Ziqmund Freyd mədəni fenomenlərin, o cümlədən incəsə- nət, ədəbiyyat və dinin psixoanalitik izahını vermək üçün çox səy göstərmişdir. Dinə izah verərkən çox çətinliklər çəksə də, problem öz həllini tapmadan qalmışdır. Bu, onun dini təkcə mənfi şəkildə qiymətləndirməsi ilə deyil, həm də malik olduğu aqnostik40 ina- nacların yaratdığı müəmmalı metodoloji məsələlərlə bağlı idi. Hər halda deməliyik ki, bu mürəkkəb məsələlər (ölümündən altmış neçə il sonra əsərlərinə verilən izahlar) Freydin təşəbbüsünün ha- sili idi. Belə ki, o, mədəni fenomenlərin izahında psixoanalitik metoddan istifadə edərkən yanlış hesablama aparsa da və ya səhvə yol versə də, yeni perspektivlər yaratmağa nail olmuş, tədqiqat və
40Aqnostik - tanrı və dünya sonrası yaşam haqqında gerçəkləri bilmənin imkansız olduğunu düşünür. Heç vaxt bilinə bilməz deməsə də, yaşadığımız dövrdə bunun mümkünsüzlüyünü müdafiə edir.
Bir ateistin düşüncəsi bir teistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını bilə biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu bilə biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür.." Bertran Rassel araşdırmaları zənginləşdirəcək, dərinləşdirəcək yeni suallar müəy- yənləşdirmişdir. Onun dinlə bağlı araşdırmaları bu kontekstin ən kamil nümunəsidir (Missner, 1981, Ervinə istinadən, 2002, səh. 483). Freydin dinlə bağlı baxışları din psxiologiyasına aid olan ən məşhur görüşlərdəndir. Dini inancların təhlili zamanı onları gör- məzdən gəlmək olmaz. Onun əhəmiyyəti təkcə “Totem və tabu” (1912), “Bir illüziyanın gələcəyi” (1927), “Sivilizasiya və onun na- razılıqları” (1930), “Musa və monoteizm” (1939) əsərələrindəki din psixologiyasının təhlili ilə məhdudlaşmır, özündən sonra gələn psi- xoloqlara təsiri və müəyyən həddə qədər incəsənət və psixologiyaya nüfuzu onun bu istiqamətdəki yüksək mövqeyindən xəbər verir.