Din-psixologiyasina-giris-son pdf


Din psixologiyasının tənəzzülü



Yüklə 353,99 Kb.
səhifə17/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
Din-psixologiyasına-giriş

Din psixologiyasının tənəzzülü


Məşhur din psixoloqlarının uğuru müəyyən müddətdən son- ra tənəzzülə uğradı. Bu sahə müxtəlif səbəblərdən uzun müddət psixoloqların diqqətindən kənarda qaldı. Qorsaç bildirir ki, sözü- gedən müddətdə, yəni 1930-1960-cı illəri əhatə edən bir dövr ər-




27 İmmanent - bir şeyin və ya hadisənin öz təbiətinə xas olması, spesifikliyi.
zində din psixologiyası ilə bağlı heç bir mühüm araşdırma aparıl- madı. Kalinez yazır: “Behaviorizm28 məktəbinin meydana gəlməsi ilə din psixologiyası psixoloqların tədqiqat sahəsindən kənarlaşdı- rıldı. Behaviorizm öz sadə və aldadıcı məntiqi ilə psixologiyanı sıradan çıxardı, inanclar, etik parametrlərin inkişafı və təkamülü, dini davranışın baş vermə səbəbləri kimi mürəkkəb mövzuların tədqiqinın qarşısını aldı. Buna baxmayaraq, həmin dövrdə bəzi müəlliflərin (Alport, Mazlo, Erik From və Aş) dini davranış haq- qında kitab və məqalələr yazması bu sahəyə olan marağın hələ də qorunub saxlanmasına xidmət etdi.” (Krayd və Nemirof, 2001, IV c., səh.1392).
Braun (1987, səh.14) Doqlas (1963) və Strünka (1957) isti- nadən bu tənəzzülün behoviarizmin ABŞ psixologiyasını istila et- məsi və din haqqında olan baxış bucaqlarının dəyişməsi ilə izah edir. Homans (1970) din haqıqnda olan baxışların dəyişməsinin səbəbini teoloji ekzistensializmin (özünü dərkin mədəni metodla- rında bir növ dəyişmə idi) meydana gəlməsi və pastoral psi-xo-lo- giyanın29 inkişafı ilə izah edirdi.
Hər halda din psixologiyası behaviorizm məktəbi meydana gəldikdən sonra əlli il diqqətdən kənarda qalmışdır. Buna görə də dini problemlərin tədqiqi behaviorizmin dar və məhdud metodları ilə nadir hallarda həyata keçirilirdi.
Təbii ki, bu sahə 1930-cu onillikdə tamamilə sıradan çıx- madı, sosial psixologiya və şəxsiyyətlə bağlı araşdırmalar, xüsusi- lə də sosial baxışlar və dini təkamüllə bağlı araşdırmalar öz həyat- larını davam etdirdilər. Alport dini baxışlar, din və xurafat (mənfi rəy), dini mövqelər və şəxsiyyət formalarına əsaslanan individual fərqliliklərlə bağlı yazdığı əsərlərlə bu sahəni inkişaf etdirmiş, nə- hayət 1950-ci ildə “Fərd və onun dini” adlı əsərini çap etdirmişdir. Alportun əsərləri dini baxışların həyat tərzinə təsirlərinin öyrənil- məsinə köməklik göstərmiş, psixoloji proseslərin ilkin mülahizələ- rinin dinin kökləri kimi dindarlığın inkişafı və təkmilləşməsi isti-


28 Davranış, rəftar. XX əsrin birinci yarısında yaranmış Behaviorizm məktəbində in- sanlar daxili vəziyyətləri deyil, xarici motivasiyaları və davranışlar əsasında öyrəni- lir.
29 Dini maraqların müzakirə və psixoterapiyaya istiqamətləndirilməsi.
qamətinə yönəlməsinə səbəb olmuşdur.
Dəlil kimi göstərəcəyimiz başqa bir fakt ondan ibarətdir ki, bu sahə meydana gəldiyi ilk vaxtlar dini institutlar ona pozitiv ya- naşmadılar və dinin elmi araşdırılmasında müsbət reaksiya nüma- yiş etdirmədilər.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin