İkinci mərhələ: Freyd növbəti addımı “Bir illüziyanın gələ- cəyi” əsərində atmışdır. Bu əsərdə Freyd antidin və aqnostik inanc və təəssübün tam təsiri ilə müşayiət edilən dini təcrübə haqqındaki fikrini rəsmi şəkildə elan etmişdir. Əsərin mövzusu əvvəlki ideya- ların sujet xəttindən kənara çıxmamışdır. Freyd hesab edir ki, di- nin əsasını insanın atasından asılılığı və zəifliyi, uşaq yaşlarında həyata keçməmiş və allah formasında təzahür etmiş arzuları təşkil edir. Biz dini inanclar sisteminin mehriban, çox qüdrətli tanrıları və ya ata allaha qarşı sevgi və təvazö nümayiş etdirməklə qorxulu dünyanın qorxularından xilas olacağımızı öyrənmişik. Allahlar dünyanın və onun qanunlarının hakimidirlər, lakin insanları həyat- larını təyin edən qüvvələr qarşısında tək qoymuş, müdafiələrini özlərinə həvalə etmişlər. Allahları rahatlamaq məsuliyyəti və xoş- bəxtlik yolunun tapılması - ilahi əxlaq, fərdin boyun əyməsi, özü- nü uyğunlaşdırmasını tələb edən ilahi qanunlar toplusu ilə nəticə-
lənir. Buna görə də uşaqlıq dövrünün acizliyi və asılılığı, qüdrət sahibi olan atanın tənbeh və narazılığından qorxu yetkin yaşlara ötürülür və Allahla, ona inanan şəxsin əlaqəsi şəklini alır. Ölüm dərdi və əzabı axirət vədləri, bu dünya həyatının dərd-qəmi, aciz- liyinin yox olması, digər dünyada müqəddəs ləzzətin olması vədi ilə təskinləşir. Bu acizlik və zəiflik hissinin bütün ömrümüz boyu davam etməsi uşaqlıq dövrünün atasını göylərin canlı, qoruyucu və daha güclü atası ilə əvəz etməyə məcbur edir. Deməli, ilahi diq- qətin xeyirxah hakimiyyətinə inam bizi bu dünyanın xoşagəlməz- liklərindən sığortalayır. Din bizə zəmanət verir ki, Allahın əmrlə- rinə itaət edəcəyimiz, səmavi Tanrının xeyirxahlığına və sevgi- sinə, vədlərinə əmin olacağımız təqdirdə çətinliklərdən xilas ola- caq, burada bizim üçün təhlükəsizlik mühiti yaradan ədalətə və sevgiyə qovuşacağıq. Freyd bu arzu və ehtiyacları insanın funda- mental arzularını əks etdirən uşaqlıq iqtibasları kimi qələmə ver- mişdir. O, bu arzuların reallıqla uyğunluq təşkil etmədiyini əsas gətirərək onları illüziyadan da üstün, inanclı insanların da ortaq olduğu kollektiv sayıqlama hesab etmişdir.
Freyd açıq şəkildə bildirirdi ki, etimad ediləsi yeganə şey hökmən elm olmalıdır. O, yazır: “İllüziyalardan qorunmağın nə qədər çətin olduğunu bilirik. Düzdür, həmin gerçəyi söyləmək də mahiyyət baxımından illüziya ola bilər, amma mən bir fərqə sadiqəm. İllüziyaların ortaq edilməsi üçün heç bir cəza tədbiri gö- rülmədiyini nəzərə almasaq belə, mənim illüziyalarım dini illüzi- yalar kimi islahedilməz deyil. Bu illüziyalar sayıqlama xüsusiy- yətinə malik deyil... Əgər bu inanc illüziyadırsa, deməli, mən də sizin vəziyyətinizdəyəm. Amma elm öz çoxsaylı və mühüm möv- qeləri ilə elmin illüziya olmadığını təsdiq edən faktlar təqdim edir.” (Freyd, 1973, səh.53-54).
Xristian keşiş Fişer Freydə cavabında onun dini dərkdə səh- və yol verdiyini israrla vurğulayır. Bu səhvin dini cəhdlər spekt- rinə ümumi baxışdan deyil, bir patalogiya növünə məhdud baxış- dan qaynaqlandığını bildirir. Əlbəttə, bu ikisinin dinlə bağlı gö- rüşləri tamamilə fərqlidir. Freyd dini uşaqlıq dövrünün zəiflik və ehtiyaclarına aid bir mövzu hesab etdiyi halda, Fişer onu insan hallarına aid yüksək ideya və səylərdən ibarət xəzinə hesab edir.
Freyd dinlə psixoanaliz arasında fərq olduğunu iddia etdiyi halda, Fişer onların vahid hədəflərə və həqiqətlərə istiqamətlənmiş qarşı- lıqlı himayələrə malik olduğunu yazır. Freydin baxış bucağı bəd- binliyə, pessimizmə və determinizmə əsaslanığı halda, Fişerin ba- xış bucağı nikbin və ümidverici görünür. Bu iki alim arasındakı münaqişə və ixtilafın dinlə psixoanaliz arasındakı əlaqə üzərində mübahisə aparan cərəyanların çoxunu əks etdirdiyini demək olar.