Uilyam Ceymsin plüralizm, rasionalizmlə mübarizə və abst- rakt təfəkkür kimi bəzi nəzəri görüşləri tədqiqat tələb edən mövzu- lardır. Ceymsin ən mühüm və yaxşı nəzəriyyəsi fəlsəfi bir məktəb kimi təfədarı olduğu və sədaqət nümayiş etdirdiyi paraqmatizm cərəyanı kontekstində olmuşdur. Konkretliyi əsas götürərək yalnız həmin kontekstlə kifayətlənirik. Ceymsin bu istiqamətdə irəli sürdüyü nəzəriyyə əsasən iki cəhətdən tənqid edilir:
1. Həqiqətin tərifində irəli sürülən “qənaətbəxşlilik” anlayı- şının tənqidi. O, hər şeyin həqiqiliyini onların qənaətbəxşliliyində görür: “Təcrübələrimizin yalnız bir hissəsini təşkil edən təsəvvür- lər bizə digər təcrübələrimizlə qənaətbəxş əlaqə yaratmaqda kö- məklik göstərdikləri zaman gerçək olur.” (Ceyms ,1907, səh.58, Şeflerə istinadən, 1366, səh.141).
O, hesab edir ki, etiqad təcrübə ilə öz təsdiqini tapdığı za- man qənaətbəxş təsir göstərir. Yəni etiqad - zövq, psixi və zehni rahatlıq kimi fərdin sağlam həyatı ilə yaradıcı əlaqə təşkil edəcək qənaətbəxş təsirlərlərə malik olmalıdır. Ceyms əslində, “praqma- tist yalnız qənaətbəxş və münasib olanı həqiqət hesab edir” məz- munlu iddia və tənqidləri qəbul etmir. Amma buna baxmayaraq, inkar etmək olmaz ki, o qənaətbəxşliliyi və ya təsəllivericiliyi hə- qiqətin əlamətlərindən biri hesab edir.
Şefler bu yanaşmanı tənqid edərək bildirir ki, inancın eti- qadlı insana təsirinin etiqadın düzgün və ya yanlış olması ilə heç bir əlaqəsi yoxdur. Etiqadın inanclı insana təsəlli bəxş etməsi onun düzgünlüyünün göstəricisi ola bilməz, eyni zamanda arzuolunmaz təsir də inancın həqiqət olmadığına sübut ola bilməz. Mühüm olan məqam ondan ibarətdir ki, nələrinsə aşkar şəkildə mövcud olması və ya olmaması prinsipi etiqad kontekstində psixoloji təsirlər ol- madan qəbul edilir.
Burada həqiqət deyərkən Ceymsin bir növ “məmnuniyyət” qəsd etdiyini deyə bilərik. Bu məmnuniyyət məhdud və müəyyən olmalıdır. Buna görə də “qənaətbəxşlilik” anlayışının izahında etiqadın qəbul etdiyi psixoloji nəticələr deyil, qəbul edilmiş etiqa- dın məntiqi nəticələri diqqət mərkəzində olur. Hər hansı bir göz- ləntinin təcrübə vasitəsilə həyata keçirilməsi bu gözləntinin əsasını
təşkil edən inancın təsdiqi deməkdir. Əgər bir inanc həqiqi olsa və siz həmin inanc əsasında gözləntilər yaratmaq üçün davransanız, təcrübə sizin razılığınızdan və narazılığınızdan asılı olmayaraq bu gözləntiləri reallaşdıracaq.
Uilyam Ceymsin nəzəriyyəsinin sonuncu izahı az tənqid edilmişdir. O, özü də bildirir ki, “Həqiqət bizim üçün təsdiqini tapmış proseslərin ümumi adıdır. Sağlamlıq, sərvət, qüdrət və sai- rə həyatın digər hadisələrinin adlarıdır”. “Həqiqət və eyni şəkildə sağlamlıq, sərvət və qüdrət təcrübə prosesində yaranır.” (Ceyms, 1907, səh.218, Şeflerə istinadən, səh.146).