Mülküm (səltənətim) də məhv olub getdi!”68Şəriət elm, təriqət əməl, həqiqət Allaha qovuşmaqdır. “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda dura- cağına) ümid bəsləyirsə (yaxud Qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”69 Mövləvinin şəriət, təriqət və həqiqət haqqında olan təmsillə- ri əslində, onun dindarlığın yönü və cövhəri haqqındakı görüşləri- ni əks etdirir. Burada bu məsələyə sadə cavab vermək, eyni za- manda onu müdafiə, təhlil və tədqiq etmək fikrində də deyilik. Məqsədimiz İran alimlərinin münasibətlərini əks etdirən obyektiv bir nümunəni qeyd etməkdir. Deməli, şəriət fərdin davranış məqa- mındakı dindarlığı, təriqət hallar məqamındakı dindarlığı, həqiqət isə inanclar məqamındakı dindarlığı və varlığının cövhəridir. Bu şəkildə fərdin din psixologiyası və dindarlıq formalarındakı möv- qeyi müəyyən olur.
Hər şeydən öncə dindarlıq və dindarlığın yönləri ilə bağlı araşdırmaların dindaxili, yoxsa dinxarici bir araşdırma olduğunu, soğru, yoxsa meydan araşdırması tələb etdiyini müəyyən etməli- yik. Deyə bilərik ki, dindaxili (sxolastik-fiqhi) və dinxarici (din sosiologiyası və ya din psixologiyası) araşdırmalar bir-birlərini ta- mamlayan ayrı-ayrı məqsədlər üçün həyata keçirilir. Dinin mü- qəddəs anlayış və ilahi aspektə əsaslanan tərifinə uyğun olaraq de- yə bilərik ki, dindaxili araşdırmalar əslində, tələb olunan və ya ol- ması gərək olan (dinin qayəsi və Uca qanunvericinin nəzərdə tut- duğu) dindarlığın yönləri, komponentləri və parametrlərinin öyrə- nilməsi, praktiki və meydan metodlarına əsaslanan dinxarici araş- dırmalar isə dindarlığın xarici əlamət və təzahürlərinin öncədən qəbul edilmiş xüsusi tərifini müəyyən etmək üçündür. İlahiyyat və dindarlıq sistemlərinin malik olduğu xüsusiyyətlər sxolastika ilə psixologiya arasında aşkar bir fərq olduğunu iddia edən alimlər tə- rəfindən kəşf edilmişdir. Amma qeyd olunan yanaşma belə bir sual yaradır, görəsən etiqadı olmayanlar möminlər tərəfindən dərk edilənləri dərk edə bilərlərmi? Əgər edə bilərlərsə, bu hansı vasi-
68Haqqə surəsi/25-29.
69Kəhf surəsi/110; Mövləvi, 1375, səh.643.
tələrlə mümkündür? Qeyd olunan dərk mümkün görünmür, onları yalnız psixoloji termin və anlayışlarla əvəzlənmək, bu səviyyəyə qədər endirməklə dərk etmək olar. Psixologiyanın dini izah edə bi- ləcək gücdə olduğu güman edilsə də, din psixologiyası bunu inkar edir. Halbuki, psixoloqların etiqadsız olması zərurəti də yoxdur. Psixoloji yanaşma və nəzəriyyə tərəfdarları arasındakı fərqliliklər adətən praqmatik mülahizələr, fakt və praktiki nümunələrdən kə- nara çıxır, praktiki elmin mahiyyət və metodlarına aid edilən güc- lü və yüksək inanclar həddinə qədər inkişaf etdirilir (Braun, 1987, səh.95). Bu fəsildə hər iki metod subyektlərinin əldə etdiyi nəticə- lərə işarə ediləcək, dindarlığın yönləri əsasında dindarlığın dərk edilməsi, dinin bir və çox yönlü olması, din və dindarlığın yönləri mövzuları tədqiq ediləcək.