Din-psixologiyasina-giris-son pdf


Etika və dəyər anlayışları



Yüklə 353,99 Kb.
səhifə4/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   2   3   4   5   6   7   8   9   ...   68
Din-psixologiyasına-giriş

Etika və dəyər anlayışları. Dinin üç hissədən (inanclar, hökmlər və etik dəyərlər) ibarət olduğu hesab ediriksə, ən mühüm hissə etik və əxlaqi dəyərlərin payına düşür. Tövbə, təvazökarlıq, paxıllıq və s. kimi məzmunlar etika və əxlaqi dəyərlər kateqoriya- sına daxildir. Məsələn, din aspektindən xəstəlik hesab edilən pa- xıllıq və eyni kontekstə aid olan anlayışların təhlilini, analizini və müqayisəsini aparmaqla onların əlamətlərini, yaranma, formala- şma və inkişaf istiqamətlərini, motivləşdirici, fiziki və şüuri cəhət- lərini əks etdirən bir cədvəl müəyyənləşdirmək olar. Belə bir cəd- vəl kilinikal psixoloq və konsultantların ixtiyarına verilsə, bununla



1 Təqva
2 Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır! Ona bir pislik üz verdikdə dözümsüzlük göstərər. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Məaric surəsi/19-21
3 Həqiqətən, o çox zalım, çox cahildir. Əhzab/72.
da sözügedən xəstəliyin öyrənilməsi daha asan olar.

    1. Dini ayin və mərasimlər. Din psixologiyası namaz, oruc, həcc, ziyarət və sair kimi anlayışların, bu anlayışların ifadə etdiyi ayinlərin yerinə yetirilməsi ilə yaranan xüsusi halları meydana gə- tirən və formalaşdıran müxtəlif amillərin, formalaşma prosesininin səciyyələndirilməsinə və daha yaxşı şəkildə öyrənilməsinə kömək- lik göstərə bilər. İmam Hüseynin (ə) matəm mərasimi bu qəbil təhlillər üçün münasib bir nümunədir.

    2. Dini cümlələr. Dini təlimlərin psixoloji təhlili üçün dini cümlələrə də müraciət etmək olar. Məsələn, “Allahı xatırlamaq psixoloji rahatlığa səbəb olur”4, “Həqiqətən, namaz (insanı) çir- kin və pis əməllərdən çəkindirər”5. Bu kimi onlarla nümunə qeyd olunan təhlillər üçün münasib mövzulardır.



İki nüans


Din psixologiyası ilə bağlı verilmiş izaha əsasən, burada iki nüansa toxunmağı lazım bilirik:



  1. Dinin tərifində iki ümumi yanaşma mövcuddur:

  1. Bəzən din bir sıra etiqad əsaslı, etik və praktiki məzmun- ları ehtiva edən müstəqil bir fenomen kimi qəbul edilir. Bu məna yükü din sözünün Azərbaycan dilində işlənən ifadə vasitələri (islam dini, məsihilik dini və s.) ilə uyğunluq təşkil edir. Quranda “din” sözü əslində, cəza, mükafat (“Haqq-hesab gününün sahibi- nə”)6 və itaət (“Mənə itaəti məhz Allaha məxsus edərək, yalnız Ona ibadət etmək əmr olunmuşdur!”)7 mənalarını ifadə etsə də, şəriət, ayin və məzhəb mənalarında da çox işlənmişdir (“Dində məcburiyyət yoxdur”8, və yaxud “Elə isə sizin dininiz sizə, mənim dinim də mənə”)9.

  2. Bəzən din şəriətə, ayinə bağlılıq, başqa sözlə desək, din-



4 Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar! Rəd surəsi/28.
5 Ənkəbut surəsi/45.
6 Fatihə surəsi/4.
7 Zumər surəsi/11.
8 Bəqərə surəsi/256.
9 Kafirun surəsi/6.
darlıq mənalarında işlənir. Bu istifadə forması daha çox Qərb
alimləri arasında yayılmışdır.
Azərbaycan dilindəki “din” sözü ingilis dilindəki “religion” sözünün qarşılığıdır. Amma “din” termini sanki bizim leksikonu- muzda yuxarıda qeyd edilən birinci mənanı, “religion” sözü isə ikinci mənanı (ən azı din psixologiyasına aid mətnlərdə) ifadə edir. Məsələn, bəzi psixoloqlar dinə belə tərif vermişlər: “Din ilahi və fövqəl-bəşər gücə inam və həmin gücə doğru istiqamətlənmiş ibadətlər və ya ayinlər sistemidir.”10 Gördüyümüz kimi, bu tərif dindarlıq və dini etiqada şamil olur. Bu yanaşmanın səbəbi də ay- dındır. Psixoloqu daha çox dinin müstəqil bir fenomen funksiyası daşıması yox, dini inanc və onunla bağlı olan mövzular maraqlan- dırır. Buna görə də “din psixologiyası” deyilərkən, əsasən dinin insan psixologiyasında oynadığı rol, başqa sözlə desək, dindarlıq nəzərdə tutulur.

  1. Din psixologiyasını dini psixologiya ilə səhv salmaq ol- maz. Bu və oxşar məzmunlu araşdırmaların predmeti, dini psixo- logiya deyil, din psixologiyasıdır. Psixologiyanın bu bölməsi və hər kəs tərəfindən qəbul edilən dini psixologiya dini təzahürlərin izahını təqdim edən bir sahədir. Dinin ümumi məzmununa əsasən, bu, minimalist yanaşmadır. Belə ki, hər hansı bir dini fenomenin, nümunə üçün, matəm mərasiminin həm psixoloji və sosioloji, həm də digər izahları ola bilər. Əlbəttə, dini fenomenlər bizim hazırki araşdırmamızda yalnız psixoloji aspektdən izah edilir. Burada mü- zakirə mövzusu yalnız qeyd edilən aspektdir. Halbuki, dini psixo- logiyada dini inanclar mənbə və qanun rolunda çıxış edir və psixo- logiya həmin iman ənənəsi çərçivəsində tədqiq edilir.




Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin