Din-psixologiyasina-giris-son pdf


I Fəsil Ümumi anlayışlar Din psixologiyasının tərifi



Yüklə 353,99 Kb.
səhifə2/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   2   3   4   5   6   7   8   9   ...   68
Din-psixologiyasına-giriş

I Fəsil




Ümumi anlayışlar

Din psixologiyasının tərifi


İnsanların həyatında dinin yaranışı necə baş vermişdir? Din- dar insanlar xüsusi şəxsiyyətlərdirlərmi? Dindarlıq fərdlərin həyat- dan daha çox razı qalmasına səbəb olurmu? Onların evlilik, iş və digər sahələrdəki uğurunu sığortalayırmı? Dindarlar fiziki və psi- xoloji cəhətdən daha sağlammı olurlar? Dindarlıq cinayətkarlığın, qanun pozuntularının azalmasında, humanizmin, başqalarına yar- dım hissinin artmasında, xeyriyyəçilik işlərinin görülməsində rol oynayırmı? Fərdlərin dindarlıq dərəcəsini necə ölçmək olar? Ümumiyyətlə, dindarlığın hansı yönləri var?


Bunlar din psixologiyasında tədqiq edilən və cavabları araş- dırılan suallardır. Psixologiyanın ikinci dərəcəli bölmələrindən he- sab edilən bu sahədə dinin elmi tədqiqatı psixoloji aspektə əsas- lanır. Din psixoloqları bu sahə ilə bağlı müxtəlif tərif və izahlar versələr də, hamısının əsasında “dinin psixoloji aspektə əsaslanan elmi tədqiqi” məzmunlu tərif dayanır. Əslində, digər təriflərdə bu konkret tərifin ehtiva etdiyi terminlərin daha geniş və əhatəli izahi verilir. Nümunə üçün aşağıda iki din psixoloqunun qeyd etdiyi tərifi təqdim edirik:
Kollins ən yaxşı tərifin Kembric Universitetinin dosenti Taulesə aid olduğunu bildirir. Taules hesab edir ki, dinlə bağlı olan psixoloji araşdırmada “dini davranışın öyrənilməsi qeyri-dini davranışın tədqiqindən əldə edilən psixoloji qanunlara əsaslanır.” Yəni din psixologiyasında dini davranışı izah etmək üçün ona ümumi davranışların tədqiqi zamanı əldə edilmiş psixoloji prinsip- lər tətbiq edilir.
Qeyd olunan tərifdə bu sahənin tədqiqat mövzuları ara- sından yalnız dini davranış konsepsiyasından söz açılmışdır. Bəlkə də elə buna görə Kollins həmin tərifdən sonra bu sahədə təkcə dini davranışı deyil, eyni zamanda Allah və digər fövqəltəbii qüvvə- lərin varlığına və təsirinə inanan fərdlərin baxışlarını, dəyərlərini və təcrübələrini öyrənən psixoloji metodlardan istifadə edildiyini
xatırlatmışdır (Krayd və Nemerof C.B., 2001, IV c., səh.1392 ).
Reymond Palotzianın tərifində isə belə bir çatışmazlıq yox- dur. O, yazır: “Din psixologiyası dini inanc və davranışları psixo- loji aspektdən öyrənən bir sahədir. Yəni burada məqsəd dini dav- ranışlara və təcrübələrə təsir göstərən psixoloji prosesləri öyrən- məkdir. Bu sahədə biz dini davranış və təcrübəyə təsir göstərən ətraf mühiti, fərdi və ictimai təsirləri diqqət mərkəzində saxlama- ğa, dindarlıqda vasitəçi rolunu oynayan psixoloji prosesləri müəy- yənləşdirəcək imkana malik baxışları və tədqiqatları səciyyələn- dirməyə çalışırıq.” (Palotzian, 1996, səh.28-29).
Bu tərifdən də göründüyü kimi, din psixologiyası din və dindarlığın ehtiva etdiyi məsələlər haqqında psixoloji prinsiplərə əsaslanan elmi araşdırmadır. Qeyd olunan məsələlər həm dini dav- ranışlara, həm də dini inanc və dəyərlərə şamildir. Buna görə də dini mövzuları istənilən psixoloji yanaşma və tərif əsasında araş- dırmağımızdan asılı olmayaraq, din psixlogiyası sahəsinin tədqi- qatçısına çevrilmiş oluruq. Başqa sözlə desək, din psixologiya-sı- nın tərifində psixologiyanın öz tərifi diqqət mərkəzində olur. Haq- qında malik olduğumuz mülahizə fərqlərindən asılı olmayaraq, bu elm sahəsinin müxtəlif dini mövzularla bağlı tədqiqatlarının hasili din psixologiyası olacaqdır.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin