Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə28/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   24   25   26   27   28   29   30   31   ...   68
Din-psixologiyasına-giriş

Freydin nəzəri əsasları


Ədəbi istedadı və öz nəzəriyyələrinə qeyd-şərtsiz inamı sonda psixoanalizin bütün Qərb dünyasının diqqət mərkəzində olacaq bir sahəyə çevrilməsinə səbəb oldu. Məhz həmin qeyd- şərtsizlik və ifrat ümumiləşdirmə Adler, Stekler, Yunq və Rank kimi yaxın həmkarlarını itirməsi ilə nəticələndi. Freyddən ilk inciyən həmkarı Broer onun barəsində Forelə belə yazırdı: “Freyd qeyd-şərtsiz və eksklüziv formulasiyası olan bir adamdır. Hesab edirəm ki, teoremləri ifrat şəkildə ümumiləşdirmək onun psixi eh- tiyacından irəli gəlir.” (Antoni Storr, 1375, səh. 16-17). Freydin nevroloji xəstəliklərin uşaq vaxtının cinsi təcrübəsi ilə əlaqələn- dirilməsi, edip kompleksi42, şəxsiyyətin id, eqo və supereoqoya əsaslanan sahələri, instinktlərin seksual və aqressiv instinktlərlə məhdudlaşdırılması, psixi və zehni həyatın bəzi cəhətlərinin şüur çərçivəsindən kənarda olması, eyni zamanda həyatın bir çox sahə- lərində insanın davranışlarının və qeyri-şüuri marağının mənşəyi olması kimi nəzəriyyələri onun nəzəri əsaslarının əsas hissəsini təşkil edir ki, onların hamısının bu kitab çərçivəsində tədqiqi və izahı mümkün deyil. Onun incəsənət, ədəbiyyat, mədəniyyət və dinlə bağlı görüşləri haqqında düşünməyə dəyər. Məsələn, Freyd




42 Edip kompleksi - Oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuqluqlar kompleksinə verilən addır. Freydin qurucusu olduğu Psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblən- mə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşün- cə, impuls və fantaziyaların cəmidir.
hesab edir ki, təmin edilməmiş libidonun43 artması incəsənət və ədəbiyyatın yaranmasına səbəb olur. Yəni o hesab edirdi ki, incə- sənət adamları cinsi istəklərini uşaqlıqda qeyri-instinktiv formalar- la əvəzləməklə həll edirlər. O, bu mövzu ətrafında geniş araşdır- malar aparmış, bu barədə məqalələr yazmışdır. “Sayıqlama və yu- xu”, “Leonardo da Vinçi və uşaqlıq xatirəsi” əsərləri, “Mikelan- gelonun Musa əsəri”, “Dostoyevski və ata qətli” məqalələri daha çox şöhrət qazanmışdır. Freyd bu araşdırmalarında Da Vinçi, Mi- kelangelo və Dostoyevski kimi dahilərin yaradıcılıqlarını cinsi motivasiyalarla əlaqələndirir (Antoni Storr, 1375, səh. 102-112).
Freydin bəzi nəzəri və fəlsəfi əsaslarını aşağıdakı kimi
konkretləşdirmək olar:

  1. Freydin həyatı XIX əsrin ikinci yarısına, yəni bütün me- tafizik anlayışların inkar edildiyi, dünyanın yalnız praktiki elmlər vasitəsilə öyrənilə biləcəyi iddia edilən, pozitivizm mənşəli ifrat sientisizmə əsaslanan baxış bucağının geniş yayıldığı bir dövrə təsadüf etmişdir. Bu baxış bucağı ümumilikdə ruhun psixologi- yadan, vitalizmin biologiyadan, sonun təkamüldən ixtisar edilmə- sinə səbəb olmuşdur. “Bir illüziyanın gələcəyi” əsərində poziti- vizm, sientisizm və etizm açıq şəkildə sezilir (Hövzə və univer- sitet əməkdaşlıq idarəsi, 1376, c.1, səh.284-285).

