Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə21/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
Din-psixologiyasına-giriş

Ceymsin nəzəri əsasları


Şübhəsiz ki, Ceymsin din və din fenomenləri haqıqndakı psixoloji təhlillərinin əsasını onun praqmatizmlə32 bağlı fəlsəfi fikirləri təşkil edir. O, praqmatizmdə elmlə dini birləşdirməyin yo- lunu tapmışdı və hesab edirdi ki, bütün həqiqətlərin meyarı təcrü- bədir, hər bir fərdin dini təcrübəsi isə hamı tərəfindən bir reallıq kimi qəbul edilməli olan fenomendir. Bu fikirlər onu eyni zaman-




32 Praqmatizm - XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri praqma- tizmdir. Bu cərəyanın vətəni Amerika Birləşmiş Ştatları hesab olunur. Yunanca “praqma” sözündən olub, iş, əməl deməkdir. Bu cərəyanın banisi Amerikanın gör- kəmli məntiqçisi Çarlz Pirsdir (1839– 1914). Pirsin ən məşhur əsərlərindən biri 1904– cü ildə çap etdirdiyi ««Praqmatizm» nədir?» əsəridir. Onun ideyalarını sonra- lar Uilyam Ceyms inkişaf etdirmişdir. Praqmatizm daim işdən, əməldən danışır, ide- yaların və nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Çarlz Pirs mürəkkəb bir fəlsəfi sistem yaradaraq, burada bəzi elmi təsəvvürləri dinin mənafeyi ilə əlaqələndirməyə çalışmışdır.
Ceymson tərəfindən Pirsin başlıca ideyaları təkmilləşdirilmişdir. O, bu ideyaları daha səlis təlim şəklinə gətirib onları sadə formada izah etmişdi. Dyüi başda olmaq- la, digər praqmatistləri «instrumental məntiq»dən və ya «eksperimental məntiqdən» istifadə etməyi məsləhət görürdülər.
Praqmatizm dinin müddəalarını çox faydalı, buna görə də düzgün hesab edir. Praq- matistlər fayda prinsipini yalnız idraka deyil, həmçinin mənəvi və əməli fəaliyyətin bütün formalarına şamil edirlər.
da metafizik deyil, fərdi və etik kontekstlərdə plüralizmə33 sövq edirdi. Metafizik baxışdan o, rasionalizmə, mexanikləşmə zərurə- tinə, həmçinin idealistlərin “stereotip dünya”sına qarşı idi34. Am- ma onun plüralizmi müxtəlif daxili təcrübələrin və həyatların, eti- qad və peşələrin dəyərini qəbul edən individual səciyyəyə malik idi. Praqmatizmdə hər bir etiqadın dəyəri fərdin həyatında hansı dəyişikliyi yaratması ilə ölçülür. Bu yoxlama müxtəlif dünya gö- rüşlərinin trayektoriyasını müəyyən edir. Ümumilikdə Ceymsə ca- zibədar görünən insani, şəxsi və fərdi fenomenlərdir. O, öz təbiə- tinə uyğun olaraq, fəlsəfi şəkildə abstraktlığa, formalizmə, rasio- nalizmə və doğmatizmə qarşı çıxır (Şefler, 1366, səh.134).
Həqiqəti səciyyələndirərkən yazır: “Bir etiqad yalnız və yal- nız o zaman həqiqidir ki, görülən işlə uyğunluq təşkil etsin, prakti- ki olaraq hiss olunsun və qənaətbəxş nəticələr versin. Yəni həqiqət inanc və etiqadlardan qaynaqlanan davranışlarla hiss olunan və qənaətbəxş hesab edilən nəticələr arsındakı əlaqələr fonunda müəyyən edilməlidir. Təsəvvürlər bizə digər təcrübələrimizlə əla- qə yaratmaqda köməklik göstərdikləri zaman gerçək olur. Bizi təc- rübələrimizin bir hissəsindən digər hissəsinə aparan, təcrübələr arasında qənaətbəxş əlaqə yaradan, əminlik bəxş edən, işlərimizi sadələşdirən, işçi qüvvəsinə qənaət etdirən hər bir rəy qeyd olunan miqdarda həqiqidir (Ceyms ,1907, səh.58).



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin