Din psixologiyası oxşar suallara məruz qaldıqları üçün elmi metodla dini araşdırmanın bir-birlərinə yaxınlaşdığı xüsusi fikri və mədəni mühitdən qaynaqlanır. XIX əsr psixologiyanın meydana gəlməsi ilə yanaşı Qərbdə dini fenomenlərin tədqiqinin sistematik və qeyri-sektorial metodlarının çiçəklənməsi dövrü oldu. Psixo- loqların çoxu din və dini fenomenləri psixoloji aspektdən araşdır- dılar. Birinci fəsildə onlara işarə etdik. Bu psixoloqların bəziləri bu sahə ilə bağlı fikir və rəy bildirməyə daha çox cəhd göstərmiş- lər. Onlardan Uilyam Ceymsin, Freydin və Yunqun adını çəkmək olar. Bu fəsildə adıçəkilən psixoloqların nəzəriyyələrini daha ət- raflı şəkildə araşdıracağıq.
Uilyam Ceyms (1844-1910)
Uilyam Ceyms “dini təcrübənin növləri” ilə bağlı mühazirə- lərini 1902-ci ildə çap etdirmişdir. Təkrar-təkrar çap edilən bu mü- hazirələr dini fenomenlərin elmi tədqiqi istiqamətində mühüm bir dönüş nöqtəsi hesab edilir. Lakin bu mühazirələrə davamlı müra- ciətlər edilməsinin səbəbi Ceymsin yazıb çap etdirdiyi bu siste- matik əsər deyil, daha çox onun fəlsəfəsinin mövqeyi idi (Braun, 1987, səh.1). Ceymsin əsərini qiymətləndirən Dittez (1986) belə qeyd edir: “Praqmatizm və plüralizm onu müasir din psixologiya- sının göstəricisi olan empirizm və obyektivizmlə məşğul olmaq- dan saxlayır.” Buna baxmayaraq Ceyms obyektiv məlumatlara qarşı laqeyd deyildi. O, iman gətirməni araşdırmaq üçün Starbakın (1898) sorğusundan, insanların özlərinin yazdıqları avtobioqrafi- yaların geniş imkanlarından istifadə etmişdir. Bu növ avtobioq-ra- fiyalar hər zaman fərdlərin din və dindarlığı necə başa düşdüklə- rini əks etdirən məlumatlarla dolu olmuşdur (Korsini, 2001, səh.1393).
Uilyam Ceyms özünün inanclı və dindar bir adam olduğunu açıq şəkildə etiraf edir, imanı həyatın əsas ünsürü hesab edirdi: “Adi xristianların inanclarını və ya orta əsr sxolastlarının müdafiə
etdiyi təriqəti qəbul edə bilməsəm də, özümü doqmatik metafizik filosoflardan hesab edirəm. Dini köhnəfikirliliyin qalığı hesab edənlərin sözlərini tərəddüdsüz rədd edirəm. Onların dedikləri yanlışdır. Yanlışın səbəbi isə atalarımızın dinə etdikləri əlavələr və yanlış təbiət qavramalarıdır. Həqiqətən atalarımızın dini bir çox yanlışlıqlarla müşayiət olunur. Deməli, biz bütün dini inanc və eti- qadları kökündən silib ata bilmərik... Tolstoy imanın insanı yaşa- dan qüvvələrdən biri olduğunu necə də gözəl şəkildə ifadə edir: “İmansızlıq həyatın tamamilə süqut etməsi deməkdir” (Ceyms, 2002, səh.389 və 390). Ceyms hesab edir ki, “İnsanın dini onun həyatında olan ən dərin və ən müdrik bir nəsnədir.” Onun yanaş- maları daha çox kliniki olmuşdur. Ceyms dini tərcbübəni qiy- mətlndirmək üçün tərtib etdiyi praqmatik testləri ömrünün ən mü- hüm səmərəsi hesab edir (Elyada, 1384, səh.73).