Ceymsin “Həqiqət təcrübə prosesində meydana gəlir” məz- munlu fikrində nisbilik var. Onun təqdim etdiyi həqiqət təkcə za- manla şərtlənmir, həm də tədrici şəkildə dəyişə bilir. Ceymsin bu nəzəriyyəsinin ifrat izahı təsəvvürün həqiqətinin təsdiqdə özünü tapması ilə əsaslandırılır. Yəni təsdiqlər nə qədər çox olarsa, tə- səvvür bir o qədər gerçək olar. Bu, Ceymsin “cismin öz xüsusiy- yəti” fikrinin həmin cismin yaratdığı “etiqad gücü” fikri ilə səvh salındığı zaman yaranır. Şübhəsiz ki, ikincisi təcrübələrin müsbət nəticələri əsasında artır (almaz kimi möhkəm inam cilalanaraq güclənir), amma bu artımla cismin öz xasiyyəti artmır.
Bütün bunlara baxmayaraq, Ceymsin baxışları eyni deyil... Ümumiyyətlə, Ceyms hesab edir ki, “həqiqət olduğu nəzərdə tu- tulan şey” araşdırmalar inkişaf etdikcə, zaman-zaman dəyişikliyə məruz qalır. Deməli, dəyişmə həqiqətin özü deyil, həqiqət ehtima- lına aid xüsusiyyətdir (Ceyms, 1907, səh.218, Şeflerə istinadən, səh.149-156).
Ceymsin din mövzusu ilə bağlı görüşlərini bu kitabda ətraflı şəkildə tədqiq etmək imkanımız olmadığı üçün iki nüansla kifa- yətlənməli oluruq:
Otto “Müqəddəs ideya” əsərində Ceymsi açıq şəkildə tən- qid edir və dinin dərk edilməsində hiss və emosiyaların üstün tu- tulmasını qəbul etmir: “Ceyms empirik və praqmatik olduğuna gö-
rə idrak qüvvələrini və ruhun düşüncə qabiliyyətini dərk edə bil- məmiş, ona görə də bu reallığı izah etmək üçün bir növ abstrakt və əsrarəngiz ehtimal irəli sürmək məcburiyyətində qalmışdır. Amma o, bu reallığı yaxşı başa dşməmiş və realist bir insan kimi onu gör- məzdən gələ bilməmişdir. Həqiqət hissi obyektiv şəkildə mövcud olan mənəvi bir hissdir, insan ağlının birbaşa nəticəsidir. Buna görə də hiss asılılıqdır, ağıldan tam asılı olan bir nəticədir. Yəni göstəricinin öz gözündə kiçilməsidir. Bu ikincisi əvvəlki fikrin ehtimalıdır.” (Otto, 1380, səh.55). Ottonun həqiqət haqqındakı mülahizəsi daha real görünür. Metafizik həqiqətlərlə birbaşa və vasitəsiz qarşılaşma zamanı yaranan fitri bilgi və qeyri-ixtiyari məlumat Uilyam Ceymsin diqqətindən kənarda qalmışdır. Həmin məqamda baş verən qeyri-adi hiss və hallar Müqəddəs ideya ilə qarşılaşmanın tabedici nəticələridir. “... İnsanın öz yaradanını fitri bilgi vasitəsilə tanıması sübuta yetmişdir. Lakin varlıq dərəcəsinin zəifliyi, fiziki bədənə və maddi aləmə diqqət nəticəsində bu bilgi qeyri-ixtiyari şəkil alır. Kamilləşmə, fiziki bədənə və maddi aləmə diqqətin azalması, Uca Tanrıya mənəvi diqqət ayrılması nəticə- sində bu bilgi tədricən aydınlaşır, nəticədə, deyilir: “Səni tanıtdır- maq üçün Səndən özgəsində Səndə olmayacaq qədər aydınlıq var- mı?”39 (Misbah Yəzdi, 1367, c.1, səh.158).
Fitri və vasitəsiz bilgi bir növ məlum olanla vasitəsiz və bir- başa qarşılaşmadır. Yəni məlumun idrak sahibinə məlum olması- dır. “Elm və bilgi üçün nəzərdə tutulan ilk təsnifat ondan ibarətdir ki, məlum olanla bağlı bilgi ya vasitəsiz meydana gəlir, ya da mə- lum olanın obyektiv və gerçək varlığı idrak və bilgi sahibi tərəfin- dən kəşf edilir. Yaxud da belə deyək, onun obyektiv varlığı idrak sahibinin müşahidə obyektindən kənarda qaldığı üçün o, məlum olanı izah edən subyektiv vasitədən istifadə edir. Birinci forma va- sitəsiz bilgi, ikincisi əldə edilən bilgi adlanır.” (Misbah Yəzdi, 1367, c.1, səh.153).
