Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə10/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
Din-psixologiyasına-giriş

Alman ənənəsi


ABŞ-da din psixologiyasını əsasən psixoloqlar inkişaf etdir- diyi halda, Almaniyada bu sahə ilə daha çox filosoflar, ilahiyyatçı alimlər və sxolastlar məşğul olmuşdur. Məsələn, Şlayermaxerin əsərlərində psixoloji baxış bucağının əhəmiyyəti ilahiyyatla müqa- yisədə ikinci pillədə dayanırdı. XX əsrin başlanğıcında psixologi- ya öz yerini ilahiyyat mövzularında və dinin öyrənilməsində tapdı. Amerika alimlərinin əsərləri, xüsusilə də Ceyms və Starbakın əsərlərinin tərcüməsi Almaniyada din psixologiyasını gücləndirdi və yeni istiqamət üzrə inkişafına səbəb oldu, bu sahəyə daha çox diqqət artdı.




Uilyam Vundt (1832-1920). Vundt Lüterdə bir keşiş ailə- sində dünyaya gəlmişdir. Fiziologiya təhsili alan Uilyam praktiki psixologiyanın banisi hesab edilir. Vundt praktiki özünümüşahidə mövzusunun ilk müəllifi olsa da, dil, mif və din kimi mədəni sim-
vollarla eynilik təşkil edən yüksək psixoloji proseslərin yalnız xalq psixologiyası əsasında dərk ediləcəyini düşünürdü. O, ameri- kalıların istifadə etdiyi fərdi psixologiya fənlərinin həqiqi din psi- xologiyasının bütün növləri üçün faydalı olmayacağını deyirdi: “Təsadüfi seçilmiş insanlardan maksimum rəsmi iman etirafı və ya dindarlıqla bağlı rəsmi məlumat əldə etmək olar. Yalnız istisna hallarda Uilyam Ceymsin seçdiyi fərdlərdə olduğu kimi, dini pato- logiyialar16 qaçılmazdır.” O, hesab edir ki, bu baxış və metodların heç birində fərdin inamının dini strukturu nəzərə alınmır.
Vundt dində islahatlar aparmağa və bu islahatlar əsasında dinin ibtidai şüura və qeyri-dini hadisələrə əsaslandığını izah et- məyə çalışmışdır. O, hesab edirdi ki, mif hisslər və ehtiyacların təbiətdə mövcud olan varlıqlara proeksiyası ilə yaranmışdır. Bu əşyalar da öz növbəsində animizm17 prosesi nəticəsində tədricən canlı və bəlli varlıqlar formasında meydana gəlmişdir. Müxtəlif növlərin assosiasiyası (bir nəsnənin başqa bir nəsnə ilə, fiziki pro- seslərin təbii və kosmik hadisələrlə assosiasiyası) bu fantastik məxluqların yaranmasına və artmasına səbəb olmuşdur. Bu mü- rəkkəb universallıq əvvəllər dindən heç də fərqlənməyən mif ol- muşdur. Mif və əsatirin təkmilləşməsi nəticəsində isə hələ də öz mif formasını qoruyub-saxlayan din meydana gəlmişdir. Vundt hesab edir ki, din bizim dünyamızın daha böyük və metafizik alə- min bir parçası olması ilə bağlı hissimizin məhsuludur. İnsan fəaliyyətlərinin ali məqsədləri bu aləmdə reallaşır və öz bəhrəsini verir (Vulf, 1991, səh.14).



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin