Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə16/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   12   13   14   15   16   17   18   19   ...   68
Din-psixologiyasına-giriş

Jan Piaje (1896-1980). Jan Piaje sözügedən fransız eklektik ənənəsinə birbaşa yardım göstərmişdir. Piaje dini inanc möv-zusun- da ixtilafı olan bir ailədə böyümüşdür. Mehriban, amma əsəbi anası evangelist idi. Halbuki atası dindarlığın tarixi tənqidlə uzlaşma- dığını hesab edirdi. Gənc yaşlarında anasının arzularına təslim ol- muş Piaje ömrünün bir hissəsini xristian təlimlərini mənimsəməyə həsr etmişdir. Bu təlimlər biologiya ilə təzad təşkil etdiyi və Allahın varlığı ilə bağlı irəli sürülən dəlillər zəif olduğu üçün o, ruhi sarsıntı keçirməyə başladı. Əlbəttə, o heç bir vaxt Allahın varlığına şübhə etməsə də, yüksək düşüncə və zəka sahibi olan keşiş və müəlliminin bu cür zəif dəlilləri ciddiyə aldıqlarına çox təəccüblənirdi.
Piaje praktiki elmlər üzrə doktorluq təhsilini başa vurduq- dan sonra Zurix və Sorbendə üç il psixologiya və fəlsəfə təhsili al- mışdır. 1921-ci ildə Cenevrədə bir qrup həmkarı ilə birlikdə din psixologiyası üzrə bir tədqiqat qrupu yaratmışdır. Piyaje Flurnua- nın irəli sürdüyü prinsipləri təsdiq edərək etiraf edirdi ki, psixolo- giya təklikdə dini dəyərlər haqqında mühakimə yürüdə bilməz,
amma xüsusi bir dəyərin hər hansısa bir təcrübədən əldə edilə biləcəyinin məntiq qanunları ilə uyğunluq təşkil edib-etməsi ilə bağlı qiymətləndirmə apara bilər. Psixologiya həmçinin təxminən eyni təcrübələrdən əldə edilən müxtəlif nəticələrin heyrətamiz rən- garəngliyinin izahında yardımçı rol oynayır.
Piaje özünün dini baxışlarla bağlı yazılarında iki fun-da- mental baxış bucağını bir-birindən fərqləndirir: 1. Transsendental (metafizik) baxış bucağı; 2. İmmanent (özünəməxsusluq-Allahın hər yerdə olması) baxış bucağı27. Allaha aid edilən və zahirən tə- zadlı görünən bu iki baxış bucağı əslində, bir-biri ilə uyğunluq təş- kil edir. Birinci baxış bucağına görə, Allah-Taala səbəblərin Tan- rısıdır, daha doğrusu, idrakımızın fövqündə duran metafizik amil- lərin qeyd-şərtsiz Tanrısıdır. İkinci baxış bucağına görə isə möv- cudluğu hər yeri əhatə edən Allah dünyadan kənarda deyil, bizim daxilimizdədir. Piaje nəzarəti altında olan qrupun tədqiqatlarına əsaslanaraq hesab edirdi ki, insanlar öz valideyinləri ilə münasi- bətlərindən doğan səbəblərdən asılı olaraq, bu iki baxış bucağın- dan birinə meyl göstərirlər. Uşaqlıqda böyüklərə, xüsusilə iqtidar sahibi və yüksək ictimai mövqeyə maik olan şəxsiyyətlərə birtə- rəfli hörmət bəslənilməsinin vacibliyini ehtiva edən təlim-tərbiyə mühitində tərbiyə almış fərdlər transendental inanca və itaətkar etikaya meyl göstərirlər. Qarşılıqlı münasibətlər və bərabərlik prinsipinə əsaslanan qarşılıqlı hörmət mühitində tərbiyə almış fərdlər isə Allahın hər yerdə olması (immanent) inancına və iradi etikaya meyl göstərirlər. Bütün cəmiyyət və cəmiyyətin təlim-tər- biyə sistemi bu baxış bucaqlarından birinə meylli ola bilər (Vulf, 1991, səh.22-28).



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin