İngilis-ABŞ ənənəsi
XVIII əsrdə sistemli din psixologiyasının təşəkkülü üçün la- zım olan bütün ünsürlər mövcud olsa da, növbəti bir əsr boyunca din və dindarlığın psixoloji əsaslarının açıq-aşkar şəkildə tədqiqini ehtiva edən əsərlər yazılmamışdır. Yalnız XIX əsrdən başlayaraq yazılmağa başlayan bu əsərlər müasir dövrdə din psixologiyası kimi tanınan bir ixtisasın meydana gəlməsi ilə nəticələnən fərdi, ictimai və intellektual amillərin qarşılıqlı əlaqələrindən xəbər ve- rir. Tədqiqat obyekti olan sahənin təşəkkülünə ən çox təbiət elmlə- rinin XVIII əsrdə nail olduğu böyük uğurlar, nəticədə, insanın mə- nəvi həyatında bu elmlərdən istifadə üçün böyük sevgi və həvəs yaranması səbəb olmuşdur (Vulf, 1991, səh.7).
Qalton: Bu sahədə aparılmış ilk elmi araşdırmalar Frensis Qaltona aiddir (1822-1911). Bəzi maraqlar bu ingilis alimini psixologiyadan uzaq salsa da, o, fərdi fərqliliklər psixologiyasının banisi hesab edilir. O, bu sahədə korrelyasiya12 statistik metodun-
12 Korrelyasiya — iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistematik dəyişməsinə gətirib çıxarır. İki dəyişən arasındakı korrelyasiya riyazi olaraq əmsallarla ifadə olunur. Əmsallar qarşılıqlı əlaqənin xarakterindən asılı olaraq
dan istifadə edən ilk şəxs olmuşdur. Onun ən mühüm araşdırması dua və çağırışın obyektiv faydası ilə bağlıdır. Qalton (1872) bu tədqiqatların nəticələrinə əsasən, bildirirdi ki, dua və çağırışla müşayiət olunan həyata malik olmağın və başqalarının sənin haq- qında etdiyi duanın gözlə görülə bilən obyektiv mənfəətlərdən faydalanmaqla heç bir əlaqəsi yoxdur. Görkəmli protestant ruhani- lərlə digər məşhur simaların sistemli müqayisəsi göstərir ki, din- dar həyat tərzi fərdi sağlam və uzunömürlülük kimi konkret üstün- lüklər vermir. Bununla belə, Qalton dua və çağırışın müsbət daxili təsirlərə malik olduğuna heç bir şübhə etmirdi.
Dostları ilə paylaş: |