Freyd, Yunq və digər tədqiqatçılar. II fəsildə Freyd və Yunqla bağlı daha ətraflı araşdırma aparacağımız üçün bu ikisinin və digər psixoanalitiklərin baxış bucaqlarına burada qısa şəkildə işarə edəcəyik. Qeyd etmək lazımdır ki, qeyri-iradi hadisələri öy- rənən psixologiya sahəsindən danışarkən “Dərin psixologiya” ter- minindən istifadə edilir.
Freyd dini xülya, universal nevroz və narkotika adlandırsa
16Patologiya - Normadan kənara çıxma, qeyri-normallıq.
17Animizm - ruhlara etiqad, ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inanc.
da, bəşəriyyətin din üzərində qələbə çalacağına ümid bəsləsə də (“Bir xülyanın gələcəyi” əsəri), dini davranışlarla bağlı araşdırma- lar aparmağa çox maraq göstərmiş, bu mövzu ilə bağlı bir neçə məqalə və üç kitab yazmışdır. Yunq, Adler və analitika hərəkatı- nın digər nümayəndələri dinlə bağlı araşdırmaları davam etdirmiş və dini inancların psixoloji qiymətini qəbul etmişlər (Krayd və Nemirof, 2001, səh.1392). Adlerin din psixologiyasına köməyi az, nəzəri cəhətdən isə qeyri-sabit olmuşdur. Amma Freyddən fərqli olaraq Yunqun dini hadisələrin psixlogiyasına ciddi, əhatəli baxışı və bu sahədəki uzunmüddətli araşdırmaları onu digərlərindən fərq- ləndirir. Yunqun dinə olan ilkin münasibəti onu Freyddən fərqlən- dirəcək mif, internal (batini) və rəmzi ənənələr deyildi. Yunq dini ruhun müxtəlif səciyyələrini cinsi təhrikedicidən daha dərin və da- ha əhatəli şəkildə təzahür etdirən müsbət bir vasitə kimi qiymət- ləndirirdi. Bu qiymətləndirmə Yunqu Freyddən fərqləndirən ən mühüm nüansdır. Müxtəlif sahələrin din tədqiqatçıları Yunqun fi- kir və mülahizələrində özlərinə aid olan əsas fikirlərinin çox hissə- si ilə uyğunluq təşkil edən psixologiyanın şahidi olmuşlar. Halbu- ki, din tənqidçiləri Freydi etirazlarının əsas dəstəkçisi hesab etmiş- lər. Bəzi tənqidçilər Yunqun fikirlərinin dinin ideya və hədəfləri ilə təzad təşkil etdiyini iddia edərək onu qəbul etməmiş, əvəzində Freydə üz tutmuşlar (Eliade, 1372, səh.264).
Erikson Freydin ən tanınmış şagirdlərindəndir. Onun din psixologiyası sahəsində böyük xidmətləri olmuşdur. Eriksonun “Həyat yolunun mərhələləri” nəzəriyyəsi dinin psixoloji sağ-lam- lığa göstərdiyi təsirlə bağlı daha müsbət qiymətləndirməni ehtiva edir. Adlerdən ayrılaraq özlərinin müstəqil məktəblərini yaratmış psixoloqlar sırasında yer alan Viktor Franklinin dini yanaşmaya əsaslanan “Loqoterapiya”18 nəzəriyyəsi daha çox şöhrət qazanmış-
18Loqoterapiya -“məna vasitəsiylə müalicə və sağlamlıq” anlamına gəlir. Frankl məna səviyyəsini belə qeyd edir: cari anın mənası və fövqəl-məna. Mənaya gedən iki əsas yol-yaşanılanların dəyəri, yaradıcılıq dəyərləri və həyat məqsədlərinin dəyəri. Frankl deyir ki, biz mövcudluğumuzun mənasını yaratmırıq – tapırıq. Başqa sözlə, məna–konkret başa düşülən və realizə edilən imkandır.” Tarix boyu dindarlıq və ru- hanilik anlayışları bir-birinə qarışdırlmış, eyni şey sayılmışdır. Lakin həyat təcrübəsi göstərir ki, dindar olmayan kəs ruhani ola bilər (yəni mənəvi, idraki, iradəvi cəhət-
dır və loqoterapiya ilə bağlı mövcud olan fikir və metodların ço- xunu bir yerə toplamışdır. Psixologiyaya ənənəvi dinin məqsədlə- rinə yardım göstərən bir sahə kimi baxan psixoloqlar Franklın nə- zəriyyələrinin çoxunu böyük həvəslə qarşılaşmışlar (həmin mən- bə, 266-267).