I dəlil: Dini hal və vəziyyətlər hiss olunan keyfiyyətdir. On- lar deduksiya və məlum olan xatırlatmanın nəticəsi deyil, vasitəsiz mahiyyətdir.
dəlil: Dini kontekstdə insanlara rasional dəlillər adətən tə- sir göstərmir. Dini inanclar və təlimlər hiss və təcrübədə ən dərin mənbələr hesab edilir. Əgər dini təcrübə inanc və etiqadlar üçün yetərli nüfuz qazandıra bilməzsə, ehtimal ki, rasional dəlillər qə- naətbəxş olmayacaq.
dəlil: Ceyms iddia edir ki, müxtəlif dini ənənələrə baxış bir çox dini inanc və anlayışların müxtəlif olduğundan xəbər verir. Halbuki, bu cür rasional müxtəlifliyin mənbə və mənşəyi olan hisslər və davranışlar sabitdir. Deməli, dini təcrübənin xüsusiyyə- tini və müxtəlif ənənələrin ortaq cəhətini anlamaq üçün etiqadları və təlimləri deyil, hissləri və təcrübəni araşdırmaq lazımdır. “Din
sahəsini araşdırdığımız zaman həmin sahədə qəbul edilmiş fikirlər arasında xeyli fərqliliklər olduğu ilə qarşılaşırıq. Amma hiss və davranış demək olar ki, eyni olur. Stoik38, xristian və budda mü- qəddəslərinin həyat tərzi arasında praktiki fərq yoxdur. Dinin meydana gətirdiyi fikirlər fərqli olduqları üçün ikinci dərəcədə qə- rarlaşırlar. Əgər dinin cövhərini dərk etmək istəyirsinizsə, daha sa- bit olan hisslərə və davranışlara diqqət yetirin.” Bütün dinlərin əsaslandığı ortaq özək özünü iki prinsipdə göstərir: “Bizdə nöqsa- nın olması hissi; haqqında məlumatımız olduğu uca qüdrətlə əla- qədə həmin nöqsanın aradan qalxacağı hissi.” (Ceyms, 2002, səh. 357-360).
Tənqid və tədqiq
Uilyam Ceymsin baxış bucaqlarını nəzəri əsaslar və din haqqında psixoloji mülahizələr kontekstində araşdırmaq olar. Əlbəttə, tənqidi məqamları araşdırmazdan əvvəl Ceymsin baxış bucaqlarında qəbul edilən nüansları, o cümlədən dinə və dindarlı- ğa (dini həyata) müsbət yanaşmanı, dini həyata aid olan psixoloji xüsusiyyətlərin müəyyən edilməsi, dini hallara və emosiyalara əhəmiyyət verilməsi, daha uca və transsendental aləmə diqqət, həmin aləmlə əlaqə yaratmağın mümkünlüyü və sairəni qeyd et- mək laızmdır.
38 Stoisizm - ellinizmin və Roma fəlsəfəsinin mühüm cərəyanlarından biri. Məktəbin adı Afinadakı "Səfalı Stoya" (bina) eyvanı ilə əlaqədardır. Əsas nümayəndələri qə- dim Stoyada (e.ə. 3-2 əsr) – Kitionlu Zenon, Kleanf, Xrisipp; Orta Stoyada (e.ə. 2-1 əsr) – Panetsi və Posidoni (stoik platonizm); Son Stoyada (1-2 əsr), Roma stoisiz- mində – Seneka, Epiktet, Mark Avreli və b. idi. Stoisizm Heraklitin od-loqos təlimini yenidən dirçəltmişdi; daxilində ilk od, pnevma olan aləm - bütün şeylərin kosmik ca- zibəsini yaradan canlı orqanizmdir; bütün mövcud şeylər maddidir (materiyanın müxtəlif dərəcədə kobudluğu və incəliyi ilə); şeylər və hadisələr kosmosun hər bir dövri alışması və paklaşmasından sonra təkrarlanır. Etikada stoisizm sinizmə yaxın olmuş, lakin onun mədəniyyətə xor münasibətini qəbul etməmişdir; müdrik şəxs tə- biət kimi ehtirassız olmalı (apatiya) və öz qismətini sevməlidir. Bütün insanlar dünya dövləti olan kosmosun vətəndaşlarıdırlar. Stoik kosmopolitizmi nəzəriyyədə bütün insanları dünya qanunu qarşısında bərabər hesab edirdi. Orta əsrlərdə və intibah döv- ründə stoisizm etikasının böyük nüfuzu var idi.