Freydin dinlə bağlı nəzəriyyələrinin dörd mərhələ üzrə tək- milləşdiyini deyə bilərik. Bu mərhələlərin hər birinin fərqli cəhəti öz əksini onun ardıcıl yazılmış əsərlərində tapır: I mərhələ: “To- tem və Tabu” (1912); II mərhələ: “Bir illüziyanın gələcəyi” (1927); III mərhələ: “Sivilizasiya və onun xoşagəlməzlikləri” (1930); IV mərhələ: “Musa və təkallahlıq” (1939). Bu əsərlər həm Freydin təfəkkür tərzini inkişaf etdirən aspektləri, həm də onun edip dinamikasının tərtibatına və inkişafına əsaslanan inanclara möhkəm bağlı olduğunu göstərir (Missner, Urvinə istinadən, 2002, səh.473-475).
Birinci mərhələ: “Totem50 və tabu51” əsərinin motivini iki ünsür təşkil edir: Freydin dərin antropoloji maraqları; fikri və əməli vəsəvəsənin pozğunluğu mexanizminə aid nəzəriyyələri. Freyd güman edir ki, qıcıqlandırıcı ayinlər və dini mərasimlər arasındakı davranış oxşarlıqları bir mahiyyətə, həmin davranışdan qaynaqla- nan vicdan əzabına, xarici narahatlıqlar qarşısında sığortalanma eh- tiyacına, detallara diqqət ayrılmasına, artan mürəkkəbliyə meyl və bu cür mərasimlərin sirli əhəmiyyətinə əsaslanır. Freydə görə, din uşaq konflikti və xurafatından artıq bir şey deyil, bir növ reaksiya hissidir. Onun bu düşüncələri Şlayermaxer və Feyerbaxın düşüncələrinin məhsulu idi.
49Ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən
50Totem bir tayfa və ya qəbilənin özünə yaxın hesab etdiyi, ortaq əcdada malik olduqlarını düşündüyü heyvan, bitki və ya başqa bir şey (Nas, 1370, səh.26-27).
51Qəbilə və ya tayfa başçısı rəhbər, qüdrət sahibi olduğu müddət ərzində tabudur. Qəbilənin üzvləri onun xüsusi bir gücə malik olduğunu, ona aid olanların toxunul- maz və təhlükəli olduğunu düşünürdülər. Bu qadağa başqa əşyalara və fərdlərə də si- rayət edirdi (Nas, 1370, səh.17-18).
Freyd bu ibtidai mexanizmin dini təcrübənin əmələ gəlmə- sində hansı rolu ifa etdiyini izah etmək üçün ibtidai insanların əqli izah forması ilə vəsvəsələr arasındakı oxşarlığa əsaslanmışdır. O, tabuları ilə birlikdə totemizmin mənşəyini, məhrəmlərlə qeyri-qa- nuni əlaqə tabusunu, yadlarla ailə qurmaq tabusunun mənşəyini ibtidai qəbilələrin fantastik əfsanələrinə qədər araşdırmışdır. Onun antropoloji təxəyyüllünə əsasən, ibtidai qəbilə qəbilə başçısının hakimiyyəti altında və ya atanın ətrafında formalaşırdı. Qəbilə gəncləri qəbilə başçısının boğucu hakimiyyətindən, xüsusilə qəbilə qadınları ilə cinsi əlaqəyə girmə imkanını məhdudlaşdıran qada- ğadan xilas olmaq üçün birlikdə qəbilə başçısını öldürmək qərarına gəlmişlər. Atanın qətlə yetirilməsi ilk cinayət olmuşdur. Bu ilk yan- lışın yaratdığı günah hissi ata toteminin heyvan totemi ilə əvəzlən- məsinə, həmin heyvana sitayiş edilməsinə, onun öldürülməsinə, əti- nin yeyilməsinə, totem qəbiləsinin qadınları ilə qeyri-qanuni cinsi əlaqə qadağasının qoyulmasına gətirib çıxarmışdır. Totem feno- meni və cinsi tabular ibtidai qəbilələrin ilkin edip dinamikasıında mövcud olmuşdur. Bu dinamika atanı qətlə yetirmək və anadan cinsi zövq almaq üçün təhrikedici amil rolunu oynayan ilkin im- pulsa əsaslanır. Totem babaya hörmət və ondan qorxmaq ata to- temin tanrı səviyyəsinə qədər yüksəldilməsi ilə nəticələnmişdir.