UilyamCeyms. O, dinə deskriptiv14 yanaşan ən məşhur psixoloqlardandır. Ceyms “Dini təcrübənin növləri”15 əsərinin (1902) başlanğıcında tibbi materializmə (din psixologiyasının psi- xoloji-fizioloji əlaqəsi onun etibardan düşməsinə səbəb olur) qarşı olduğunu və onu qəbul etmədiyini elan etmişdir. O, hesab edirdi ki, hər hansı bir etiqad və təcrübənin son qiymətləndirməsi yalnız onun fərdin həyatına təsiri əsasında aparıla bilər.
Ceyms müəyyən həddə qədər Starbakın sorğusunun test ca- vablarına əsaslansa da, mövqeyi Klark məktəbinin mövqeyindən çox fərqlənir. O, özünün ilk sınaqları üçün irimiqyaslı sınaq nü- munələri əvəzinə, nisbətən nadir nümunələrdən, zəhmət tələb edən cədvəlləşdirmə və statistik nəticəçıxarma əvəzinə özünün müstəs- na təyinetmə bacarığından və intuisiyasından istifadə etmişdir. Ceyms tərəfsiz izahı tərəfli təsvirin xeyrinə bir kənara qoyan tam tərəfsiz bir müşahidəçi deyildi. “Dini praktkanın növləri” əsəri əvvəldən sona qədər onun dini inamın fəlsəfi izahına stabil marağı ilə müşayiət olunur. Əsər çoxlu sayda tənqidlərlə üzləşməsinə baxmayaraq, müxtəlif dillərə edilmiş tərcümələr vasitəsilə çox tez
14Təsviri
15Din psixologiyası sahəsində yazılmış ən böyük klassik əsərlərdən biridir.
bir zamanda bu sahədə yazılmış ən mühüm əsər şöhrəti qazandı. Bu əsər nöqsanlı olmasına rəğmən dini fenomenlərə təsviri yanaş- manın ən parlaq nümunəsidir. II fəsildə Ceymisin baxış bucaq- larını daha ətraflı şəkildə araşdıracağıq.
Ceyms Pratt.Uilyam Ceymsin stimullaşdırıcı təsiri Ceyms Prattın yazılarında daha çox diqqət cəlb edir. Ceyms Pratt 1905-ci ildə başa çatdırdığı din psixologiyası ilə bağlı doktorluq dissertasi- yasını məhz Uilyam Ceymsin rəhbərliyi altında başa çatdırmışdır. Ceyms Pratt bu sahəyə aid ən mühüm əsərində (Dini idrak, 1920) çox qabarıq olmadıqları və ümumi səciyyə daşıdıqları üçün Uil- yam Ceymsin diqqətdən kənarda qoyduğu dini mövzuların təsviri tədqiqini aparmışdır. Bundan əlavə Pratt dinlər tarixi, xüsusilə İn- duizm və Buddizm dinləri tarixi üzrə mütəxəssis hesab edilir. Pratt öz əsərində din psixologiyası ilə bağlı çoxlu sayda nadir baxış bu- cağına yer vermişdir. Müəyyən sənədləri və əqli təlimləri istisna etsək, Ceyms kimi Prattın da adı hər hansı bir metoda aid edilmir (Vulf, 1991, səh. 8-12).