Din psixologiyasının tarixi
Din psixologiyasının xüsusi bir elm sahəsi kimi meydana gəlməsi XIX əsrin sonlarına təsadüf edir. İnsanın dindarlığı ilə bağlı mövcud olan psixoloji fikirlərin tarixi isə çox qədimdir. Bu fikirlər bəzən təsviri səciyyə daşımış, bəzən də dinin yaranma fəl-
10 Beyt Hallhami B. və Arqayl M. 1997, səh.60.
səfəsinin izahına xidmət etmişdir. Böyük dinlərin müqəddəs kitab- ları, Müqəddəs Avqustinin “Etiraflar”ı, Mövləvinin “Məsnəvi”si, Qəzalinin “Din elmlərinin dirçəlişi” kitabı və başqa alimlərin dini səciyyəyə malik kitabları, Eduard Conoton (1703-1758), Fredrix Şleyermaxer (1768-1834), Soren Kierkeqaard (1813-1855) kimi filosof və ilahiyyatçıların yazıları təsvir və xarakterizə səciyyəsi daşıyır. Dinin yaranma fəlsəfəsinin izahı ilə bağlı fikirlər ən azı miladdan üç əsr əvvələ təsadüf edir. Bu dövrdə yaşamış yunan fi- losofu Euhemerus (e.ə. 330-260) hesab edirdi ki, allahlar elə in- sanları idarə edən hakimlər və rəhbərlərdir. Sadəcə insanlar bu həmnövlərinə allahlıq libası geyindirmişlər (Vulf, 1991, səh.5). O, iddia edirdi ki, bütün allahlar əslində, öz dövrlərinin görkəmli qa- dın və kişiləri olmuş, həyatda ikən hörmətə, öldükdən sonra isə si- tayişə layiq görülmüşlər (Şarp, 1986, XIX c., səh.173). Euheme- rusdan iki əsr sonra yaşamış romalı şair və görkəmli Epikür şərh- çisi Lukretius dini fikirlərin qorxudan yarandığını bildirmiş və bu iddiasını latınca yazdığı bir şerlə ifadə etmişdir. O, hesab edirdi ki, allahlar yatarkən görülən yuxulardan və təbiəti dağıdan qüvvənin qorxusundan yaranır (Vulf, 1991, səh.5).
Feyerbaxın (1804-1872) XIX əsrdə irəli sürdüyü izahedici nəzəriyyəyə əsasən, allahlar insanların ideal təbiətlərinin proyeksi- yasıdır11. İnsanlar özünütanıma və özgələşməyə nail olmaq üçün qeyri-şüuri olaraq bu vasitədən istifadə edirlər (Vulf, 1991, səh.6).
Din psixologiyası ilə bağlı mövcud olan bu iki fundamental baxış bucağı (dini səciyyəyə malik təsviri aspekt, dinə kənardan yanaşlımasını ehtiva edən izahedici aspekt) din psixologiyasının ayrılmaz xüsusiyyətləri olmuşdur. Tədqiqatçılar və nəzəriyyəçilər öz əsərlərində qeyd olunan hər iki yanaşmadan istifadə etmək im- kanına malik olsalar da, adətən sözügedən aspektlərdən birinə daha çox istinad edirlər. Bu cəhət ümumi mədəniyyət üçün də sə-
11 İrəli tullanma. İnsanların öz ideyaları, istəkləri, meylləri və təsəvvürlərini ətrafa yansıtmasıdır. Ümumiyyətlə, proyeksiya daxildə baş verənlərin səhvən xaricdə baş verdiyi kimi alqılanmasına gətirib çıxaran, psixoloji müdafiə mexanizmləri ilə bağlı psixoloji prosesdir. Bu zaman insan müəyyən bir şeyin öz daxilində deyil, ondan kənarda baş verdiyini hesab edərək, öz düşüncələrini, hisslərini, motiv, xarakter xüsusiyyətləri və s.-ni kiməsə, yaxud nəyəsə aid edir.
ciyyəvidir. Məsələn, Rusiyanın yaxın keçmişində yaşamış din psi- xoloqları əsasən həmvətənlərinin öz dini inanclarına nədən bağlı olduqlarını, onu niyə bu qədər ciddi və qətiyyətli şəkildə müdafiə etdiklərini öyrənməyə çalışmışlar. Halbuki, Hindistanda din psixo- logiyasına maraq göstərənlər daha çox dini hisslərin mürəkkəb sə- ciyyələrini və ya psixi qanunauyğunluqları öyrənən sahələrə diq- qət ayırmışlar. Hər iki aspekt din psixologiyasının hər üç ənənə- sində (İngilis-ABŞ, alman və fransız ənənələri) müşahidə edi-lən- dir. Biz din psixologiyasının tarixini müəyyənləşdirmək və sistem- ləşdirmə aparmaq üçün hər üç ənənəyə müraciət edəcək, onların ən görkəmli nümayəndələrinin fikir və mülahizələrindən sitatlar gətirəcəyik.
Dostları ilə paylaş: |