Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə31/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   27   28   29   30   31   32   33   34   ...   68
Din-psixologiyasına-giriş

Üçüncü mərhələ: Freyd yuxarıda haqqında söhbət açdığı- mız kitabın çapından az müddət sonra yazdığı “Sivilizasiya və onun xoşagəlməzlikləri” adlı əsərində həmin mövzuların bir qis- minə təkrar müraciət etmişdir. “Bir illüziyanın gələcəyi” əsərində ciddi şəkildə tədqiq edilən mövzular mədəniyyət və sivilizasiyanın bütün çərçivəsini əhatə edəcək miqyasda genişləndirilmişdir. Freyd instinktiv ehtiyaclarla mədəni həyat ehtiyacları arasındakı qaçılmaz ziddiyyətləri tədqiq etmişdir. Uşağın cəmiyyətlə uyğun- laşması üçün cinsi təhrikedicinin qarşısını almaq vacibdir. Cinsi təhrikedici 5-12 yaş arası fəal olur. Freydi daha çox narahat edən məsələ məhdud tələbatlar, aqressivlik və distruktiv nəzarətdən ya- ranan eniş-yoxuşlar və qeyri-sabitliklərdir. O, “Zövqdən daha artıq” (1920) əsərində aqressivliyi libido təhrikedicilərin yaralan- ması, balanslaşdırılması və cövhərin qorunması kimi deyil, müstə- qil təhrikedici kimi tanımışdır. İnsanlar zövq axtarışındadırlar, təhrikediciləri zövq və ləzzətə köklənmiş, dərd-qəm və xoşagəl- məzliklərdən qorunmağa istiqamətlənmişdir.
Həyatın ciddi ehtiyacı və reallıq bizə bu ehtiyacları ödəmək icazəsi vermir, nəticədə, onları illüziya şəklinə salmaq məcburiy- yətində qalırıq. Bu mövzu “Bir illüziyanın gələcəyi” əsərinin möv- zusu iə əlaqəlidir. Freyd sözügedən mövzunu genişləndirmiş, so- sial və mədəni vəhdətin digər cəhətlərinə şamil etmişdir. Hər hal- da, bu aspektlər üçün ehtimal etdiyimiz xərc insanın əsas ehtiyac- larının və təhrikedicilərinin repressiyasıdır. Bu prosesin ilk nümu- nəsini dini illüziyalarda tapmaq olar. Onlar Romen Rolandın təs- vir etdiyi sonsuzluq hissindən deyil, insan təcrübəsinin mərkəzin- də qərarlaşan uşaqlıq acizliyi və asılılığı hissindən qaynaqlanır.
Dördüncü mərhələ: Freydin din haqqında yazdığı son əsər
“Musa və təkallahlıq” əsəridir. Freyd ömrünün sonlarında yazdığı bu əsərdə ilk dəfə “Tabu və totem” əsərində tədqiq etdiyi mövzu- lara qayıtmış və onları yəhudi-xristian ənənəsinə aid etməyə çalış- mışdır. Freyd Musanın Axenonun sarayında yaşamış bir Misir şahzadəsi olduğunu yazır. Axenon miladdan əvvəl 1375-ci ildə hakimiyyət başında olmuş, dini islahatlar aparmış, Aten adlı tək Allaha unitar və monoteist ibadət sistemi yaratmışdır. Sonra Musa bu dini görüşü ibrilərə Yehova ibadəti formasında təbliğ etmişdir. Yəhudilər bu mənəvi və məhdudlaşdırıcı dinə əməl edə bilmədik- ləri üçün qiyam qaldıraraq, dini onlara məcbur edən peyğəmbəri qətlə yetirmişlər. Sonralar yəhudilər qəbilə birliyinə və ortaq dinə ehtiyac duyduqları zaman qətlə yetirilmiş həmin peyğəmbərə üz tutmuş və daha qüdrətli hesab etdikləri tək Allaha ibadət etməyə başlamışlar. Freyd hesab edir ki, “Yəhudi dini dəyişikliyə məruz qalmış, zaman keçdikcə Allahın Yehovası öz xüsusiyyətlərini itir- miş və daha çox Musanın qədimdəki allahı Atenə bənzəmişdir.” (1939, səh.63, Ervinə istinadən, 2002, səh.475).
Freydin nevrotik meyara marağı bu tarixi əfsanəni güclən- dirir. Uşaqlıq tarixinin xüsusiyyətləri uşaqlığın unudulmasıyla və sonrakı gizliliklə nəticələnən ilkin zədələrin və zərbələrin repressi- yasıdır. Bu amil sonda repressiya edilmiş amillərin natamam təza- hürləri, seksual, aqressiv və narsist təhrikedicilərin qayıtması üçün yol açır. Sözügedən təzahürlərin xüsusiyyəti onları məntiq və ger- çəklik tələblərindən ayrı salan qeyri-ixtiyarilikdir. Sonra Freyd məntiqdə böyük bir sıçrayış edir və fərdin tarixinin millətin tari- xinə oxşar olduğunu bildirir. İbtidai qəbilədə atanın bir daha qətlə yetirilməsi sosial struktur formalarının yaranma mərhələsini və instinktiv meyllərin qayıdışını işə salır. Sonradan totemdə allahlıq məqamına qaldırılmış ata-peyğəmbərin xatirəsi qalır. Musanın qətli Yehovaya ibadətin daxilində dəfn edilir. Dini davranışların dəyişikliyini daha çox qurban etmənin müxtəlif formaları (Berg- mən, 1992), Allah toteminin canişininin (ət və qan) yeyilməsi ilə bağlı keçirilən müqəddəs ayinləri müəyyən edir. Xristianlıqda
mövcud olan evxaristiya mərasimini buna misal göstərmək olar52.



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin