Din-psixologiyasina-giris-son pdf


Almaniyanın deskriptivlik ənənəsi



Yüklə 353,99 Kb.
səhifə12/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Din-psixologiyasına-giriş

Almaniyanın deskriptivlik ənənəsi


Dərin psixologiya çox tez bir zamanda din psixologiyasında stabil bir mövqe qazansa da, bu sahənin bir çox alman psixoloqları deskriptiv19 yanaşmanın tərəfdarı idi. Alman psixoloqlarının çoxu fərqli metodları təqribən bərabər şəkildə qəbul etmişlər. Des-krip- tiv ənənədə müxtəlif metodlardan istifadə edilmişdir: avtobioqrafi- yalar, etiraflar, gündəlik avtobioqrafik qeydlər, qeyd dəftərləri, məktublar, şeirlər, müsahibələr, məqalələr və dini təcrübələrin fər- di fenomenlərini əks etdirən digər vasitələr.” Tədqiqatçıların özlə- rinin dini həyat tərzi də bu sahədə həyati bir mənbə hesab edilə bi- lər. Bu cəhət təkcə tədqiq edilən mövzunun birbaşa öyrənilməsi deyil, həm də başqalarının təcrübəsinin empatik20 dərkində əhə- miyyətli rol oynayır. Psixoloqun əsas işi bu kimi məlumatları top- ladıqdan sonra başlayır. Alman psixoloqları ABŞ psixoloqlarının maraq göstərdiyi statistik qiymətləndirmədən və nəticəçıxarmadan yox, deskripsiya, analiz və keyfiyyət təsnifatından istifadə edirlər (Vulf, 1991, səh.18-19).


Almandilli çərçivədən kənarda şöhrət tapmış ən məşhur des-

dən pak, təmiz ola bilər və əksinə, dindar adam qeyri-ruhani, murdar əxlaqa sahib ola


bilər.)
Tərcüməçi: Frankın bu nəzəryyəsi zahiri dindarlığa əsaslanır. Əsl dindarın qeyri-əx- laqi davranışlara malik olması qeyri-mümkündür. Bu, ümumiyyətlə dindarlıq anlayı- şı ilə təzad təşkil edr. Səmimi dindarlıqla günahkarlıq, günahkarlıq ilə səmimi din- darlıq bir araya gəlməyən, biri digərini inkar edən anlayışlardır. İntrinsik və ekstrin- sik dndarlıq anlayışlarını qarışıdırmamaq lazımdır.
19 Təsviri.
20 Empátiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, baş- qasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyəti- ni nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.
kriptiv alman araşdırması Rudolf Ottonun (1918) “Müqəddəs ideya” və Fredrix Hilerin (1918) “Dua” əsərində öz əksini tapmış- dır. Otto hesab edirdi ki, dinin əsas nüvəsini müqəddəs ideyanın irrasional21 və emosional praktikası təşkil edir. O, əsərinin ingilis- cəyə olan tərcüməsinin girişində “din və ilahiyyatın irrasional amili” deyərkən ağla zidd olan din ünsürünü deyil, dinin metafi- zik, intuitiv, mistik və emosional ünsürünü nəzərdə tutduğunu ya- zır. Həmin kiçik həcmli girişdə din mövzusunda konseptə22 deyil, hissiyata daha çox önəm verdiyini qeyd etmiş, anlayışın deyil, his- sin dinin həqiqətinə daha yaxın olduğunu bildirmişdir. O, açıq şə- kildə bildirir ki, “din və ilahiyyatın irrasional amili” deyərkən ya- şadığı dövrdə dəbdə olan qeyri-əqli mövqeyi inkişaf etdirmək məqsədi güdmür, əksinə, dinin xalis mənəvi praktikasına qarşı qo- yulan din konsepsiyasına müxalifdir. Deməli, Otto fəlsəfəyə və ra- sionalizmə qarşı olmamış, fəlsəfə ilə dinin bir-birinə qarışdırılma- masına səy göstərmişdir.
ABŞ-da izahedici, əsaslandırmaya və nəticə çıxarılmasına köklənən psixologiya ilə müqayisədə yalnız təsviri səciyyə daşı- yan psixologiya az diqqət cəlb etdiyi üçün Almaniyanın təsviri psixologiyası elə də diqqət mərkəzində olmamışdır. Hiler və Otto kimi müəliflərin tərcümə vasitəsilə asanlıqla əldə edilən əsərləri- nin adları çəkilsə də, onlardan iqtibaslar edilmir. Bu səciyyə Ceymsin “Dini praktikanın növləri” əsərinə də aiddir. Alman əsər- ləri arasında yalnız Freyd və Yunqun əsərləri davamlı olaraq ABŞ-ın din psixoloqlarının diqqət mərkəzində olmuşdur (Vulf, 1991, səh.19-20).



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin