Teodor Flurnua (1854-1920). Psixi müstəsna hallara ma- raq İsveçrə psixoloqu Teodor Flurnuanın əsərlərində də özünü qa- barıq şəkildə göstərir. Flurnua Uilyam Ceyms kimi tibb ixtisası üzrə təhsil alsa da, təbabətlə məşğul olmamış, tibbi fəaliyyət əvə- zinə Vundtla birlikdə araşdırmalar aparmış, sonda Cenevrə Uni- versitetinin Praktiki Psixologiya Mərkəzinin rəhbəri təyin edilmiş- dir. O da Ceyms kimi, parapsixologiyaya maraq göstərmişdir. Onun bu mövzuya yanaşması elmi və çox ədalətlidir. Ruhların ça- ğırılması mövzusu ilə bağlı həyata keçirdiyi irimiqyaslı araşdırma- lar psixikanın qeyri-şüuri fəaliyyətinin inkişafının öyrənilməsinə çox köməklik göstərmişdir. Yung (1954) bildirirdi ki, fərdi həyat tərzlərində baş verən psixoloji pozğunluqların öyrənilməsində Flurnua və Ceymsin ona çox köməyi dəymişdir.
Flurnua da dinə Ceyms kimi rəğbətlə yanaşırdı. O, Cenevrə- nin İlahiyyat İnstitunda yarım il təhsil almış, ilahiyyatın qeyri-zə- ruri məsələlərlə yükləndiyini hesab edərək, təhsilini yarımçıq qoy- muş və sonra din psixologiyası istiqaməti üzrə davam etdirmişdir. O, təqdim etdiyi iki fundamental qanunla şöhrət tapmışdır. Bu iki qanun din psixologiyasının əsasını təşkil edir. Din psoxoloqları “transsendental reallıqların müstəsnalığı” qanununa əsasən, dini mövzuların müstəqilliyi məsələsində (bu mövzular fəlsəfi olmaqla yanaşı, onların səlahiyyətləri xaricindədir) inkar və ya təsdiq möv- qeyi tutmamalıdırlar. Bu mövzular transsendental hissi rəsmən qə- bul edən, onun incəliklərini və növlərini diqqətlə araşdıranların sə- lahiyyətlərinə daxildir. “Bioloji izah” prinsipinə əsasən, din psi- xologiyasının dörd xüsusiyyəti var: 1. Dini fenomenlərin üzvi
24Ruhi zəiflik.
şərtlərinin dərk edilməsi (fizeoloji xüsusiyyət); 2. Daxili və xarici amillərin təkamül proseslərinin dəqiq tədqiqi (genetik və ya təka- mül xüsusiyyəti); 3. Fərdi fərqliliklər kontekstinə həssaslıq göstə- rilməsi (tətbiqi xüsusiyyət); 4. Dini həyatın canlı, çox mürəkkəb, bir çox amillərlə interaktiv əlaqəyə şamil olan bir proses olduğunu rəsmən tanımaq (dinamik xüsusiyyət).
Flurnuanın əsərləri dini situasiyaların tədqiqi istiqamətində motivasiya müstəsnalığı yaratsa da, özü Evangelist25 ekletika26 ənənəsinin hörmət bəslənilən mütəxəssisi hesab edilmişdir. Mər- kəzi Cenevrədə olan bu ənənə Cenevrə Universiteti və görkəmli təkamül psixoloqu Jan Pyajenin əməkdaşlıq etdiyi Təhsil Tədqiqat Mərkəzində fəaliyyət göstərən tədqiqatçıların əsərlərinə şamildir. Bu tədqiqatçılarda dərinlik psixologiyası və inkişaf haqqında apa- rılmış yeni tədqiqatların təsiri çox güclüdür. Əlbəttə, onlar gör- kəmli ABŞ və Fransa alimlərinin də araşdırmalarından istifadə et- mişlər.