Freyd 1856-cı ildə Freyberqdə dünyaya gəlmişdir41. Atası yun ticarətində iflasa uğradığına görə öncə Laypzikə, sonra isə Vyanaya köçmüş bir yəhudi idi. İti zəkaya malik olan Freyd məktəbi fərqlənmə ilə bitirmiş və təhsilini tibb sahəsi üzrə davam etdirmişdir. Berntanonun fəlsəfə dərslərində qeyri-müntəzəm şə- kildə iştirak etmişdir. 1882-ci ildə kliniki nevroloq kimi fəaliyyətə başlamışdır. Broner və Şarko ilə bir müddətlik əməkdaşlığı Freyd- də psixoanalitikaya (xüsusilə hipnotizm və mental təmizləmə) qar- şı maraq yaratmışdır. Freyd özünün tarixi “analiz” fəaliyyətinə 1898-ci ildə başlamış, bunu özünü və pasientlərini tanımanın ən effektiv vasitəsi adlandırmışdır. Fəaliyyət prosesində xəstələrin yuxularının emosional mövzular üçün qiymətli mənbələr ola bilə- cəyini kəşf etmişdir. 1900-cü ildə çap etdirdiyi “Yuxuların yozu- mu” əsəri o həyatda ikən səkkiz dəfə çap edilmişdir. Yuxuların analizi psixi analitikada Freydin istifadə etdiyi texnikaların əsas nüvəsini təşkil edirdi. O, ömrünün sonuna qədər hər gününün son yarım saatını özünü analiz etməyə həsr edirdi. Freydin yazdığı əsərlər: “İsteriya ilə bağlı araşdırmalar” (1895), “Gündəlik həyatın patalogiyası” (1901), “Cinsiyyət nəzəriyyəsi” (1905), “Totem və tabu” (1912), “Kollektiv psixologiya və mənin təhlili” (1920) “Bir
41 O dövrdə Avstriya imperiyasının, hal-hazırda isə Çexiyanın tərkibində olan
şəhərlərdən biridir.
illüziyanın gələcəyi” (1927), “Sivilizasiya və onun narazılıqları” (1930), “Psixoanalitikanın xülasəsi” (1938), “Musa və mono- teizm” (1939). Son əsərlərində özünü psixoloqdan daha çox bir filosof kimi göstərmişdir.
Freyd yəhudi olsa da, yəhudi dini ayinlərini heç vaxt icra et- məmişdir. Dinin bəzən nevrolji əlamətlərin qarşısını ala biləcəyini qəbul etsə də, dini inancın arzunun həyata keçməsi istiqamətində bir illüziya rolunu oynadığını qətiyyətlə qəbul edirdi (Antoni Storr, 1375, səh.122).