XX əsrin sonlarında din psixologiyasının yenidən dirçəlməsi
Din psixologiyasına qarşı diqqətsizlik elə də uzun sürmədi, ifrat behaviorizmin tənəzzülündən, din alimləri dindarlığın inkişafı və dərinləşdirilməsi üçün din psxiologiyasından istifadənin zə-ru- rətini dərk etdikdən sonra bu sahəyə yenidən elmi yanaşma baş verdi. Günümüzdə bu sahə ilə bağlı çoxlu sayda mötəbər dərgilər nəşr edilir, hətta ABŞ Psixologiya Cəmiyyətinin 36-cı şöbəsi bu istiqamət üzrə ixtisaslaşdırılmışdır. Amma Qronbaxın sorğu əsa- sında apardığı araşdırma müasir din psixoloqlarının bu sahə ilə bağlı yazılmış əsərlərdən çox asılı olduqlarını göstərir. Müasir təd- qiqatçılar ilk vaxtlarda yazılmış əsərlər olmadan mühakimə kasad- lığına məruz qalırlar. Bütün bunlara baxmayaraq, dövrümüzdə həm interpretativ, həm də tədqiqat metodologiyası baxımından mühüm əhəmiyyət daşıyan yeni əsərlər yazılmışdır. Bu sahə ilə davamlı və aktiv məşğul olan tədqiqatçıların sayı nisbətən az olsa da, artıq onun dili və coğrafiyası daha da genişlənmişdir. Xüsusilə Skandinaviya, Hollandiya və digər Avropa ölkələrində aparılan işləri nəzərə alsaq, artıq sözügedən sahə ilə bağlı həyata keçirilən fəaliyyətləri bu üç ənənə ilə məhdudlaşdırmaq olmaz. Hətta Hin- distan və Yaponiya alimlərinin bu sahəyə verdikləri töhfələrə əsa- sən, qəbul etməliyik ki, din psixologiyası artıq Qərbə məxsus olan bir elm sahəsi deyil (Vulf, 1991, səh.30-31).
Psixologiya
Din psixologiyası ilə bağlı müxtəlif baxış bucaqları olduğu üçün bu sahəyə aid müxtəlif metodlar həyata keçirilmişdir. Əgər bu metodları bir spektr kimi təsəvvür etsək, onun bir tərəfində sı- naq metodları, digər tərəfində tarixi-antropoloji metodlar, ortada
isə digər metodlar qərarlaşmış olar. Metodlar tədqiqatçının seçdiyi baxış bucaqlarına əsaslandığı üçün biz öncə baxış bucaqlarını qruplaşdırır, sonra müxtəlif metodların müzakirəsini aparırıq. Əl- bəttə, araşdırmanın tarixə aid hissəsində bu sahədə istifadə edil- miş metodlara kompleks şəkildə işarələr etmişik.
Din psixologiyası haqqında olan müxtəlif baxış bucaqlarını keyfiyyət və kəmiyyət şəklində qruplaşdırmaq olar. Kəmiyyət ya- naşmalarında dinə elmi və determinist kontekstdən izah edilməsi zəruri və gözlə görülməsi mümkün olan davranış kimi baxılır. Keyfiyyət yanaşmalarında isə dinə uyğun olaraq dərk edilməsi empatik və semantik prinsiplərə əsaslanan daxili proses kimi baxı- lır. Müasir psixologiya təhsili almış fərdlər birinci baxış bucağına, dini araşdırmalar aparmış fərdlər isə ikinci baxış bucağına üstün- lük verirlər.
Müasir din psixologiyasında kəmiyyət yanaşmasının tarixi İngiltərədə Qaltonun adı ilə, ABŞ-da isə Hol və Klark məktəbi ilə bağlıdır. Bu baxış bucağının nümayəndələri keçən onilliklərdə in- dividual təbiət, ritual davranışlar, xroniki beyin pozğunluğunun əlamətləri haqqında araşdırmalar aparmış, həmçinin dini davranış- ları behaviorist aspektdən izah etmiş, onları heyvan davranışları ilə müqayisə etmiş, praktiki şəkildə mistik vəziyyətlər yaratmış və bu kimi kontekstlərdə praktiki araşdırmalar aparmış, dindarlıqla müxtəlif sosial baxışlar arasında mövcud olan əlaqələri paraktiki və qarşılıqlı əlaqələr fonunda araşdırmışlar.
Din psixologiyasında keyfiyyət yanaşmasının tarixi nisbətən qədimdir və bu yanaşma Uilyam Ceyms və tələbəsi Ceyms Pratın adı ilə bağlıdır. Freyd, Yunq və ardıcıllarının analitik psixologiya- sı, fenomenoloji və ekzistensialist psixologiya, Amerikanın huma- nizm psixologiyası bu baxış bucağında yer alır. Freydin bu baxış bucağında yer alması kəmiyyət-keyfiyyət fərqliliyi ilə deskriptiv- eksplanator (təsviri-izahlı) fərqliliyini uyğun hesab etməməyimizə imkan verir. Keyfiyyət yanaşmasına maraq göstərən insanların di- nə empatiyalı deskriptiv psixoloqlar olması zəruri deyil. Kəmiyyət yanaşmasının ardıcıllarının da insanın dindarlığına şübhə ilə yana- şan izahedici psixoloqlar olması vacib deyil. Əlbəttə, deskriptiv psixoloqlar insanın təfəkkürünü və daxili dünyasını öyrənmədən
onun dini inacının dərinliklərinə vara bilmirlər (Vulf, 1991, səh.39).
Din psixologiyasında mövcud olan baxış bucaqlarının müx- təlifliyini ehtiva edən bu kiçik girişdən sonra bu sahədə istifadə edilmiş müxtəlif metodlara işarə edə bilərik. Bu metodlar az-çox psixologiyanın digər sahələrində və bölmələrində istifadə edildiyi və dəfələrlə müzakirə mövzusu olduğu üçün burada Kalinezin yazdıqları ilə kifayətlənəcəyik. Kalinez yazır:
“Dini təcrübə və davranışın mürəkkəbliyi psixoloqları müx- təlif ölçü vasitələrindən istifadə etməyə vadar etmişdir. Həmin va- sitələr bunlardır: fərdi özünü müşahidə və məlumatların təhlili və analizi, kliniki müşahidələr, qrupda iştirakla birlikdə təbii müşahi- dələr30, dərin individual sorğulardan və müsahibələrdən istifadə, dindarların özlərinin yazdığı avtobioqrafiyalar və xatirə dəftərləri kimi sənədlərin təhlil və analizi, şəxsiyyət testlərindən istifadə, dini sənədlərin və yazıların, o cümlədən müqəddəs kitabların araş- dırılması, sınaq fənlərindən faydalanma.”
Dinlə bağlı aparılan elmi araşdırmalar inkişaf etməkdədir. Amma bu inkişaf yavaş və mürəkkəbdir. Çünki dini fenomenlərin çoxunu (iman, inam, iman gətirmə və öhdəlik) asanlıqla izah et- mək və ölçmək olmur (Korsini, 2001, səh.1393).
30 İştirakçı müşahidəçi araşdırılan qruplar, cəmiyyətlər və toplumlara tam mənsubiy- yət olan fərddir. Bu vəzfəni adətən psixoloq, antropoloq və ya sosioloq qrup proses- lərini öz mövqeyindən araşdırmaq üçün üzərinə götürür (Reber, 1985, səh.519).
Dostları ilə paylaş: |