105).
Yunqun həyatında diqqət çəkən məqamlardan biri də bu idi ki, o, gördüyü doğru yuxulara əsasən davranırdı. Bir nümunəni qeyd etmək kifayətdir: “... Bu mövzu haqqında fikirləşirdim ki,
diqqətimi cəlb edəcək bir hadisə baş verdi. Avropa tərəfdə aşağı- dan yuxarıya doğru bir görüntü ucaldı. Mənim həkimim Eç, bəlkə də oxşarı qızıl zəncir və ya dəfnə ağacının yarpaqlarından olan qızılı halqa ilə bəzənmişdi. O dəqiqə başa düşdüm ki, o, mənim həkimimdir. Əlbəttə, məni daha əvvəl müalicə etmiş şəxs indi öz əvvəlki formasında gəlirdi... Doktor Eç yer tərəfindən mənə xəbər çatdırmaq, mənim getməyimin etiraza səbəb olduğunu, dünyanı tərk etməyə haqqımın çatmadığını və qayıtmağımın vacib olduğunu söyləmək üçün göndərilmişdir. Bunu eşidən kimi, həmin mənzərə yox oldu... Məni müalicə edən həkimə qarşı güclü müqavimət göstərildiyini hiss edirdim. Məni yenidən bu həyata qaytaran o idi. Ona görə narahat idim. İlahi, onun həyatı təhlükədədir. O mənə əvvəlki formasında aşkar olmuşdu və bu formada görünmək o demək idi ki, o, öləcək. Çünki “daha üstün cəm”ə layiq görülmüş- dü!... Əsl həqiqətdə mən onun sonuncu xəstəsi idim. Bu barədə onunla danışmağa nə qədər cəhd göstərsəm də, məni başa düşmədi. Tarixi yaxşı xatırlayıram. 4 aprel 1944-cü il idi, xəstəliyə tutuldu- ğum vaxtdan sonra ilk dəfə idi ki, çarpayının kənarında oturmağıma icazə verilmişdi. Həmin gün Doktor Eç yatağa düşdü və bir daha qalxmadı. Eşitdim ki, malyariya xəstəliyinə tutulub. Çox çəkmədi ki, qan infeksiyasından öldü.” (Yunq, səh.1371, səh.299).
Yunqun diqqət çəkən xüsusiyyətlərindən biri onun müxtəlif dinlərin kitabları, xüsusilə Qurani-Kərimlə yaxından tanış olması- dır. Nümunə üçün deyək ki, o, “Dörd arxetip”55 adlı əsərində
55Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluğun nəticəsidir və davranışlarımızın səbəbi- dir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hiss- ləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez- tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır. Persona arxetipi - Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildi- rir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya on- lardan doğrunu gizlətmək üçün lazım olur. Anima və Animus arxetipi - Anima və Animus iki bir biri ilə bağlı arxetipdir. Faktiki olaraq fərd tərəfindən dərk olun- murlar. Anima - latın dilində "qəlb", animus isə "ruh" deməkdir. Anima kişidə qadın başlanğıcı, animus isə qadında kişi başlanğıcı obrazında çıxış edən şüursuz təsəv-
(1367, səh.89-102) Kəhf surəsini (Quranın on səkkizinci surəsi) izah edərək müxtəlif qissələri əslində, insandakı “təkrar doğulu- şun” arxetipinin simvolik izahı hesab edir. Hətta Afrikaya səfərin-
vürlərdir. Məhəbbət və nifrət hissləri bu əsasda yaranır. Düşünmək, hiss etmək, hə- yatı və dünyanı, Allahı və insanı dərk etmək anima və animusun fəaliyyət üsuludur. Təbiət etibarilə anima erotik və emosional, animus isə düşünən və tənqididir. Real həyatda anima və animus kişi ilə qadın arasındakı münasibətlərin formalaşmasına yardım edir. Anima kişidə qadınlığın, animus qadında kişiliyin təzahürüdür, çünki Yunqa görə elə bir kişi yoxdur ki onda qadından nəsə olmasın, eyni zamanda da əksinə. Tamamilə animusun təsirinə düşən qadın qadınlığını itirmək təhlükəsindədir və animanın göstərişlərinə sözsüz əməl edən kişi "qadınlaşa" bilər. Animanın inkişa- fının 4 mərhələsi mövcuddur: bioloji qadın- Həvva, romantik və estetik səviyyəli seksual və erotik qadın - troyalı Yelena, dini pərəstiş obyekti olan ruhi ana- Məryəm və müdrikliyi təcəssüm edən Sofiya. Animus da öz növbəsində 4 mərhələdən keçir: yüksək enerji və fiziki qüvvəyə sahib kişi - Herkules, dərrakəli, məqsədyönıü, qadını öz işgüzarlığı ilə cəzb edən- Yupiter, böyük həyat təcrübəsi olan, bilikli kişi - alim, professor və s. və dindar və yaradıcı kişi -Hermes. Bir çoxları tərəfindən qəbul olun- muşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Ho- moseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan biosek- suallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətinin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxe- tipi “anima”, qadında maskulin arxetipi isə “animus” adlanır. Bu arxetiplər xromo- somlar və cinsi maddələrlə şərtlənsələr də, kişilərin qadınlarla bağlı olaraq və qadın- ların kişilərlə bağlı olaraq keçirdikləri təəssüratlаrın nəticəsidir. Kölgə arxetipi – İn- san həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də Freydin orta cins -"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var və onsuz keçinə bilməz. Kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkar meyllərini qoruyub saxla- yır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özünün şüursuz mənfi xarakterini gör- məkdən vaz keçir və onu görmür. Bununla belə kölgə tərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlar ortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqi dəyərləri darmadağın etməsi an məsələsidir. Yəni köl- gə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəl- məz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsil- məyə can atır. Bunlar əxlaqi nəzəratə müqavimət göstərir. Bütövlükdə "mən"ə mey- dan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir. Mən arxetipi - Yungun kollektiv şüursuzluq üzərindəki çalışmalarının ən vacib məhsuludur. "Mən"the self özünü təstiqləməyə meyllidir. "Mən" sistemdəki ən vacib arxetipdir. Şüuraltının bütün yönlərini tarazlayır, hər zaman bütünləşməyə çalışır. "Mən" kainatı birləşdirməyə yönəlmişdir və onun bir parçasıdır. "Mən" fərdiləşmənin, eyni zaman- da şəxsiyyətin müxtəlif aspektlərinin inteqrasiyası nəticəsində yaranır. Bu arxetip ət- rafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir
də belə qeyd edir: “Quranla tanışlığıma görə, mənim Qurana iman gətirdiyimi deyirlər. Onlara görə, mən Məhəmmədin (s) gizli davamçılarından biriyəm.” (Yunq, 1371, səh.273).