İlahi övliyaların və ariflərin əksər təcrübələri bir növ onların intuisiyalarından və daxili bilgilərindən xəbər verir. Əlbəttə, bu bilgilərlə paralel olaraq qorxu, sevinc və sair kimi emosional hal-
lar da yaranır.
Praudfut Ueyn “Dini təcrübə” əsərində Uilyam Ceymsin müddəalarını tənqid edərkən yazır: “Ceymsin dini təcrübə ilə bağlı tədiqatlarında iki əsas müddəa yer alır... İkinci iddiaya görə, din - iman vəziyyətidir. Onun əsas xüsusiyyəti dərk edilməsi, emosio- nal fenomenlərə idrak fenomenlərindən daha yaxın olmasıdır. Ceyms Şlayermaxerdən fərqli olaraq, hisslə intuisiyanı birləşdir- mir, hisslərin fiziki vəziyyətdə baş verən dəyişikliklərin dərkindən ibarət olduğunu düşünür. Halbuki, o, dini inancları ikinci dərəcəli məhsullar hesab edir. Yəni dini hisslər olmasaydı, dini inanclar meydana gəlməzdi. Dini inanclar səthi iman qatıdır. İmanın ən yaxşı göstəricisi onun emosional olmasıdır. İman vəziyyəti dini əminliyə zəmin yaradan etimaddır... Dinin ən dərin mənbələri ağılda deyil, emosiyalarda gizlənib. Ceyms bunu dini etiqadların müxtəlifliyi, müxtəlif mədəniyyətlərdə olmasından asılı olmaya- raq, dini hiss və emosiyaların eyniliyi ilə izah edir.” Praudfut isə yazır: “Ceymsin din və təlimləri fərqli ənənələrdə və mədəniyyət- lərdə dini qorxu, vəhşət, ümid, sevinc hissi kontekstlərində gəldiyi qənaət dərəcəsi hisslərin, davranışların və fikirlərin səcyyələndiril- mə həddinin ümumiləşdirilmiş formasının məhsuludur. Təkallah- lıq inancının ümumiliyi qorxu hissinin ümumiliyi kimi ola bilməz. Halbuki, ayrı-ayrı mədəniyyətlərdə Allah qorxusu və hətta qeyd- şərtsiz asılılıq hissini izah etmək üçün təbii izahların yetərli olma- ması inancı dəyişməz ola bilər. Bir hissi bütün mədəniyyətlərə aid ola biləcək bir səciyyə, etiqadı bir ənənəyə xas olan anlayışlarla izah etmək olar. Həmin inancı ümumi sözlərlə, həmin hissi isə xü- susi bir kontekstlə də izah etmək olar. Müqayisənin nəticəsi qəti olaraq davranışların, fikirlərin və hisslərin səciyyələndirilmə for- masından asılıdır.” (Praudfut, 1377, səh. 111-113, 217-218).
Praudfutun tənqidinin nəticəsi sonuncu onun cümləsində ümumiləşmişdir. Yəni hiss və emosiyaların ümumi olması onların essensial xüsusiyyəti deyil ki, onların etiqad və inanclardan üstün olduğuna dəlalət etsin. Bu ümumilik səciyyələndirmədən asılıdır. Yəni ümumi səciyyələrlə izah edilərsə, belə bir təsəvvür yaranar. Hər halda, emosiyaların etiqadlardan (rasional idraka əsaslanan) üstün olması Ceymsin bu yanaşması ilə sübuta yetmir.
İmanın izahı üçün dini mətnlərə, o cümlədən Qurana müra- ciət etdiyimiz zaman iman kontekstində rasionallıq komponentinin emosional aspektlərlə paralel götürüldüyünün şahidi oluruq: “İman şəkk və şübhə ilə qarşı-qarşıya qoyulmuşdur (Səbə surəsi), İman bilgi və məlumat anlayışları ilə birlikdə işlədilir (Həcc su- rəsi/54, Bəqərə surəsi/3 və /249, Ali-İmran surəsi/70 və s.), İman əlamət və sübutlar təqdim edildikdən sonra gəlir (Bəqərə surəsi
/219, Ənam surəsi/98-99, Casiyə surəsi/3, Ənfal surəsi/42 və s.).” Piajenin apardığı geniş miqyaslı araşdırmalar, ondan sonra
Qoldmən (1966), Ptlinq və Elkind (1964) tərəfindən aparılmış təd- qiqatlar göstərir ki, dini anlayışların təkmilləşməsi bilgi meyarının dəyişməsndən asılıdır. Başqa sözlə desək, fərd dini məzmunu qə- bul edərkən passiv deyil. Kənardan təqdim edilən hər bir dövrün və hər bir inkişaf mərhələsinin spesifik xüsusiyyətlərinə əsasən dəyişir, formalaşır, ondan sonra mənimsənilir. Dini anlayışlar tək- cə dini və fəlsəfi səciyyələri deyil, həm də bu xüsusiyyətləri əsa- sında meydana gəlir (Azərbaycani, 1379, səh.90-98).