Din psixologiyasının tərifində ehtiva edilən məzmunla bağlı daha aydın təsəvvürə malik olmaq üçün din psixoloqlarının prak- tiki olaraq bu istiqamətdə hansı fəaliyyətlə məşğul olduqlarını öy- rənməyimiz yaxşı olardı. Əhatəli nəzəriyyələr irəli sürməklə yana- şı nümunə üçün dini konsepsiyaların və təlimlərin psixoloji təhlil- lərinə də müraciət etmək, bunun üçün öncə “psixoloji təhlil” deyi- lərkən nəyin nəzərdə tutulduğunu bilmək lazımdır. Qeyd etmək la- zımdır ki, psixoloji təhlildə əsasən, dini mövzuların elmi cəhətdən səciyyələndirilməsi (tərif, sindromlar cədvəli və müqayisə miqya- sı), meydana gəlməsi, inkişafı, izahı, patologiyası və nəticələri
diqqət mərkəzində olur. Məsələn, dindarlıq və Allah qorxusu1 dinə xas olan bir anlayışdır. Din psixoloqları bu anlayışın dəqiq elmi izahını verməkdə, yaranma və inkişaf formasını müəyyən-ləşdir- məkdə, bu halın baş vermə səbəbini, inkişaf istiqamətlərində möv- cud olan maneələri və spesifik nəticələri izah etməkdə bizə kömək- lik göstərirlər. Bu xüsusiyyətlərə əsasən, psixoloji təhlilləri beş istiqamət üzrə aparmaq olar:
Antropologiya (insantanıma) ilə bağlı olan anlayışlar. Misal üçün, Quranda insanın müxtəlif xüsusiyyətləri və halların- dan danışılarkən konseptual səciyyələndirmə, inkişaf istiqamətləri, spesifik nəticələr və s. aspektlərdən psixoloji təhlil tələb edən “həris”, “kəmhövsələ”, “səbirsiz”, “dözümsüz”, “xəsis2”, “çox za- lım” və “çox nadan3” kimi ifadələrdən istifadə edilmişdir.
Etiqad və inanc hissi ilə bağlı olan anlayışlar. Məsələn, dini etiqadı ifadə edən anlayışların mərkəzində dayanan “iman” məfhumunun mahiyyətini izah etmək və onu ümid, etimad və sev- gi kimi yaxın mənalı anlayışlardan fərqləndirmək üçün din psixo- logiyasının mikroskopik süzgəcindən keçirilməsi lazımdır. Sö-zü- gedən anlayışın özünün və ifadə etdiyi məna yükünün qarşısında duran maneələrin izahı bizə cəmiyyətə iman və mənəviyyat aşı- lanması istiqamətində yardım göstərir.
Dostları ilə paylaş: |