  2. Freyd öz avtobioqrafiyasında Şopenhauerin pessimist fəlsəfəsi ilə tanış olduğunu və onun psixoanalizə yaxın olduğunu qeyd edir, hiss və həyəcanın insana hakim kəsilməsi fikrini qəbul etdiyini bildirir. Bunlar Freydin fəlsəfi fikirlərinin əsasını təşkil edir. Tomas Mann, Filip Rif və Henri Berger kimi alimlər iddia edirlər ki, Freyd Şopenhauerin təsirinə özü qəbul etdiyindən daha artıq məruz qalmışdır (Antoni Storr, 1375, səh. 162-163). O, Freyd məktəbinə əsasən, də insana xəstə kimi baxılması və bütün psixi fenomenlərin seksual təcrübələrlə əlaqələndirilməsi konteks- tində təsir göstərən amillərdən biri olmuşdur (Şopenhauer hesab edirdi ki, dünyanın həqiqəti və əsası iradə və nəfsdir, elm və ağıl ikinci dərəcəlidir, aksidensiyadır, nəfs ağla hakimdir.) (Foruği, 1375, səh.81-90).



43 Libido - cinsi istək, cinsi arzu deməkdir.

  1. Leybnisin monadologiya nəzəriyyəsi44 (Maddi olmayan çox kiçik həqiqi ünsürlər yetərli miqdarda toplaşdıqdan sonra nümunəni meydana gətirirlər. Monadlar45 fəaliyyət və enerjinin məkəzləri hesab edilir) sonralar Herbart və Fexner tərəfindən in- kişaf etdirilmiş və şüuraltı fikrin inkişafına təsir göstərmişdir. Fex- ner insanın şüurunu və psixikasını çox böyük hissəsi suyun altında olan aysberqə bənzətmişdir. Qeyd olunan baxış bucağı Freydin fikirlərinə çox təsir göstərmişdir (Hövzə və universitet əməkdaşlıq idarəsi, 1376, c.1, səh.279-280).

  2. İngilis filosofu Ceremi Bentamın utilitarianizm nəzəriy- yəsi46 hedonizm47 forması kimi, bəzi ingilis assosiasiyaçıları tərə- findən müdafiə eidlmiş, Freyd tərəfindən də diqqət mərkəzində olmuşdur. Bu antropoloji prinsipə görə, insanın zövq və həzz vasitəsilə dərddən qorunacağı iddia edilir (həmin mənbə, səh.286).

  3. Səbəb və nəticə əlaqəsinin zəruriliyi qanunu (determini- zim)48. Freyd hesab edir ki, psixi proseslər ümumilikdə səbəbiyyət qanununlarına tabedir, azad iradə anlayışı isə ümumiyyətlə müm- kün deyil (Stüar, 1375, səh. 158).

  4. Ümumiyyətlə, Freydin yaradıcılığına daha çox Darvinin nəzəriyyələrinin təsir göstərdiyi diqqət çəkir. Psixoanalizin əsas ehtimallarının çoxu, inkişaf, dəyişmə prosesi, sabitləşdirmə, qayı- dış kimi anlayışlar birbaşa təkamül nəzəriyyəsindən qaynaqlanır. Digər tərəfdən, Darvin aqressiv və sevgi instinktlərinə əsaslanan bir psixologiya təqdim etmişdir (Hövzə və universitet əməkdaşlıq idarəsi, 1376, c.1, səh.285). Darvin insanı heyvanın təkmilləşmiş bioloji mərhələsinə endirmiş və onun canlılarla qohum olduğunu iddia etmişdir. Bu nəzəriyyəyə istinad edən Freyd iddia edirdi ki, insan öz şüuruna düşündüyündən daha az hakimdir, halbuki,





44 Kainatın metafizik atomlardan təşkil olunduğu iddia edilən nəzəriyyə.
45 Kainatı təşkil edən metafizik atomlar.
46 Fayda və mənfəət.
47 Həyatın əsas qayəsinin həzz və ləzzətdən ibarət olduğu iddia edilən cərəyan.
48 Şeylərin təbii gedişinin obyektiv səbəbiyyətə, qanunauyğunluğa tabe olması haqqındakı təlim determinizm (latınca– determinare» sözündən olub müəyyən etmək mənasını verir) adlanır. Determinizm– obyektiv hadisələrin ən ümumi asılılığı (şərt- lənməsi) haqqında olan təlimdir.
həyəcan və irrasional49 qüvvələrə daha çox tabedir. Hətta insanın incəsənət və fəlsəfə sahəsində əldə etdiyi ən yüksək nailiyyətlər belə digər canlılarda olduğu kimi, ibtidai instinktlərin yüksəlişinin nəticəsidir (Antoni Storr, 1375, səh.64). Əlbəttə, Freydin özünün zəkası, düşüncəsi və biliyi də psixoanalitik sistemin inkişafında və bu prinsiplərin daha da təkmilləşdirilməsində təyinedici rol oyna- mışdır.



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin