Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə8/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
Din-psixologiyasına-giriş

Ceyms Leuba (1848-1946) daha çox konkret tədqiqata meyl göstərən Holldan fərqli olaraq, informasiyaların toplanma- sında fərdi müsahibələrdən istifadə etmişdir. Leuba dini bilgi, həmçinin mistik təcrübə və halların insanların adi məlumatları ilə keyfiyyət fərqinə malik olduğunu bildirirdi. Dindar həmkarların- dan fərqli olaraq o, dini təcrübənin ali dəyərlərə malik olmadığını və tamamilə təbii qüvvələrin nəticəsi olduğunu düşünürdü. Leuba din ənənəsinə iki aspektdən yanaşırdı: Bir tərəfdən mistik təcrübə- ni mənəvi və fizioloji proseslər vasitəsilə qənaətbəxş şəkildə izah etməyə çalışır, digər tərəfdən isə öz ixtisaslarının mütəxəssisləri olan və bu proseslər haqqında məlumatı olan alimlərin insanabən- zər əbədi allaha inanması ilə bağlı çoxlu sayda fakta malik oldu- ğunu bildirirdi. Buna baxmayaraq, Leuba mənəvi dəyərlərə ta-ma- milə önəm verməyəcək bir materialist də deyildi. Əslində o, insa- nın ən əsas xüsusiyyəti hesab etdiyi etik gözəlliyə yüksək dərəcə- də fitri və substansional meyl olduğunu düşünürdü. Ənənəvi dini təlimlərin və institutların əsaslı yanlışlıqlara yol verdiyini düşünsə də, etiraf, dua, müqəddəs hünər və mərasimlərin nizama salınmış formalarının insanlara öz arzu və ideyalarını həyata keçirməkdə yardım göstərəcəyini qəbul edirdi. Ona görə mistik təcrübənin sə- riştəsiz və sadəlövh şərhi deyil, yalnız elmi izahı etik dəyərlərin və transformativ ilhamların effekiv axtarışına istiqamət verə bilər.
Leuba insan ruhunun açar anlayışlarının mənşəyini, in-kişa- fını və rolunu araşdırmış, inancın iki əsas mənşəyini müəyyən et- mişdir: 1. Ağıl determinist izahların vurğunudur; 2. İnsan həyat konfliktləri içində mənəvi tarazlığını qorumağa ehtiyac duyur. O, hesab edirdi ki, elm sonda hər iki istiqamətdə dindən üstün oldu- ğunu sübuta yetirəcək.


Corc Ku. Din və iman gətirmənin təhlil və analizində etik təbiətin tipologiyası terminindən istifadə Corc Kuya şöhrət gətir- mişdir. Tədqiqatları zamanı Corc Kunun informasiya bazasını təş- kil edən nümunə və örnəklər nisbətən kiçik və az olsa da, sorğula- rının nəticələri şəxsiyyət testlərinin çoxunun ilham mənbəyi ol- muşdur. Müasir psixoloqlar bu testlərdən daha çox istifadə edirlər (Eliade, 1371, səh.259 ). .



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin